Rusiyanın müdafiə naziri Sergey Şoyqu Sibir və Uzaq Şərq bölgələrində baş tutacaq "Vostok-2018” adlı hərbi təlimlərin həm miqyası, həm əsgər sayı, həm də texnika baxımından misli görünməmiş olacağını vurğulayıb.

nazir açıqlamasında hərbi təlimlərdə Çin və Monqolustandan da qüvvələrin iştirak edəcəyini qeyd edib.

S.Şoyqu vurğulayıb ki, bu təlimlər SSRİ-nin 1981-ci ildə Estoniya, Latviya, Litva, Ukrayna, Belarus və Varşava paktını imzalamış ölkələrin ərazisində keçirdiyi hərbi təlimlərdən sonra ən böyük hadisə olacaq.