SON DƏQİQƏ

Qoltuqaltı iyləmək, atları masturbasiya etmək, nəcis təmizləmək və digər əcaib peşələr

Tarix:4-01-2019, 23:55

"Əmək insanı ucaldır", - Belinskidən götürülmüş Sovet şüarında deyilirdi.

Amma insanların çörəkpulu qazanmaq üçün seçdikləri peşələrə baxanda həmin bu şüarın həqiqiliyi müəyyən şübhələr yarada bilər.

İy qoxulayan

Dezodorant istehsal edən şirkətlərdə çox vacib və dəyərli işçilər var - bu, başqalarının tərli qoltuqaltılarını iynəyənlərdir.

Yeni spreyin effektivliyini bundan yaxşı hansı yolla müəyyən etmək olar ki? Laboratoriyada işləyən alimlər nəsə dahiyanə bir şey icad etdiklərini zənn edə bilərlər, amma bunun belə olduğunu necə yoxlamaq olar?

Bax, belə: yaxşıca isidilmiş bir otağa çox həssas bir iy duyğusuna malik bir insanı otuzdururlar.

Sonra həmin otağa bədəninə sprey vurmuş tərli insanları buraxırlar.

Həssas iy duyğulu insan isə onların qoltuqaltılarını iyləyəcək. Bəzən o, bunu saatda 60 dəfə etməlidir.

Bundan sonra qoxu mütəxəssisi gördüyü işin nəticələri barədə hesabat yazır və laboratoriya dezodorantın kimyəvi tərkibində dəyişiklik etməli olur və ya olmur.

Burunları ilə iş görən insanların əmək haqqı o qədər də böyük deyil - Amerikada onların maaşı ildə harada isə 20-50 min dollar (vergilər ödənilməzdən əvvəl) təşkil edir.

Dequstatorlar

Dequstatordan dequstatora fərq var.

Bəziləri şərabın dadına baxırsa, digərləri hansısa yeməyi yoxlayır. Amma elələri də var ki, onlar ev heyvanları üçün, bəli-bəli, it və pişiklər üçün nəzərdə tutulan yeməyin dadına baxmalı olurlar. Belə işçilərin maaşı heç də az olmur.

İt-pişik yeməklərini yoxlayan dequstatorlar deyirlər ki, itin və insanın dad reseptorları fərqlənsə də, bu halda dequstasiya, ev heyvanları üçün yeməklərdə bütün inqridiyentlərin yerində olmasını və yeməyin yaxşı bişirilməsini yoxlamaq üçün vacibdir.

İtlər üçün yemək insan üçün də yarayan ətdən hazırlandığından dequstatorlar deyirlər ki, bu cür yeməklərin dadı, adətən, yaxşı olur. Amma bu, yalnız bahalı brendlərə aiddir. Elə həmin dequstatorlar etiraf edirlər ki, ucuz it yeməyi konservini açanda, bankadan çıxan iy ürək bulandırır.

Odur ki, belə hallarda dequstator bəzən işə öz itilə gəlir ki, yeni yemin itinin xoşuna gəlib-gəlmədiyini müəyyən etsin.

Fırtıq yığan

Dənizdə balinanın su püskürdüyünü hamı görüb, ən azı kitab və ya televiziya vasitəsilə.

Amma iş orasındadır ki, balinanın püskürdüyü, əslində, su deyil - o, fırtıq püskürür.

Balinaları öyrənmək - mürəkkəb işdir. Onlar çox vaxtı suyun altında keçirir, suyun üzünə qalxanda isə onlara yaxınlaşmaq çox təhlükəlidir.

Balinaların fırtığı xeyli faydalı və maraqlı informasiya daşıyıcısıdır - DNT nümunələri, bakteriyalar, viruslar və digər növ məlumat.

Bütün bu məlumatı təhlil edərək heyvanın sağlamlıq durumunu, onun digər balinalarla doğmalıq dərəcəsini müəyyən etmək olar.

2018-ci ilin əvvəlinə qədər elm adamları özlərini böyük risk altına qoyaraq bu işin öhdəsindən gəlirdilər. Qayıqda balinaya yaxınlaşıb 10 metrlik dirəyə bərkidilmiş laboratoriya qabı ilə balina fırtığı yığırdılar.

Müasir texnologiyalar fırtıq yığanların işini yüngülləşdirib. İndi onlar balina fırtığını dron vasitəsilə yığırlar - laboratoriya qabını daşıyan dron balina püskürən zaman heyvan üzərindən uçür və beləcə, qaba fırtıq nümunələri yığılır.

Маsturbatorlar

Ayğırın orta miqdarda spermasının qiyməti 800-7000 dollar arası ola bilər, bəzi hallarda isə bundan da onqat baha ola bilər.

Özü də ki, bu at damazlıq at olmalıdır.

Sperma madyanı süni yolla mayalandırmaq üçün lazımdır.

Bəs, həmin bu spema nə yolla əldə edilir?

Ayğırın cinsi orqanı kişilərin cinsi orqanı kimi işləyir. Yəni, həmin ayğırın cinsi orqanını hansı yollasa oyandırıb sperma tökmək vəziyyətinə gətirmək lazımdır.

Ata madyanın videosunu və ya fotosunu göstərmək faydasızıdır, at buna reaksiya vermir.

Bəs nə etməli?

Bu işi görən adamlara böyük maaş kəsilir. Onlar əlləri ilə at anatomiyasının qeyd olunan hissəsini stimullaşdırırlar, o vaxtadək ki, atın əzası "hazır vəziyyətə" gəlib çatsın.

Amma iş bununla bitmir. Bundan sonra atın penisinə süni vagina adlanan cihaz taxılır. Bu süni vagina daha çox nəhəng ölçülü prezervativi xatırladır.

Sonra ayğıra saman və taxtadan düzəldilmiş madyan maketi yaxınlaşdırırlar və beləcə ayğır öz işini görür.

Bu iş isə onun sahiblərini gazancla təmin edir. Hərdən bu gazanc çox böyük olur. ABŞ-da Tapit adlı ayğırın orta miqdarda spermasının qiyməti 300 min dollara çatırdı, beləcə həmin at öz sahiblərini yaxşı qazancla təmin edirdi.

Cəsəd qalıqlarını yığanlar

Ölüm hamımızı gözləyir. Geci-tezi var. Bəxtimiz gətirsə, yaxınlarımızın və ya həkimlərin əhatəsində dünyamızı dəyişəcəyik.

Amma bəzən çoxları ölüm ayağına tək-tənha çatır. Onların cəsədi ölümdən bir neçə həftə, bəzən isə bir neçə ay sonra aşkar edilir.

Bəzən insanlar qatillər tərəfindən qətlə yetirilirlər.

Belə hallarda hadisə yerinə polis, kriminoloqlar, ekspertlər gəlib nəyin baş verdiyini müəyyən etməyə çalışırlar.

Onlardan sonra isə "təmizləyicilər" gəlib hadisə yerində yır-yığış işləri aparmalıdırlar.

Bu iş ürəyi zəif olanlar üçün deyil.

Londonun hər bir rayonunda belə işlərə baxan müəyyən şəxs var.

Həmin şəxs naməlum cəsədlərin tanınması, bundan sonra cəsədin meyitxanaya çatdırılması və mərhumun cəsədinin (bəzən həftələrlə) qaldığı yerin təmizlənməsini təşkil edir və bu işə görə əmək haqqı alır.

Bəzi ölkələrdə bu işi könüllülər görürür.

İsraildə misal üçün ZAKA adlı təşkilat var. Bu təşkilatın əksər üzvləri dindar yəhudilərdir və onlar gödükləri işin müqəddəs oduğunu zənn edirlər.

Yol qəzası və ya terror hadisəsi baş verəndə, ZAKA könüllüləri dərhal o yerə gəlib ölmüş insanın cəsədinin bütün qalıqlarını toplayıb basdırırlar. ZAKA üzvləri hesab edirlər ki, ölənlər layiqli tərzdə dəfn olunmalıdırlar və qəbirdə insan cəsədinin bütün hissələri olmalıdır.

Bununla onlar ölənin qarşısında son insani borclarını yerinə yetirmiş və təmənnasız bir iş görmüş olurlar.

Qorxudanlar

Cape Town şəhərinin ətrafları təpə və dağlarla əhatə olunur və əhali artdığından, bəzi təpələrdə yeni mikrorayonlar salınır.

Məsələ burasındadır ki, həmin ərazi pavianların məskənidir.

Bu primatlar yeni binaların tikintisini diqqətlə izləyir, hər şeyin hazır olduğunu gözləyirlər, sonra isə sürü-sürü evlərə soxulub orada hər şeyi darma-dağın edərək "işğalçılara" bu yolla öz narazılıqlarını nümayiş etdirirlər.

Bundan əlavə, bu heyvanlar aqressivdir və onların iti dişləri var, demək, təhlükəlidirlər.

Nə etməli? Cənubi Afrikada pavianlar qanunla qorunur və onlar toxunulmazdır.

Odur ki, yeni binaların sakinləri pul yığıb xüsusi bir adam (bəzən isə bir neçəsini) tuturlar ki, əlində böyük bir qamçı ilə həmin ərazini gəzib keşik çəksin.

Həmin keşikçi qamçını yerə çırpıb pavianları qorxudub kollara qaçırdan səslər çıxarır.

Bu da bir işdir də ...

Nəcis təmizləyən

Assenizator - faydalı bir peşədir. Amma bu işi çox xoşagələn də adlandırmaq çətindir.

Təsəvvür edin, onların iş yerləri nəcə "ətirlidir" və hər gün onlar nələrlə üzləşirlər.

İnkişaf etmiş ölkələrdə kanalizasiya yollarını təmizləyənlərin xüsusi geyimi, maskası, əlcəyi və bu kimi digər köməkçi vasitələri olur.

Lakin Hindistanda bu işi ən aşağı kastadan olanlar görür. Onlar əyinlərində şort nəcis kütləsinə enib, həmin nəcis kütləsini əllərilə vedrələrə doldururlar.

Bu məsələ Hindistanda kastalar iyerarxiyasına aid olduğundan həmin adamlar bu işlə ömür boyu məşğul olurlar. Və bu işi əllə görürlər.

Avtomobil dayanacağı müfəttişi

Qərb ölkələrində elə bir peşə var ki, onu nə həddən artıq çirkli, nə də ki, həddən artıq təhlükəli saymaq olar.

Amma bu peşə sahiblərinə avtomobili olan hər kəs nifrət edir.

Söhbət avtomobil dayanacaqlarının müfəttişlərindən gedir, onlar düzgün yerdə saxlanmamış avtomobilə görə cərimə kəsirlər.

Əlbəttə ki, hamı başa düşür ki, bu xidmət mühüm əhəmiyyətə malikdir, çünki bu xidmət olmasa idi, dayanacaqlarda hərc-mərclik yaranardı.

Buna baxmayaraq, müfəttiş uniformalı insandan heç kimin xoşu gəlmir, çünki cərimələnməyi heç kəs xoşlamır.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ