SON DƏQİQƏ

Yeni buraxılan 200 manatlıq əskinas tənqid olunur

Tarix:26-05-2018, 20:04

Mərkəzi Bankın dövriyyəyə buraxdığı yeni 200 manatlıq əskinaslar dərhal tənqidlə qarşılanıb: onun dizaynından tutmuş nominal dəyərinin bazara təsirinə qədər...

Bank məsələləri üzrə mütəxəsis Əkrəm Həsənov Mərkəzi Bank bütün əskinaslarda yol verdiyi qanun pozuntusunu 200 manatlıq əskinasda da təkrarladığını düşünür.

"Qiymətlərə psixoloji təsir göstərəcək"

Mərkəzi Bank Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və mərhum prezident Heydər Əliyevin 95 illiyilə əlaqədar dövriyyəyə 200 manatlıq pul əskinasları buraxıb.

"200 manatlıq əskinasların dövriyyəyə buraxılması qiymətlərə psixoloji təsir göstərəcək", iqtisadçı Vüqar Bayramov deyir.

O, yeni əskinasın infliasiyanı artıracağını proqnozlaşdırır: "İstehlak bazarına təsirləri olacaq və bu təsirlər qiymətlərin artmasına gətirib çıxara bilər".

Onun fikrincə, yeni əskinas manatın alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olacaq.

Vüqar Bayramov deyir ki, 200 manatlıq əvəzinə daha çox xırda, bir-iki manatlıq dəmir pullar və ya 3 manat nominallı əskinaslar dövriyyəyə buraxılsaydı, daha məqsədə uyğun olardı.

"Heç bir devalivasiyadan söhbət gedə bilməz"

Mərkəzi Bankın 200 manatlıq əksinasları təqdimetmə mərasimində iştirak edən millət vəkili Vahid Əhmədov BBC Azərbaycancaya deyib ki, yeni əskinas heç bir halda infiliasiyaya təsir edə bilməz.

"Azərbaycanda gedən iqtisadi proseslər, neftin qiymətinin yüksək olması, idxal-ixrac əməliyyatlarında müsbət saldonun olması, o cümlədən Mərkəzi Bank tərəfindən pul kütləsinə çox ciddi nəzarətin həyata keçirilməsinə görə heç bir infliasiya ola bilməz. Heç bir devalvasiyadan söhbət gedə bilməz", Vahid Əhmədov deyib.

Vahid Əhmədov: "Digər tərəfdən, 200 manatlıq əskinaslar dövriyyəyə buraxılandan sonra ümumi pul kütləsinin normal səviyyədə saxlanması üçün, ola bilər 50 manatlıq, 100 manatlıq əskinaslar bir müddət dövriyyədən çıxarılsın".

Millət vəkili onu da əlavə edir ki, yeni əskinaslar çox böyük miqdarda dövriyyəyə buraxılmayacaq, ona görə də bunun nağdsız ödənişlərə təsir göstərərəcəyinə inamır.

Bank məsələləri üzrə mütəxəsis Əkrəm Həsənov düşünür ki, Mərkəzi Bank bütün əskinaslarda yol verdiyi qanun pozuntusunu 200 manatlıq əskinasda da təkrarlayıb.

BBC Azərbaycancaya danışan Əkrəm Həsənov deyir ki, manatın demominasıyasından sonra onun üzərində müəlliflik hüququnu təsdiq edən işarə var: "Azərbaycanda qüvvədə olan Müəlliflik hüququ və Əlaqəli hüquqlar haqqında olan qanuna əsasən, pul nişanları müəlliflik hüququnun obiyekti deyil".

Onun sözlərinə görə, manatın dizaynı avroya bənzədilib, onun üzərində bu nişan var, amma "Avropa qanunvericiliyində bu qadağa yoxdur".

Mərkəzi Bank 200 manatlıq əskinaslarla bağlı BBC Azərbaycancanın suallarına sabah cavab verə biləcəyini deyib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ