SON DƏQİQƏ

"Bəli mən kökəm. Və baxın, necə yaşayıram"

Tarix:16-05-2018, 22:10

Səndə piylənmə varsa öz vücudunu sevmək elə də asan deyil.

Bəziləri kök olduqları üçün tənqidlərə məruz qalırlar. Melissa da belələrindir və bu onun xoşuna gəlmir.

İşdə prezentasiya etmək üçün yerimdən qalxan zaman çox gözəl başa düşürəm ki, ilk növbədə insanların diqqəti mənə deyil, mənim ölçümə yönələcək, Melissa deyir.

Sözün əsl mənasında mən hamının açıq etiraf etmək istəmədiyi problemin təcəssümüyəm.

Söhbətə həmişə belə başlayıram: "Bilirsiniz, mənim işim başdan-ayağa stresdir! Hələ bir həftə əvvəl mənim ölçüm 12 idi, (Rusiyada 46 ölçüsü - BBC Rus Xidməti) indi isə mənə baxın!"

Niyə belə edirəm? Niyə özüm-özümü ələ salmaliyam?

Mən niyə hər kəsə tamamilə öz problemimdən xəbərdar olduğumu və artıq fərqli mövzuda danışa biləcəyimizi başa salmalıyam?

Ona görə ki, mən möhkəm və kök qadınam. Mən "kök" sözündən qorxmuram. Öz ölçümü paltar altında gizlətmirəm və qum saatı forması kimi bədənim olduğunu iddia etmirəm.

Doluyam və bu faktdan qaça bilməzsən. Özümü böyük şarlar və qutular kimi təsvir edərdim.

Mənim biləklərimdən başqa kiçik adlandırılacaq bir yerim yoxdur. Sifətim böyük dairədir. 46 F ölçülü büstüm mənim qarnımı qızdırır.

Ümumiyyətlə bir neçə qarnım var. Çilli dərimdə çatlaqlar görünür. Cəmiyyətdə mənim kimilərini xüsusi şəkildə qəbul edirlər - biz iyrənc, piyli, səhlənkar, tənbəl, axmaq və səriştəsizik.

Lakin bu da maraqlıdır ki, sən hər yerdən görünürsən, ətrafı zəbt edirsən, amma niyəsə özünü gözəgörünməz hiss edirsən.

İnsanlar sənə baxmamağa çalışırlar. Mən istehza, laqeydlik və lağlağı hiss edirəm.

ЖивотFotonun müəllifiPA

Bəziləri məni body-pozitiv (bədən pozitivliyi) hesab edib, bu keyfiyyətimi bəyənsələr də mən bu piylərimin heç hara getməyəcək fikrilə bağlı nifrəti və ağrını hiss etməməyi bacarmıram.

"Piy" sözünü tələffüz etmək asan deyil. Mən yalnız bu yolla necə olduğumu ifadə edə bilərəm.

Hərdən mənə elə gəlir ki, bəzi şeyləri mən yalnız varlığıma haqq qazandırmaq üçün edirəm.

Xeyriyyəçilikdə iştirak və yaxşı davranışı misal çəkmək olar.

Mən başıma "yaxşı menecer", "əla dost", "nümunəvi qız övladı" yazılı kepkalar qoyuram.

Müəyyən mənada bəxtim gətirib: mən şən, müstəqil və çoxlu dostları olan tipik dolu qadınam.

Afrika mənşəliyəm - qaradərili qadın üçün dolu olmaq məqbuldur.

Mən başa düşürəm ki, niyə bəziləri mənə baxır və soruşur: "Melissa bu dərəcədə necə kökəlmək olar?"

Cavab isə sadədir: özünə nəzarət problemi, özünü aşağı qiymətləndirmə və özünə qarşı sevgisizlik.

Bütün bunlar barədə düşünəndə başa düşürəm ki, mən özümü bu vəziyyətə çatdırmışamsa demək ki tamamilə özümə qiymət vermirəm.

Mmətbəximdəki dolablar keyfiyyətli ərzaqla doludur. Rəflər turşuya qoyulmuş ləzzətli tərəvəz bankaları ilə bəzənib.

Mənim şampan, ədviyyat şüşələrindən ibarət böyük kolleksiyam var.

Əgər mən zərif olsaydım, məni qurman hesab edərdilər.

Çünki yemək mənim əsl ehtirasımdır.

Lakin bununla yanaşı məndə yeməyimin bitəcəyi kimi bir qorxu mübtəlalığı da var.

Və nəticədə mənim kabinetim ehtiyat anbarına çevrilib.

Mənim iş masam əlavə dondurucularla, pivə şüşələri rəfləriylə, şərab və sidr şüşələri, müxtəlif sıyıqlar, batonlar, çips paketləri və ədviyyatlarla əvəz edilib.

Mən buna görə utanıram. Görünür, mən acgözəm.

Bəzən supermarketə gedən zaman gözlərimi döşəməyə endirirəm və yalnız bir şey barəsində düşünüərm: "Mən bütün bunları kimin üçün alıram?".

Mən özümü ələ almalıyam - mən axı bir ailə üçün deyil, yalnız özüm üçün alıram.

Rahatlıq hissini məhz qidadan aldığıma görə məyus oluram.

Yeməklə belə qəribə münasibətlər - tənhalığın əlamətidir.

Fotonun müəllifiMONKEYBUSİNESSİMAGES
Image caption"Əgər zərif olsaydım məni qurman hesab edərdilər, çünki yemək mənim üçün əsl ehtirasdır", -deyə Melissa etiraf edir. (Şəkildəki o deyil).

Mən hər gün işlə ev arasındakı yola 2-3 saat vaxt sərf edirəm. Maşına otururam, maşından düşürəm və günün qalan hissəsini keçirdiyim ofisdəki kresloma "nəql oluram".

Mən gündə neçə addım atdığımı bilmək istəməzdim, çünki mən onun yüzdən az olmasından şübhələnirəm.

Çox yeməyim osteoartrit və səhhətimə əlavə problemdir. Bu mənə kömək etmir, yalnız

oynaqlara yükü artırır.

Mən necəsə bu ifadəni eşitmişəm: "İynə ilə özümə qəbir qazıram".

Əvəllər üzgüçülüyə gedərdim, lakin sonra başını buraxdım.

Nə vaxtsa kiçik ölçülərə sahib idim, hətta zərif idim.

Yeniyetmə ikən yeməyə dair münasibətim qəliz idi.

Anam mənimlə bacımın onun kimi kökəlməyini istəmirdi.

Onun qorxduğu isə baş verdi.

"Sadəcə çəkini azalt", - qohum, dost, həmkarlar və həkimlərdən bunu tez-tez eşidirəm.

Bu çətin deyil, mən başa düşürəm.

Az kaloridən istifadə et, daha çox kalori yandır... Bu hansısa səy tələb edir, elə deyilmi?

Daha dəqiqi mən özümü həvəsləndirməliyəm və inadla çalışmalıyam.

Hərdən mənə elə gəlir ki mən buna qadirəm. Başqa vaxtlar isə bunu bacarmayacağımı düşünürəm.

Düzünü desəm mənim üçün fərqi yoxdur.

Mən niyə özümü sadəcə olduğum kimi qəbul edə bilmirəm?

İnsanlar daima məni qınayırlar. Yəqin ki, məsələ qorxudadır.

Onlar qorxularını mənimlə əlaqaləndirir ki, çünki mən nəzəriyyədə onların nə çevrilə biləcəklərinin əksiyəm.

Onlar nəzarəti əllərində saxladıqlarını, ağıllı olduqlarını və heç bir halda məndəki ölçülərə çatmayacaqlarını təkrar edirlər.

Lakin icazə verin mən sizə bir şey deyim: Mən də bir vaxtlar sizin kimi olmuşam, siz isə həmişə mənim kimi ola bilərsiniz.

Bəzən mənə həqiqətən elə gəlir ki, dolu olmaq cazibədardır.

Mən bu zaman sadəcə güzgüdə öz əksimə heyranlıqla baxıram.

Üç siluetFotonun müəllifiCOSMOKIDZ
Image caption"Mən də bir vaxtlar sizin kimi olmuşam, siz isə həmişə mənim kimi ola bilərsiniz".

Çəkim həmçinin güc mənbəsi də ola bilər.

Otağa daxil olarkən özümü o qədər güclü hiss edə bilərəm ki, kimsənin dediyi bəd söz yan keçər.

Bəzən çəkimi zireh kimi görürəm, bəzən isə o məni ətraf dünyadan qoruyan örtüyə çevrilir.

Dünyam ziddiyyətlərlə doludur, lakin mən bunda kimisə günahlandırmıram.

Buna görə məsuliyyət daşıyan yeganə insan özüməm. Heç bir şeyə baxmayaraq mən öz çəkimi qəbul etmirəm.

Belə doğulmamışam. Özümü belə qəbul etsəm, bu mənim təslimim olardı.

Mən isə təslim olmaq istəmirəm. Mərhəmət axtarmıram.

Sadəcə başqalarına demək istəyirəm ki, çəkimi etiraf etmək hərəkətə keçmək üçün əla vasitədir.

Planımı gözdən keçirərək düşünürəm ki, 14 və ya 16 ölçüsünə qədər arıqlamaq kifayət edər.

Normal olmaq istəmirəm, çünki norma - darıxdırıcıdır.

Sadəcə özümün daha yaxşı versiyası olmaq istəyirəm.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ