SON DƏQİQƏ

Azərbaycanın İnterpol xətti ilə axtarışa verdiyi türkiyəli sahibkarlar...

Tarix:20-07-2018, 12:08

Azərbaycanın İnterpol xətti ilə beynəlxalq axtarışa verdiyi xarici vətəndaşların əksəriyyəti vergidən yayınma və qanunsuz sahibkarlıqla bağlıdır. Səbəb nədir?

 

Səbəblər barədə  3 il müddətinə bu sahədə araşdırmalar aparan tanınmış hüquqşünas Cavad Cavdov danışıb.

C.Cavadov bildirib ki, neft sektoruna qoyulan yatırımları çıxsaq, müstəqillik qazandığımız dövrdən Azərbaycana ən çox investisi qiyan ölkə qardaş Türkiyədir:


"Azərbaycanın da Türkiyənin iqtisadiyyatına qoyulan yatırımının həcmi ilk yerlərdədir. Üç ilə yaxındır ki, İnterpolun axtarış siyahısında Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsləri maraq üçün izləyirəm. Artan tendenisya ilə ölkəmiz tərəfindən Türkiyə vətəndaşlarının qanunsuz sahibkarlıq və vergidən yayınma ittihamı ilə beynəlxalq axtarışa verildiyini müşahidə edirəm”.

 

Hüquqşünas deyib ki, Türkiyə Azərbaycan tərəfindən kimisə beynəlxalq axtarışa verməyib:


"Yeni vergilər naziri təyin olunandan sonra bu məsələ diqqətimi çəkdi. Qeyd edim ki, Türkiyə ümumiyyətlə hər hansı Azərbaycan vətəndaşını beynəlxalq axtarışa verməyib. Amma bizim tərəfimizdən bunu demək olmur. Çünki Azərbaycan 10 Türkiyə vətəndaşını İnterpol xətti ilə beynəlxalq axtarışa verib və onların 9 nəfəri vergi orqanları tərəfindən ya vergidən yayınmada və qanunsuz sahibkarlıqda ittiham olunur.

 

İttihamların tam qondarma olması fikrindən uzağam, amma bu statistika düşündürücüdür.

Azərbaycan Respublikasının Vergilər Məcəlləsi 2001-ci iln yanvarın 1-dən qüvvəyə minib və 221 maddədən ibarətdir. İndiyə kimi bu məcəllədə dəyişiklik və əlavələrlə birlikdə 781 qanun qəbul edilib. Məcəllə qüvvədə olduğu 17 ildə demək olar ki, tamamilə dəyişilib. Ümumiyyətlə, qanunvericilikdə dəyişiklik edilməsi dəyişən ictimai münasibətlər kontekstində normaldır, lakin Vergilər Məcəlləsinin belə surətlə və mütəmadi olaraq dəyişdirilməsi investiya cəlb edilmə baxımından uğurlu deyil. Yeni təyin olunan vergilər naziri bu yaxınlarda vergi sistemində müəyyən problemlərin olmasını etiraf etdi. Vergi və qanunsuz sahibkarlıq ittihamları ilə axtarışa verilmiş Türkiyə və digər dövlətlərin vətəndaşlarının işlərinin yenidən araşdırılması bu baxımdan məntiqli addım ola bilər”.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ