SON DƏQİQƏ

"Gəlirlərlə bağlı vəziyyət çox pisdir": ruslar yenidən ərzağa qənaət etməyə başlayıblar

Tarix:31-07-2018, 12:32

İqtisadçıların fikrincə, ruslar yenidən ərzağa qənaət etməyə başlayıblar. Bu, satışı zəif inkişaf edən və hətta zəifləyən ticarət şəbəkələrinin hesabatlarından da aydın olur.

Artıq investorlar buna reaksiya veriblər, hansı ki, yaxşı olmayan göstəricilər fonunda Rusiya pərakəndə səhmlərini satırlar.

Son bir həftə ərzində öz maliyyə nəticələri barədə dərhal bir neçə böyük ticarət şəbəkəsi - "Pyateorçka" və "Perekryostok"-un daxil olduğu X5 Retail Group, həmçinin "Magnit", "Lenta " və "O`Key" məlumat veriblər.

Maliyyə hesabatları təhlilçilərin və investorların çox da xoşuna gəlməyib. Məsələn, "Magnit"in mağazalarda trafiki və orta qəbz məbləği aşağı düşüb. X5 Retail -in satışı yalnız azca yüksəlib, "O`Key" in isə gəliri hətta azalıb.

"Pərakəndə şəbəkələrin göstəricilərinə əsasən bizim gördüklərimiz əhalinin gəlirlərinin çox pis vəziyyətdə olmasını əks etdirən ideal illyüstrasiyadır",-deyə "Loko-invest"in iqtisadçısı Kirill Tremasov izah edib.

Rusiya istehlak bazarının vəziyyəti barədə narahatlığını investorlar da dilə gətirib. "Magnit"in səhmləri demək olar ki bir həftə aşağı düşüb: iyulun 19-dan iyulun 26-sı səhərə qədər bu səhmlər demək olar ki, 9% ucuzlaşıb.

Yalnız ötən həftənin dördüncü günü bazarda artım başlayıb və səhmlərin kəskin surətdə qiyməti qalxıb. X5 Retail-in səhmləri də maliyyə hesabatı dərc edildikdən sonra ucuzlaşıb.

İyulun 19-dan iyulun 26-na qədər səhmlər 7,4% aşağı düşüb. Lakin bu tendensiya yalnız son həftələrinki deyil. Rusiya ticarət şəbəkələrinin daxil olduğu MICEX CGS indeksi bir il ərzində 9,5%-dən çox azalıb.

Tremasov izah edir ki, ən vacib səbəb isə məhz əhalinin gəlirlərinin zəifliyidir. "Bu, pərakəndə şəbəkələrin və buna müvafiq olaraq onların səhmlərinin gəlir dinamikasını müəyyənləşdirən ən vacib amildir", deyə o əlavə edib.

Pravoslav Pasxası "Magnit"in nəticələrini necə pisləşdirdi

İlk yarım il ərzində və ikinci rüb "Lenta" istisna olmaqla bütün böyük şəbəkələr zəif nəticələr göstəriblər.

Bu günə qədər də mağazalarının sayına görə, Rusiyanın ən böyük şəbəkəsi olan "Magnit"in ikinci rübdə trafiki, daha dəqiqi alıcı axını 2,1% aşağı düşüb.

Müqayisəli satışlar isə 5,2% aşağı düşüb - bu, bir qədər əvvəl açılan mağazaların hesabatsız satışıdır. "Magnit"də pis nəticələri aşağı inflyasiya ilə izah ediblər: ərzaqların qiyməti demək olar ki artmayıb, ona görə də satınalma xərcləri də artmayıb.

İnkişafa Pasxa bayramı da maneə yaradıb, hansı ki bununla pravoslav orucu başa çatır. Bu il Pasxa məvaciblər verilənə qədər olan dövrə təsadüf edib.

Bu isə o deməkdir ki, alıcılar bayram süfrəsinə daha çox pul xərcləyə bilməyiblər. "Magnit"də hesab edirlər ki, göstəricilər dördüncü rübdə yaxşılaşıb. Ən pis göstəricilər isə "O`Key" supermarketlər şəbəkəsinindir: satış ikinci rübdə 5,4%, trafik isə 4,8% aşağı düşüb.

X5 Retail Group-da zəifləmə yoxdur, lakin müqayisəli satışlar cəmi 1% artıb. Lakin bu ciddi yüksəlişi şirkətdə futbol üzrə dünya çempionatından irəli gələn qısa müddətli müsbət effektlə izah ediblər.

"Lenta" hipermarketlər şəbəkəsində vəziyyət daha yaxşıdır, burada müqayisəli satış 3,5% artıb. Bununla yanaşı, "Lenta"dan başqa bütün şirkətlərdə orta qəbz məbləği, daha dəqiqi bir alıcının bir mağaza ziyarəti xərci aşağı düşüb.

Tremasovun fikrincə, orta qəbz dinamikası məhz insanların qənaət etməyə davam etdiklərinin göstəricisidir. "Hər dəfə mağazaya gələn alıcı orada alış-veriş üçün daha az pul xərcləyir. Bu sübut edir ki, əhali məhz qida ərzaqlarına qənaət etməyə davam edir ", deyə iqtisadçı izah edib.


"Magnit"in problemləri

"Magnit"in problemləri çoxdan məlum idi. Şəbəkənin gəliri ilk dəfə 2016-cı ildə aşağı düşüb. O, zaman o bu göstəricini özünün baş rəqibi X5 Retail Group-a güzəştə getməli olmuşdu.

2017-ci ildə "Magnit" gəlirə görə də ilk yeri əldən verdi. Təhlilçilərin fikrincə, mağazaların yenidən dizayn edilməsiylə rəqibinə çatmağa cəhd edən şirkətin bu addımı çox geçikmiş addım idi.

Nəticədə şəbəkənin təsisçisi Sergey Qalitskiy özünün səhmlər paketinin böyük hissəsini - 29,1%-ni VTB bankına satdı və şirkətin baş direktor postunu tərk etdi.

Satışdan dərhal sonra VTB "Magnit"in 11,8%-ni əczaçılıq bazarında çalışan Aleksandr Vinokurovun "Marafon Group" şirkətinə satdı. İyunun əvvəlində "Magnit" "Marafon"un aktivlərindən birinin, "Sia"farmdistryübitorunun alınmasının nəzərdən keçirildiyini bəyan etdi.

Bazarın bu yenilik xoşuna gəlmədi və "Magnit" səhmlərinin qiyməti aşağı düşməyəi başladı. İnvestorların "Sia"nın sərfəli aktiv olmasına dair şübhələri vardı.

İyulun 26-da "Magnit"in Direktorlar Şurasının iclasında şəbəkə - due diligence yoxlamalarından sonra alışdan hələki imtina etdiyini bəyan edib. Durektorlar Şurası "sövdələşmənin ilkin şərtlərini kifayət qədər məqbul" hesab etməyiblər.

"Alfa-Bank"ın təhlilçisi Aleksandra Melnikovanın sözlərinə görə, bu xəbərlərin fonunda "Magnit" səhmlərinin qiyməti artmağa başladı.

Onun sözlərinə görə, investorlar şəbəkənin mənfi müqayisəli satış göstəricilərinə hazır idilər, amma ümumilikdə onlar üçün nəticələr qənaətbəxş idi.


"Magnit"ə hətta böyük endirimlər olan fəal reklam kampaniyaları da kömək etmədi. İnfoLine təhlil mərkəzinin baş direktoru İvan Fedyakov belə izah edib.

İndi bunu bütün şəbəkələr həyata keçirir, rəqabət isə daha da aqressiv olur. Fedyakovun sözlərinə görə, şəbəkələrin 30-50% dövriyyəsi endirimli məhsullardan gəlir.


скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ