SON DƏQİQƏ

5 Fotoda: Yerevanda etirazlar, İranda rəqsə görə həbs, Kubada Castro hakimiyyətinin sonu...

Tarix:21-04-2018, 02:25

Keçdiyimiz həftə baş vermiş mühüm hadisələr 5 fotonun diliylə.

Yerevan. 16 aprel 2018Fotonun müəllifiGETTY IMAGES
Image captionYerevan. 16 aprel 2018

1. Yerevanda etirazların təşkilatçısı, millət vəkili Nikol Paşinyan Facebook-da şəhər sakinlərinə müraciət edib. O deyib ki, şəhərdə fəaliyyət "iflic olmalıdır ki, Serj Sarkisyan, idarə edəcəyi ölkə, vətəndaş olmadığını görsün.

Ölkənin yeni prezidenti Armen Sarkisyan Serj Sarkisyanın baş nazirliyinə etiraz edənləri dialoqa çağırıb. Nikol Paşinyan bu təklifi rədd edir.

Erməni müxalifət lideri: "Yerevanda fəaliyyət iflic olmalıdır ki, Sarkisyan…"

RəqsFotonun müəllifiAPARAT
Image captionYayılmış görüntülərdə toplaşmış kişi və qadınların müğənninin ifasından zövq aldığı, əl çaldığı və bir az rəqs etdiyi əks olunub.

2. İranın Məşhəd şəhərində İslam rəhbərliyi departamentinin şöbə müdirinin yerli ticarət mərkəzində təşkilinə icazə verdiyi tədbirdə gənclərin rəqs etməsi onun həbsinə səbəb olub.

Yayılmış görüntülərdə toplaşmış kişi və qadınların müğənninin ifasından zövq aldığı, əl çaldığı və bir az rəqs etdiyi əks olunub.

Hər iki cinsin nümayəndələrinin bir yerdə ictimai yerdə birgə dayanması və rəqs etməsi İran İslam qanunlarına ziddir.

İran: İctimai yerdə rəqsdən sonra bir rəsmi şəxs həbs edilib

Raul CastroFotonun müəllifiAFP
Image captionRaul Castro ölkədə böyük nüfuza malikdir

3. Raul Castro-nun "sağ əli" sayılan Miguel Díaz-Canel Kubanın prezidenti olub.

Bu, Castro ailəsinin uzunmüddətli hakimiyyətinin sonu deməkdir. Raul Castro prezidentliyi 2006-cı ildə xəstəlikdən əziyyət çəkən Fidel Castrodan alıb.

O, Kommunist partiyasının 2021-ci ildə keçiriləcək konqresinə qədər partiya sədri olaraq qalacaq.

Kubada Castro ailəsinin hakimiyyəti sona çatır

Andiçmə mərasimiFotonun müəllifiVUGAR AMRULLAYEV/PRESIDENT.AZ
Image captionPrezident çıxışında seçkiqabağı kampaniyada iştirak etmiş namizədlərə təşəkkürünü bildirib

4. Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilib.

Milli Məclisdə baş tutan andiçmə mərasimindən sonra etdiyi çıxışda İlham Əliyev vurğulayıb ki, "xalq-iqtidar birliyi" Azərbaycanın uğurlarının "əsas şərtidir".

Azərtac yazır ki, prezident Əliyev seçkiqabağı kampaniya gedişində namizədlərin öz çıxışlarında "kifayət qədər kəskin tənqidi fikirlər" söyləməsini alqışlayıb.

İlham Əliyev andiçmə mərasimindən sonra: "...anti-milli qruplaşmanın yeri tarixin zibilxanasıdır"

Barbara Bush with son George W BushFotonun müəllifiREUTERS
Image captionBarbara Bush oğlu George W Bush ilə burada 2005-ci ildə çəkilib.

5. ABŞ-ın sabiq Birinci xanımı, prezidentlər - ata Buşun arvadı və oğul Buşun anası, Barbara Bush 92 yaşında vəfat edib.

Barbara Bush ABŞ-da əhalinin savadının artırılması kampaniyasının təşəbbüskarı kimi də tanınırdı.

O, ABŞ-ın iki prezidenti - əri George HW Bush və oğlu George W Bush-un yaratdıqları siyasi sülaləsinin matriarxat fiquru sayılıb.

ABŞ-ın keçmiş Birinci xanımı Barbara Bush vəfat edib

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ