SON DƏQİQƏ

Sizə Facebook-da doğrudanmı rəsmi səhifə lazımdır?

Tarix:3-09-2018, 11:04

Vaşinqtonda yaşayan Tara Laskowski "Kənardan baxanlar” ("Bystanders”) və "Daxili şeytanlarınız üçün müasir ədəb qaydaları” ("Modern Manners For Your Inner Demons”) adlı iki hekayə toplusunun müəllifidir. 2010-cu ildən bəri "SmokeLong Quarterly” adlı bədii ədəbiyyat jurnalının redaktorudur.

Yazıçının ikinci hekayə kitabı işıq üzü görəndə o, bir daha Facebook-da müəllif səhifəsi açmaq barədə düşünür və bu dəfə də bu fikirdən vaz keçir.

MÜƏLLİF SƏHİFƏSİNİN ÜSTÜNLÜYÜ

Əlbəttə, müəllif səhifəsinin öz üstünlükləri var: saysız-hesabsız pərəstişkarlar sizi təqib edir, çoxlu pulsuz təhlil alırsınız, qeyri-adekvat "1 saylı fanatlardan” uzaq dura bilirsiniz, brendinizi yaradırsınız və oxuculara çıxışınız asanlaşır…

Məsələn, "Volonturist” ("The Voluntourist”) kitabının müəllifi Ken Budd deyir ki, Facebook-dakı müəllif səhifəsi ona oxucuları öz şəxsi səhifəsindən uzaq tutmağa kömək edir.

Ondan müsahibə almaq istəyən adamlar da onunla bu səhifə vasitəsilə əlaqə saxlayırlar. Bu səhifədə o, yeni yazıları haqda paylaşımlar edir və səyahət mövzusunda linklər yerləşdirir. İtinin və beysbol oyunlarının şəkillərini isə öz şəxsi səhifəsində yaxın dostları ilə paylaşır. Budd hesab edir ki, bu həm onun özü, həm də oxucular üçün yaxşıdır.

Ancaq Tara Laskowski düşünür ki, müəllif səhifəsi daha çox ziyan vura bilər:

"Bir yazıçının hər gün üzərində çalışdığı kontent haqda düşünün. Yeni layihələr üzərində iş, bloq yazıları və esselər yazmaq, Twitter, Instagram, Tumblr və sairdə paylaşımlar, Goodreads və Amazon-da rəylər. (Bu isə yazıçılar üçün vacibdir!) Mən hələ üstəlik, kontent tələb edən başqa bir platforma yaratsaydım dağılardım. Ya da, həmin səhifə mənim artıq öz Facebook divarımda müzakirə etdiyim şeylərin ara-sıra paylaşıldığı yerə çevrilərdi…”

Laskowski yazır ki, o, artıq Facebook-dakı şəxsi səhifəsində öz brendini yaradıb. Burada özü üçün sevdiyi və izləməyə çalışdığı yazıçıların şəbəkəsini qurub.

"Siz sifətsiz korporasiya və ya transmilli şirkət deyilsiniz. Oxucular sizinlə, müəlliflə şəxsən əlaqə qurmaq istəyirlər. Profillər sizi daha əlçatan göstərir…” - jurnalist Lisa Hall-Wilson öz bloqunda yazır.

ƏRZAQ DÜKANINA LİMUZİNLƏ GETMƏK...

Laskowski-nin sözlərinə görə, bu yanaşmanın təhlükəli tərəfləri də var. Məsələn, sadəcə sizin kitabınızı oxumuş yad adamlarla dostlaşmaq həyatınızı onların qarşısında açmaq kimidir. Buna görə yazıçı davamlı olaraq Facebook filtrlərindən yararlanır və paylaşımlarının özəl olmadığının fərqindədir.

"John Grisham-ın müəllif səhifəsini 1,5 milyon, Stephen King-inkini 4,6 milyon, Maya Angelounun səhifəsini 5,6 milyon adam izləyir. Onların fan səhifələri saxlamağa səbəbi var. Ancaq mən karyeramın bu mərhələsində hələ özümə auditoriya toplayıram… Müəllif səhifəmə ayırmağa vaxtım və pulum olmadığı üçün bu bir növ ərzaq dükanına getmək üçün limuzin kirayələmək kimi olacaq”, – Tara Laskowski yazır.

Onun sözlərinə görə, Facebook-un öz alqoritmində etdiyi yeni dəyişiklikdən sonra fan səhifəsi yaratmaq onun kimi yazıçılar üçün xüsusilə mənasız məşğuliyyətə çevrilir. Çünki, o, özünün 50 dostunu səhifəsini bəyənməyə çağırsa və bura kitabı oxumuş 100 istifadəçi də əlavə olunsa, ümumi say sadəcə 150 civarında olacaq və bu zaman Facebook-un yeni alqoritmləri onun paylaşımlarının oxuculara çatmasına imkan verməyəcək.

Ancaq dostluğunda olan insanlar onu insan kimi tanıya, maraqlarını paylaşa bilirlər. Onlar bir gün onun kitablarını alıb oxuya da bilərlər. "Ancaq oxumasalar belə biz yenə də dostuq”, – o yazır.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ