SON DƏQİQƏ

““Azərenerji”nin günahı olduğu ona görə məlum olacaq ki...”Dəymiş ziyana görə insanlar “Azərenerji”dən kompensasiya tələb edə bilər:

Tarix:9-07-2018, 15:48

İyunun 3-nə keçən gecə Mingəçevir İstilik Elekrtik Stansiyasında (İES) baş verən qəza nəticəsində ölkə qaranlığa qərq oldu. İnsanlarımız metroda qaldılar. Psixoloji sarsıtdı keçirdilər. Baş verən hadisə nəticəsində insanlarımıza həm mənəvi, həm də maddi ziyan dəydi. Ölkədə elektrik enerjisi olmadığından bir çox sahibkarlara külli-miqdarda maddi ziyan dəydi. Çox maraqlıdır dəymiş ziyana görə sahibkarlar  "Azərenerji”ni məhkəməyə verərək, kompensasiya tələb edə bilərmi?  

Hüquq müdafiəçisi Ələsgər Məmmədli \açıqlamasında bildirdi ki, dəymiş ziyana görə insanlar "Azərenerji”dən kompensasiya tələb edə bilər:

"Bilirsiniz ki, burda söhbət xeyli zərərdən gedir. İnsanların maddi və mənəvi itkiləri oldu. Yaşlı insanlar sərinlədicilərin işlməməsi və metro tunellərində qalmaları səbəbindən həyatlarını itirdilər. Amma bütün hallarda hər bir qurumun müqavilə öhdəlikləri var. "Azərenerji” də faktiki olaraq enerji təhlükəsizliyi və enerji təminatıyla bağlı istər istehlakçılar qarşısında, istərsə də paylayıcılar qarşısında məsuliyyət daşıyır. 


Картинки по запросу Hüquq müdafiəçisi Ələsgər Məmmədli

Bununla bağlı dövlətin öhdəliklərindən biri də vətəndaşlara dəyən zərərin ədalətli şəkildə kompensasiya edilməsidir. "Azərenerji” də bir dövlət qurumudur və mən düşünürəm ki, normal hüquq prasidurları və demokratik dəyərlər çərçivəsində fəaliyyət göstərən dövlət mexanizmi mövcud olan yerlərdə bu kimi hadisələr hökmən ədalətli kompensasiya edilməlidir. Məhkəmə qaydasında dəymiş ziyanı vətəndaşlar tələb edə bilərlər. "Azərenerji”nin də günahı olduğu ona görə məlum olacaq ki, ölkədə 30-dan çox elektrik stansiyası var və bunların hamısının fəaliyyəti birdən dayanıb. Bu o deməkdir ki, burda ciddi yarıtmazlıq və ya səhlənkarlıq var. Komissiya qərarından sonra məsuliyyətsizlik edən şəxslərin kimliyi müəyyən olunduqdan sonra kütləvi şəkildə məhkəmə iddiaları qaldırıla bilər və kompensasiya tələb olan bilər”. 
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ