SON DƏQİQƏ

Yaponiyalı rahiblərin “Kimonoda bunları edə bilərəm” videosu yayılıb

Tarix:6-01-2019, 23:18

Rahib sürücünün üzərindəki kimononun yol hərəkətinə "mümkün təhlükə" olduğu üçün cərimələnməsindən sonra kimono barədə videolar yayılmağa başlayıb, Yomiuri Shimbun saytı xəbər verir.

Rahib 6,000 yen ($55) dəyərində cəriməni ödəməkdən imtina edib.

Buddist icması isə ona internetdə dəstək göstərməyə başlayıb.

Rahiblər "Kimonoda bunları edə bilərəm" həşteqilə yayılan videolarda müxtəlif fiziki fəndləri nümayiş etdirirlər.

Presentational white space
Presentational white space
Presentational white space
Presentational white space
Presentational white space

Rahib ötən ilin sentyabr ayında Yaponiyanın Fukui əyalətindəki buddist mərasiminə yollanarkən saxlanılıb.

Bu barədə məqalə isə dekabr ayında dərc olunandan sonra sürətlə yayılan həştəqə çevrilib.

Yomiuri Shimbun qəzetindəki məqalədə iddia olunur ki, rahibi saxlayan polis kimononun qollarının və uzunluğunun maşın sürməyə mane ola biləcəyini deyib.

Yaponiyanın yol hərəkət qaydaları avtomobilin idarəsinə əngəl ola biləcək geyimləri qadağan edir. Lakin bu qadağa bütün rahib geyimlərinə şamil edilmir və qaydalar o qədər də birmənalı deyil.

20 ildir ki, maşın idarə edən rahib indiyədək cərimə almadığını deyib. Onun 40 yaşlarında olduğu deyilir, lakin adı açıqlanmayıb.

Yerli qaydalara görə o, cəriməni ödəməsə, məhkəməyə göndərilə bilər.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ