SON DƏQİQƏ

“Qəzanın bütün məsuliyyətini yalnız Etibar Pirverdiyevin üzərinə qoymaq doğru olmaz”

Tarix:7-09-2018, 14:27

Mehman Əliyev: "Digər qurum və yetkililərin də məsuliyyət dərəcəsi müəyyənləşməlidir”
Cari ilin 3 iyul tarixində Mingəçevirdə baş verən məlum qəzadan təxminən iki ay sonra  "Azərenerji” ASC-nin rəhbəri Etibar Pirverdiyev tutduğu vəzifədən azad edilib. Bəzi media orqanlarında E.Pirverdyevin daha sərt şəkildə cəzalandırıla biləcəyi ilə bağlı ehtimallar səslənir.

Maraqlıdır, məlum qəzaya görə yalnız E.Pirverdiyevi ittiham etmək nə dərəcədə doğrudur? Həqiqətənmi baş verənlərdə "Azərenerji” ASC-nin fəaliyyətinə nəzarət etməsi gərəkən digər qurumların, yetkililərin heç bir məsuliyyəti yoxdur?

Moderator.az-a açıqlama verən "Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bu məsələdə digər yetkililərin də məsuliyyət məsələsinə baxılması gərəkdiyini vurğuladı:

"Təbii ki, baş verənlərə görə bütün məsuliyyəti E.Pirverdiyevin üzərinə qoymaq doğru olmaz. Bu məsələ ilə bağlı digər əlaqədar qurum və yetkililərin də məsuliyyət dərəcəsi müəyyən edilməlidir. Hansı ki, onların işi "Azərenerji”ASC-nin fəaliyyətinə, bu quruma ayrılan vəsaitlərin düzgün istifadəsinə və s. nəzarət etmək olub. Problemin ədalətli həlli bütün bu tərəflərin məsuliyyətinin müəyyənləşdirilməsini tələb edir”.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ