SON DƏQİQƏ

Bakı Dövlət Universitetinin professoru: “İşdən çıxarılan nazirlərin pulları əllərindən alınsa ....”

Tarix:28-04-2018, 00:21

"Prezident İlham Əliyevin yeni kadr siyasəti hamı tərəfindən alqışlanır. Xüsusilə də yeni hökumətdə gənclərin təmsil olunması insanlarımız tərəfindən yüksək qiymətləndirilir”.

 bu fikirləri "Ölkə.az”a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sabiq sədri, Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərov bildirib.

Şahlar Əsgərov deyib ki, dövlət canlı orqanizmə bənzəyir:

"Dövlət də nə vaxtsa qocalır. Bu qocalmanın qarşısını almaq üçün elita zaman-zaman dəyişməlidir. Bu, inkişaf konsepsiyasının əsas sütunlarından biridir. Əgər biz zaman-zaman nazirləri dəyişməsək, o zaman dövlətimiz qocalar. Dövlət qocalanda isə yaxşı işləyə bilmir. Ona görə də hökumət üzvləri mütəmadi olara getməlidir, yerlərinə yeniləri gəlməlidir. Mən ölkə başçısının son kadr təyinatlarında bu fəlsəfəni müşahidə etdim”.

Sabiq deputat işdən çıxarılan hökumət üzvlərinin də işsiz qalmayacağını söyləyib:

"Vəzifədən çıxarılan adamlar gələcəkdə Azərbaycanda orta təbəqəni formalaşdıran insanlardır. Bunun da konkret səbəbləri var. Əgər həmin şəxslərlə bağlı yoxlamalar olsa, xeyli yeyintilərə rast gəlinəcək. Dövlət də həmin pulları geri qaytaracaq. Amma nə qədər geri qaytarılsa da, həmin adamlarda pul qalacaq. Burada dövlət çalışmalıdır ki, həmin adamları Azərbaycana investisiya qoyub yeni iş yerləri açmağa yönəltsin. Ancaq dövlət bunu elə etməlidir ki, həmin adamlar könüllü şəkildə bunu etsinlər. Təsəvvür edin ki, dövlət onların əlindən pulları zorla alsa, hamısı qaçıb xaricə gedəcək. Avropada bir məşhur deyimdə deyilir ki, qazın tükünü elə yol, çığırmasın. Ona görə də elə edilməlidir ki, işdən çıxarılan nazirlər xaricə qaçmasın, pulları ölkəmizə yatırsın. Bundan əvvəl də işdən çıxarılan nazirlər var idi. Onlar vaxtilə xaricə getmişdilər, ancaq indi hamısı Azərbaycana geri qayıdırlar və burada biznes qururlar. Ona görə də mən hesab edirəm ki, dünənə qədər nazir olanlar sabah Azərbaycanda orta təbəqənin adamları olacaq”.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ