SON DƏQİQƏ

Sadə nəvazişlə körpələrin sancısını azaltmaq mümkündürmü?

Tarix:5-01-2019, 22:20

Körpələri ağlamağa vadar edən səbəbi anlamasaq da, onların narahatçılığını azaldan sadə bir üsul var.

Oxford Universiteti ilə Liverpool Universitetinin birgə araşdırmasının nəticəsində müəyyənləşib ki, körpələri nəvazişlə oxşamaq ağrı ilə bağlı beyin fəaliyyətini azaldır.

Tədqiqatçılar qan analizi götürülən 32 körpənin beyin fəaliyyətini izləyiblər.

Analizdən əvvəl onların yarısını yumşaq fırça toxunuşu ilə oxşayıblar. Bu qrupdakı körpələrin beynində ağrı fəaliyyəti 40 faiz daha az olub.

Əsas məsələ sürətdir

"Görünür ki, toxunuş əks təsirləri hərəkətə gətirmək riski olmayan ağrıkəsici potensialına malikdir," analizi aparan komandadan Dr Rebecca Slater izah edib.

körpələrFotonun müəllifiGETTY IMAGES
Image captionXəstəxanada qaldıqları müddətdə körpələr bir sıra tibbi testlərdən keçirilirlər

Bundan əlavə, körpələrdə ağrını azaltmaq üçüm optimal sürətin saniyədə 3 santimetr olduğu sınaq əsnasında ortaya çıxıb.

"Valideynlər körpələrini intuitiv olaraq bu optimal sürətdə oxşayırlar," Slater əlavə edib.

"Bu cür üsulların neyrobioloji əsaslarını daha yaxşı anlaya bilsək, valideynlərə uşaqlarını necə rahatlaşdıracağına dair məsləhətlər verə bilərik."

Həmin nəvaziş sürəti dəridə C-toxunma afferent liflər (C-tactile afferent fibers) adlı hissiyyat neyronlarını akitvləşdirir. Artıq bunun yetkin yaşlı insanlarda ağrını azaltdığı ortaya çıxıb.

Lakin uşaqların da eyni reaksiya verib-verməyəcəyi məlum deyildi. Eləcə də bunun, böyüdükcə inkişaf edib-etmədiyi də bilinmirdi.

"Biz, C-toxunma afferentlərinin körpələrdə də aktivləşdiyini və asta və mülayim toxunuşun onların beyin fəaliyyətində dəyişikliklər yarada bildiyini aşkarladıq," Slater söyləyib.

körpəFotonun müəllifiTƏSDİQ OLUNUB Kİ, FİZİKİ ƏLAQƏ KÖRPƏLƏRDƏ STRESSİ
Image captionTəsdiq olunub ki, fiziki əlaqə körpələrdə stressi azaldır

"Əvvəlki tədqiqatlar da fiziki toxunuşun valideynlərlə körpə arasındakı bağlılığı artırdığı, həm valideynlər, həm də körpə üçün stressi azaltdığı və xəstəxanada qalmaq müddətinin qısaltdığını göstərib," Slater deyib.

Komanda hazırda eyni analizi duyğu sinirləri inkişaf etməkdə olan erkən doğulmuş körpələrdə də sınaqdan keçirmək istəyir.

Erkən doğulan və xəstə uşaqlar üçün xeyriyyə təşkilatı Bliss-in icraçı direktoru Caroline Lee-Davey-ə görə, bu yeni araşdırma həm də valideyn nəvazişinin körpələrdə ağrının səngiməsinə kömək olacağını göstərir.

"Hamımız bilirik ki, neonatal baxımdakı körpələr üçün dərinin-dəriyə toxunması böyük fərq yaradır və valideynlərə körpələri ilə bağ qurmaqda kömək olur," o deyib.

körpəFotonun müəllifiGETTY IMAGES
Image captionDərinin-dəriyə toxunması körpə ilə valideynləri arasındakı bağı gücləndirir

Təşkilat gələn il Oxford Universitetində erkən doğulan körpələrin ağrısının valideyn nəvazişi vasitəsilə azaldılması üzrə aparılacaq yeni araşdırmalar üçün maliyyə ayıracaq.

"Bir çoxları körpənin neonatal baxımda keçdiyi tibbi proseduralardan xəbərdar deyil," Lee-Davey söyləyib.

"Körpənin narahatlığını azaltmağa kömək olan istənilən şey bu araşdırma sahəsində böyük bir addımdır," o əlavə edib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ