SON DƏQİQƏ

Məktəbdə "qısa yubka" qalmaqalı

Tarix:16-09-2018, 22:29

Özbəkistanın Təhsil naziri televiziya verilişində "qısa" yubkada sinifə gəldikləri üçün ittiham edilən müəllimələri müdafiə edib.

Uzbekistan24 televiziya kanalının Beynəlxalq Mətbuat Klubunun təşkil etdiyi verilişində bəzi müəllimələrin və tələbələrin "istədiyi kimi geyindiklərindən" söhbət gedib, deyilib ki belə geyimlər yeniyetmə tələbələri diqqəti dərsə verməkdənsə "gözlərini müəllimənin bədəninə zilləməyə" sövq edir.

Televiziya verilişinin müxbiri paytaxt Daşkənddəki məktəblərə gedərək müəllimələri və qız tələbələri lentə alıb.

"Şagirdlərə nümunə olmalı olan müəllimələrin əyin-başına baxın. Belə geyimdə dərs aparmaq olarmı?", - müxbirin reportajında bu sual qaldırılıb.

Çərşənbə günü efirə getmiş televiziya proqramında müxtəlif ictimai xadimlər "geyim qaydalarınnın çatışmazlıqlarından" söhbət açıb.

O cümlədən, bir həkim deyib ki, sıx paltar qısırlığa səbəb ola bilər.

Verilişin qonağı, Təhsil naziri Şerzod Şermatov deyib ki, məktəb uniformasına dair aydın qaydalar bu məsəylə bağlı narahatlığı aradan götürəcək.

Televiziya debatı formatında təşkil edilmiş həmin televiziya proqramı sosial mediada şoxsaylı tənqidi şərhlərə səbəb olub.

İstifadəçilər jurnalist etikasına məhəl qoyumadığını və həddən artıq tələbkarlığa yol verildiyini qeyd ediblər.

"NBiz Şimali Koreyaya dönürük. Ay jurnalistlər - sizi həqiqətən də uşaqların gələcəyi narahat edirsə, Səmərqənddə məktəblərdə istiliyin, tualetlərin və dərsliklərin olmadığından yazın", - tamaşaçılardan biri şərhində yazıb.

"Alçaldılma"

Bundan sonra Nazir Şermatov iki gün əvvəl iştirak etdiyi verilişi Facebook səhifəsində pisləyib.

"Mədəni cəmiyyətdə insanların ictimaiyyət qarşısında alçaldılmasına yol vermək olmaz, xüsusilə biz uşaqlarla iş rəftar etdiyimiz zaman", - nazir yazıb.

Nazir müxbirlərə müraciyyət edərək deyib ki, "müəllimlərin gözdən salınmasına son qoyulmalı və müəyyən hörmət göstərilməlidir - biz artıq yaxşı müəllimlər çatışmazlığı yaşayırıq".

Sosial mediadakı şərhlərdə söylənilən fikirlərə həmahəng rəy bildirən nazir jurnalistləri əsas problemlər əvəzinə diqqəti "ikincidərəcəli məsələlər" yönəltməkdə ittiham edib.

Şerzod Şermatovun məktəb təhsili sistemində problemləri etiraf etməsi və ictimaiyyəti narahat edən məsələlərə münasibətini bildirmək üçün sosial mediadan istifadə etməsi Özbəkistanda prezident Şavkat Mirziyoyev dövründə ehtiyatla da olsa aşkarlıq və hesabatlılıq siyasətinin tətbiq edildiyini işarəliyir.

Şavkat Mirziyoyev 2 il bundan əvvəl prezident İslam Karimovun vəfatından sonra avtoritar siyasi sistemi olan Özbəkistana rəhbərlik etməyə başlayıb.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ