SON DƏQİQƏ

Moskva meri Sobyaninə qeyri-adi təklif: Parklarda seks üçün çadırlar tikin

Tarix:7-09-2018, 12:26

Moskva sakini şəhər meri Sergey Sobyaninə paytaxt parklarında qızdırılmış çadırlar quraşdırılması üçün xahiş edib ki, sevgililər soyuq vaxtı xəlvətə çəkilə bilsinlər. 

 bəzi mütəxəssislər şəhər sakini A.Andriyanovun zarafatla yazılmış bu müraciətində əslində həqiqətin olduğunu etiraf ediblər.

Moskvalının rəyinə görə belə çadırların quraşdırılmasına ehtiyac ondan yaranıb ki, "kimsə valideyinləri ilə yaşayır, kimsə otaq icarəyə götütür və sahibləri də başqalarını ora gətirməyi qadağan edir”. 
Müraciətin müəllifi qeyd edir ki, bu çadırlar yalnız moskvalılara verilməlidir, gəlmələrə yox. 
Andriyanov deyir ki, parklarda çadırların qoyulması yeni doğulanların faizini yüksəldəcək və Sobyaninə səs verənlərin sayı da artacaq, çünki demoqrafik problemlər yaşayan Rusiyaya belə çadırlar çox lazımdır.

Xatırladaq ki, Moskvanın baş memarı Sergey Kuznetsov bu yaxınlarda mətbuata bildirib ki, "insanların son vaxtlar parkda sekslə məşğul olmasının xeyli dərəcədə artması müşahidə olunur”. 

Kuznetsovun sözlərinə görə parkda sekslə məşğul olanlar özlərini çox sərbəst və rahat hiss edirlər. Moskva Regional təhlükəsizlik departamentinin rəhbəri Vladimir Çernikov isə söz verib ki, onun əməkdaşları parkda seksin təhlükəsizliyini yoxlayacaqlar.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ