SON DƏQİQƏ

Azərbaycanda bəzi sürücülər təhlükəsizlik kəməri taxmaya bilər

Tarix:23-10-2017, 17:56

Azərbaycanda bəzi sürücülər təhlükəsizlik kəməri taxmaya bilər

 

Azərbaycanda bəzi sürücü və sərnişinlərin avtomobildə olarkən təhlükəsizlik kəmərindən istifadə etməməsinə icazə verilir.

 


"Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin I bəndinin 6-cı hissəsinə əsasən, 12 yaşınadək uşaqların, geriyə hərəkət manevri edən sürücülərin, hamilə qadınların, sürücülüyü öyrənən şəxs nəqliyyat vasitəsini idarə edərkən onu öyrədənin, yaşayış məntəqələrində isə operativ nəqliyyat vasitəsi sürücülərinin və sərnişinlərinin kəməri bağlamamasına yol verilir.

"Report” məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol hərəkətinin 
təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədova müraciət edib. V.Əsədov bildirib ki, həmin siyahı adıçəkilən qanun qüvvəyə mindiyi gündən bu yana baş verən yol-nəqliyyat hadisələrinin təhlili əsasında hazırlanaraq qəbul edilib.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ