SON DƏQİQƏ

Bu ölkə canlı heyvan ixracını qadağan edir

Tarix:10-04-2018, 13:48

dogru.tv. Böyük Britaniya, Avropa İttifaqından çıxdıqdan sonra, minlərlə canlı ferma heyvanının Avropaya ixrac edilməsini qadağan edəcək.

ölkənin Ətraf Mühit nazirinin katibi Maykl Gove, heyvanların yük maşınlarda qitəyə keçərkən ölməsinin qarşısını alacaq layihənin işləndiyini bildirib. Gove-ın açıqlamaları mühafizəkarlar üçün ekoloji gündəmi təminat almaq adına son həmlə kimi görünür.

 

2016-nın ən son rəqəmlərinə görə, hər il 4000-dən artıq qoyun Avropaya gedərkən yolda can verir.
Gove, "Bütün heyvanlar hörmət və qayğı görməyi haqq edir" deyib.
 

Gove, canlı heyvan ixracı üçün mümkün qadağalar da daxil olmaqla, nəqliyyat zamanı heyvan rifahının gələcəkdəki yaxşılaşdırılması üçün bütün variantların müzakirə olunduğunu deyib.
 

Layihəyə əsasən heyvan haqları pozuntusu üçün həbs cəzası 6 aydan 5 ilə qaldırılacaq.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ