SON DƏQİQƏ

Dəmiryolu qəzası: 24 nəfər ölüb, 318 nəfər yaralanıb

Tarix:9-07-2018, 14:47

Türkiyənin Tekirdağ bölgəsinin Çorlu rayonunda dəmiryolu xəttində 5 vaqonun xətdən çıxması nəticəsində qəza baş verib.

Baş nazirin köməkçisi Recep Akdağ, nəqliyyat naziri Ahmet Arslan və səhiyyə naziri Ahmet Demircan birgə mətbuat konfransı keçirib.

Recep Akdağ 24 nəfərin öldüyünü, 194 yaralının ilkin tibbi yardım aldıqdan sonra evə buraxıldığını, 124-nün müalicəsinin davam etdiyini açıqlayıb.

Nəqliyyat naziri Ahmet Arslan qəzanın "normadan artıq yağışlardan sonra dəmiryolu xətlərinin arasındakı torpağın boşalmasının" səbəb olduğunu bildirib.

Ahmet Arslan "50 dəqiqədə hər kvm-ə 32 kq yağış düşdüyünü, bunun da birləşmələrdə şişmələrə səbəb olduğunu" bildirib. O əlavə edib ki, "maşınistlər bu boşluğu görə bilməz, ancaq lokomotiv keçəndən sonra nəzərə çarpıb.

Türkiyədə dəmiryolu qəzasıFotonun müəllifiDHA

Xilasetmə işlərinin səhər saat 6:00-da başa çatdığı bildirilib.

Nazirlik bildirib ki, qatara qeydiyyatlı 362 sərnişin və 6 işçi olub.

Qəzanın baş verdiyi ərazidə gecə boyu axtarış və vaqonların qaldırılması işləri aparılıb. Bəzi yaralılar İstanbulda yerləşən xəstəxanalara aparılıb.

Türk Silahlı Qüvvələri əraziyə helikopter göndərib.

Recep Tayyip Erdoğan qəza ilə bağlı mesajında "sərnişin qatarındakı bəzi vaqonların xətdən çıxması nəticəsində baş vermiş qəza hərtərəfli araşdırılmaqdadır" deyib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ