SON DƏQİQƏ

Bu qəbilədə qadınlar başlıq pulu ödəyir- FOTOLAR

Tarix:13-09-2018, 22:24

Dünyada olan bir çox qəbilələr öz adət-ənənələrini davam etdirsələr də, bir çoxları heç yadda da qalmadı. Belə qəbilələrin əksəriyyəti həmişə öz yaşam tərzləri ilə insanları təəccübləndirməyi bacarıblar. Hələ də varlığını qoruyan qəbilələrdən biri də Kalaş qəbiləsidir. Onlar da fərqli bir həyat tərzi keçirirlər. Kalaş qəbiləsi Pakistan-Əfqanıstan sərhədi arasındakı 3 min metrlik dağların arasında yaşayırlar. Onların mənşəyinin Makidoniyalı İsgəndərin ordusunda olan əsgərlərin soyundan gəldiyi bildirilir. Bu səbəbdən də onlar Böyük İsgəndərin itkin qəbiləsi kimi də tanınır. 

Burada orta hesabla 4-5 min əhalinin olduğu bildirilir. Qəbilə bütpərəstlik dininə xidmət edir. Onlar bu günə kimi öz adət-ənənələrini yaşatmağı bacarıblar. Onlar un əldə etmək üçün dəyirmanda taxıl üyüdürlər və paltarlarını isə çaydan axan suda yuyurlar. Urdu dilində danışırlar. Burda kişilərdən fərqli olaraq qadınlar söz sahibidir. Məsələn, burda qadınlar kişilərini dəyişdirmək hüququna malikdirlər. Amma kişilərin qadın dəyişdirmək kimi bir hüququ yoxdur. Kalaş qadınları bəyəndiyi kişiyə məktub yazaraq onunla tanış olur və başlıq pulu ödəyirlər. 

İl ərzində qəbilənin 4 böyük festivalı var. Ən böyüyü isə "Çilam Coşhi” adını verdikləri baharın gəlişi bayramıdır.





скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ