SON DƏQİQƏ

İKİ GENERAL VƏZİFƏDƏN UZAQLAŞDIRILDI! – “Dərman mafiyası” ilə bağlılığı varmı? + FOTO

Tarix:4-05-2018, 01:19

Dövlət Gömrük Komitəsində iki general sərəncama göndərilib.  Unikal.org-un məlumatına görə, Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin əmri ilə Hava Nəqliyyatında Baş Gömrük idarəsinin rəisi, gömrük xidməti general-mayoru Sadiq Abduyev və Gömrük Hospitalının, Tibbi Xidmət İdarəsinin rəisi, general-mayor Qədiməliyev Fikrət Gülverdi oğlu tutduqları vəzifələrdən azad edilərək, sərəncama göndəriliblər.

Sadiq Abduyev unikal.org-a açıqlamasında bildirib ki, hazırda rəhəbri olduğu qurumda və Gömrük Hospitalında hüquqi araşdırma aparılır: "Hər hansı müdaxilə olmaması üçün mən və Fikrət Qədiməliyev sərəncama göndərilmişik. Yəqin ki, işimizlə bağlı aparılan araşdırmadan sonra qərar veriləcək”.

Maraqlıdır, söhbət hansı "hüquqi araşdırma”dan gedir? Gömrük generalları hansı işə görə vəzifələrindən uzaqlaşdırılıblar? Bu haqda açıqlama verilməsə də, generallardan birinin Gömrük Hospitalının və Tibbi Xidmət İdarəsinin rəisi olması ehtimal etməyə əsas verir ki, iki generalın vəzifədən uzaqlaşdırılmasının bugünlərdə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin "dərman mafiyası”na qarşı həyata keçirdiyi əməliyyatla bağlılığı ola bilər.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ