SON DƏQİQƏ

17 yaşlı müsəlman gənc rus qızını boğulmaqdan xilas edərkən ÖZÜ HƏLAK OLDU (FOTO)

Tarix:2-08-2018, 13:50

Saxalin yarımadasındakı göldə batan rus qızını xilas edən 17 yaşlı gənc özü batıb.



Rus gölü adlanan göldə istirahət edən qız boğulmağa başlayıb. Şahidlər dərhal xilasedicilərə məlumat verib. Lakin onlar gələnədək 17 yaşlı gənc gölə atılaraq qızı sahilə çıxarıb, ancaq özünün suyun dərinliyindən üzüb çıxmağa taqəti qalmayıb.

Həlak olmuş gənc Qırğızıstan vətəndaşlı Kubanıç Jandarbek olub. Qırğız diaspor rəhbəri Eşimet Tolbayevin sözlərinə görə, qəhrəman gəncin cəsədi tapılsa da, onun ölümü barədə valideynlərinə hələlik xəbər verilməyib. Onlara faciə haqda məlumat yalnız Jandarbekin nəşi göndərilməyə hazır olduğunda veriləcək.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ