SON DƏQİQƏ

"Heç bir vicdan əzabı çəkmədən üzə durub ev yıxmağa alışmışıq"

Tarix:14-01-2019, 23:52

Sosial şəbəkələrdə satqınçılıq mövzusu geniş müzakirə edilir.  Qeyd edim ki, satqınlarımızın çoxluğu indinin məsələsi deyil. Köhnədən gələn bir işdir. Bu bədbəxtliyin  qanımızdan çıxıb qurtarmaması bir yana, heç olmazsa azalmır da. Vaxtı ilə bir araşdırma apardım. 1937-də represiyaların faiz dərəcəsinə görə, Azərbaycanın Ermənistan və Gürcüstandan irəlidə durması faktı üzərində xeyli düşünüb daşındım. Səbəbini tapmaq istəyirdim ki, axı niyə belə olub? Təəssüf ki, gəldiyim son nəticə məni pəjmürdə etsə də, deməliyəm ki, millətin içindəki satqın təbəqənin göstəricisi bizdə daha üstün qatda özünə yer eylədiyindən vəziyyət bu şəkli alıb. Ermənistanda həmin repressiya illərində azərbaycanlıdan azərbaycanlıya qarşı istifadə faktları daha çoxluq təşkil edib və ermənilər sürgün, güllələnmə, digər ağır repressiv metodlar üzrə planı məhz azərbaycanlıların hesabına doldurub. Acı həqiqətdir ki, Azərbaycanın özündə də məhz bu cür istifadə qaydalarına üstünlük verilmiş və çox az sayda erməni repressiyaya məruz qalmışdır. Biz özümüz özümüzü satmağa, heç bir vicdan əzabı çəkmədən üzə durub ev yıxmağa, qardaşı qardaşın, atanı balanın, bacını bacının üstünə qaldırmağa alışmışıq. Ona görə də bir çoxumuzun qanına yerikliyən satqınçılıq xərçəngini damarımızdan çıxarıb çölə tullaya bilmirik. Pula, vəzifəyə, zəngin dolanışığa görə hər cür rəzilliyə boyun əyənlər bu gün xalqın bir nömrəli probleminə çevrilib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ