SON DƏQİQƏ

Vegeterian kolbasalar, Polşada vampirlər: Britaniya Xarici İşlər İdarəsindən qəribə xahişlər?

Tarix:4-01-2019, 23:57

Vegeterian kolbasalar, Polşada vampirlər və bu kimi məsələlər xaricdə yaşayan bəzi britaniyalıların il ərzində Britaniya Xarici İşlər Nazirliyindən telefonla soruşduğu suallar olub.

Britaniya XİN belə əcaib sualların siyahısını yayımlayıb.

Qurum bununla telefon xəttinin təcili köməyə ehtiyac olunan zaman istifadə edilməsinin vacibliyini xatırladıb.

Köməklə bağlı Britanya XİN-in qaynar xəttinə 330 mindən çox zəng gəlib.

Niderlanddan "Cəsur ürək" filminə baxan bir nəfər zəng edərək filmdəki səhnələrlə bağlı suallar verib.

Kanar adalarından zəng edən britaniyalı isə xahiş edib ki, küçə pişiyi onun yatağını batırdığı üçün XİN qaldığı oteli onun yerini dəyişdirməyə razı salsın.

rəqs müsabiqəsi
Image captionZəng edənlərdən biri Strictly Come Dancing müsabiqəsinin nəticələrini soruşub

ABŞ-dan zəng edən biri soruşub ki, İngiltərədə yayımlanan 'Strictly Come Dancing' adlı rəqs yarışmasında əvvəlki gecə kim uduzub.

2018-c ildə Britaniya XİN-in əməkdaşları xəstəxanaya aparılan 3400 xəstənin, həbs edilən 4900 vətəndaşı ilə maraqlanıb.

O cümlədən, qurum 29 mindən çox müvəqqəti səyahət sənədləri ilə məşğul olub.

Xarici İdarə onlara yönəldilən bəzi qəribə sualları da açıqlayıb:

  • İnternet üzərindən bir qadınla tanış olan bir kişi ilk görüşə getməzdən əvvəl öyrənmək istəyib ki, Polşada vampirlər varmı? Çünki qadın ondan qan qrupu haqqında soruşubmuş.
  • Bir nəfər Taylandın paytaxtı Banqkokdan zəng edərək deyib ki, onlar masaj salonun rəhbərliyi ilə danışsınlar, o, masaj salonunda növbə gözləyərkən yuxulayıb və indi ödəniş etməkdən imtina edir.
  • Yeni Dehlidən gələn zəngin sahibi soruşub ki, Britaniya Yüksək Komissiyası nə vaxt açılır, o eşidib ki, orda vegetarian kolbosalar satılır və ondan almaq istəyir.
  • İtaliyadan biri soruşub ki, səfirlik onlara toyun təşkilində, gül məsləhətində, Papa ilə görüşmək üçün bilet tapmaqda kömək edə bilərmi?
  • Küveytdən zəng ediblər ki, XİN əməkdaşlarından onun köpək balalarını himayəyə götürmək istəyən olarmı?
  • Bir nəfər maraqlanıb ki, Argentinada evlənə biləcəyi qadınların siyahısı Xarici Siyasət İdarəsində varmı?
  • Bir nəfər sahildən tapdığı kiçik taxta parçasını hara göndərə biləcəyini soruşub. O hesab edirmiş ki, həmin taxta parçası 1700-cü illər Britaniya gəmisinə aiddir.

Britaniya Xarici İdarə sözçüsü deyib: "Mən təəssüflə deməliyəm ki, Xarici İdarə vampirlərlə, yaramaz küçə pişikləri və ya rəqs yarışması ilə bağlı məsləhət vermək imkanında deyil".

O bildirib ki, vegetarian kolbasa da satmırlar.

"Əgər siz xarici ölkədə fövqəladə vəziyyətlə üzləşsəniz, yaxınlıqdakı Britaniya səfirliyinə, Yüksək Komissiyaya müraciət edin və bizim əməkdaşlar sizə kömək edəcəklər", XİN rəsmisi bildirib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ