SON DƏQİQƏ

Geylər Çeçenistandan gedir

Tarix:30-07-2018, 16:23

Ötən ilin əvvəlindən 125 LGBT üzvü Çeçenistandakı təqiblərdən qaçıb. Bu haqda "Kommersant” qəzetinə Rusiyanın LGBT icmasının fəalları məlumat veriblər. Onların bildirməsinə görə, hüquq-mühafizə orqanları 49 nəfərin qeyri-ənənəvi oriyentasiyasını etiraf etməsinə nail olub və onlardan tanışları haqda informasiya tələb edib.

37 nəfər hüquq müdafiəçilərinə saxlanarkən məruz qaldıqları işgəncələrdən danışıblar.

LGBT təmsilçilərinin qohum və tanışlarının çoxu hədələrə görə respublika ərazisini tərk ediblər. Bəziləri artıq Rusiyadan çıxıb, digərlər köçməyə hazırlaşır.

Rusiyanın LGBT şəbəkəsi hakimiyyət orqanlarının Çeçenistanda geylərin təqibə məruz qaldığını təsdiqləməməsindən narahatdır. Bu yaxınlarda Rusiya təmsilçisi BMT-nin işgəncələrə qarşı komitəsində bəyan edib ki, qeyri-ənənəvi oriyentasiyası olanlara qarşı güc tətbiqi barədə deyilənlər təsdiqini tapmayıb.

Çeçenistan hakimiyyəti isə daha öncə demişdi ki, regionda LGBT təqib olunmur, heç gey də yoxdur.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ