SON DƏQİQƏ

Yeni nazirin Qubadakı restoranında vəzifəli şəxslər dava saldı

Tarix:7-05-2018, 17:08

Quba şəhəri ərazisində  yeni təyin olunmuş Ekologiya və Təbii sərvətlər naziri Muxtar Babayevə məxsus "çeşmə" restoranında dünən axşam saatlarında şəkil çəkmək üstündə dava düşüb. Belə ki Quba rayon icra hakimiyyətinin hüquq şöbəsinin müdri Hikmət Yasinov, Quba bələdiyyəsinin sədri Zakir Müslümov,Mədəniyyət nazirliyinin Quba rayonu üzrə nümayəndəsi Fuad Orucov, Quba rayon mərkəzi kitabxanasının direktoru Saməddin Nəsirov ,Vəkillər kolleginyasının üzvi Natiq adlı şəxsi nazir Muxtar Babayevə məxsus restoranda sərxoş halda istirahət edən digər vətəndaşlara nalayiq söyüşlər edərək hücum çəkiblər. Buna səbəb digər masada əyləşənlərin selfi çəkməsi Quba rayon icra hakimiyyətinin hüquq şöbəsinin müdri Hikmət Yasinov xoşuna gəlməmişdir.
həmin masaya yaxınlaşan Hikmət Yasinov vətəndaşın telefonunu əlindən almıışdır. həmin vətəndaşlar onurı deyil  özlərini çəkdinlərini desələrdə Hikmət Yasinov hiddətlənərək daş ilə vətəndaşlara hücum çəkmiş və nalayiq söyüşlər söymüşdür. Davaya daha sonra  Natiq adlı məhkəmə işçisi də qoşularaq orada istirahət edən vətəndaşlarla yanaşı restoran rəhbəıriyinin  də ünvanına ağır təhqiramiz ifadələr işlədmişdir. Əldə etdiyimiz məlumata görə dava baş verən zaman restoranda olan Quba rayon prokurorluğunun əməkdaşı bu barədə rayonun hüquq mühafizə işçilərinə məlumat verib və dərhal dava baş verən restorana rayon polis şöbəsinin vəzifəli əməkdaşları cəlb olunub. dava salan vəzifəli şəxlər polis şöbəsinə aparılıb. Qeyd edək ki, "çeşmə" restoranını Ekologiya naziri Muxtar Babayevə  məxsus olduğu bildirilir
Sözü gedən məsələ ilə bağlı Quba rayon icra hakimiyyətinin hüquq şöbəsinin müdri Hikmət Yasinovla telefon əlaqəsi saxladıq.  Hikmət Yasinov "çeşmə" restoranındakı olayla bağlı qeyd etdi ki, "restoranında vətəndaşın telefonu alıb yoxlayıb ki onların şəkillərini çəkib ya yox. Bu məsələni bu qədər şişirtməyin nə adı var"
Qeyd edək ki məsələyə rayon rəhbərliyi də qarışıb. Quba rayon icra hakimiyyətinin hüquq şöbəsinin müdri Hikmət Yasinovu işdən azad edəcəyi bildirilir


 
Quba rayon icra hakimiyyətinin hüquq şöbəsinin müdri Hikmət Yasinov
Yeni nazirin Qubadakı restoranında vəzifəli şəxslər dava saldı
 
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ