SON DƏQİQƏ

Mükəmməllik hissinin təhlükəli tərəfləri

Tarix:9-04-2018, 12:11

Bir çoxumuz müəkəmməlliyin müsbət hal olduğuna inanırıq. Lakin araşdırmaçılar bunun təhlükəli olduğunu və sağlamlıqla bağlı bir çox problemlərə səbəb ola biləcəyini iddia edirlər.

Ən erkən xatirələrimdən birində mən şəkil çəkirəm. Nə çəkdiyim dəqiq yadımda deyil, lakin səhv etdiyimi xatırlayıram.

Qələmim sürüşür, istəmədən xətt əmələ gəlir və dodaqlarım əsməyə başlayır.

O şəkil çoxdandır ki, yoxdur. Lakin həmin o məyusluq və utanc hissi hələ də məndə qalmaqdadır.

Bəlkə də qəbul etdiyimdən daha tez-tez həmin hiss məndə baş qaldırır.

Milad bayramında sevgilimin ailəsinə apardığım panetonu (italyan çörəyi) bilmədən əzməyim kimi kiçik hadisələr belə, "Nə axmaq adamam!" və ya "Gərək ehtiyyatlı olardım" deməyimə səbəb olur.

Hansısa bir məqsədə nail olmadıqda, hətta bunun mümkün olmadığını anlasam belə, məndə müvəqqədi ruh düşkünlüyü yaranır.

Bir dəfə nəşriyyat nümayəndəsi mənə deyəndə ki, kitab çap edmək üçün təklif etdiyim mövzu bazar üçün cəlbedici deyil, lakin nə vaxtsa mənim kitab çap edə biləcəyimə əmindirlər, özümü məğlub edilmiş hiss etdim.

Müsbətdən mənfi doğdu. "Sən heç vaxt kitab yaza bilməyəcəksən", daxilimdən gələn səs dedi. "Bu sənlik deyil".

Həmin səsəin heç vecinə də deyildi ki, əslində mənə kitab yaza biləcəyimin mümkün olduğunu deyiblər.

Bax mükəmməllik hissi budur.

Məm mükəmməlliklə mübarizə aparan yeganə şəxs deyiləm. Tendensiya erkən yaşlarda başlayır və ümumi hal alır.

Thomas Curran və Andrew Hill 1989-cu ildən 2016-cı ilədək həyata keçirdikləri mükəmməlliyin meta-analizində nəsillər boyunca mükəmməlik hissini tədqiq ediblər.

Araşdırmada aydın olub ki, ABŞ, Britaniya və Kanadada əhəmiyyətli artım baş verib.

Başqa sözlə keçən ilin kollec tələbəsində mükəmməllik tendensiyası 1990-cı illər və ya erkən 2000-ci illərin tələbələri ilə müqayisədə daha çoxdur.

"Beş uşaq və yeniyetmədən ikisi mükəmməlçidir (perfeksionist)", West Virginia Universitetində uşaqların inkişafı və mükəmməlçilik mövzusunda araşdırma edən Katie Rasmussen deyir.

"Biz indi bunun necə epidemiyaya və ictima mövzuya çevrilməsi barədə danışmağa başlayırıq artıq".

Mükəmməlçiliyin artımı bu nəsillərin hər şeyi bacarması mənasına gəlmir. Bu o deməkdir ki, biz xəstə və daha kədərli olmağa başlayırıq.

PerfectionismFotonun müəllifiJUPİTERİMAGES
Image caption"Mənim həyatım uğursuzluqdan başqa bir şey deyil", - perfeksionist Claude Monet deyib. O tez-tez öz əsərlərini məhv edərdi, bir dəfə isə sərgisinin açılışı ərəfəsində 15 əsərini doğrayaraq məhv edib.

Səhvlər etmək və onları qəbul etmək insan olmağın və inkişaf etməyin vacib hissəsidir. Bu, insanı karyerasında və həyatında daha uğurlu olmasına yol açır.

Lakin eyni zamanda onun yaratdığı çatışmazlıq insanı yaradıcı və məhsuldar olmaqdan yayındırır.

Mükəmməllik tendensiyaları bir çox kliniki problemlərlə əlaqələndirilir: depressiya və təşviş (hətta uşaqlarda belə), özünə ziyan vurma, sosial təşviş, aqorofobiya, obsessiv-kompulsiv pozğunluq, yemək problemləri, anoreksiya, bulimiya, insomniya və ən təhlükəsi isə ölüm və sui-qəsd.

"O, psixoloji problemlər yaradır", Curtian Universitetinin araşdırmaçısı Sarah Egan deyir. O, mükəmməllik, yemək problemləri və təşvişlə bağlı ixtisaslaşıb.

"Araşdırmalara görə, mükəmməllik nə qədər yüksək olarsa, bir o qədər çox psixoloji problemlərlə üzləşəcəksən", o əlavə edir.

Gündəlik həyatda biz mükəmməlçiliyi müsbət hadisə hesab edirik. Bu, hətta kompliment hesab edilir.

Bəzi tədqiqatçılar iddia edirlər ki, sağlam mükəmməllik hissi ilə qeyri-sağlam mükəmməllik arasında fərq var.

Təxminən 1000 çinli tələbə arasında aparılmış bir araşdırmanın nəticəsinə görə, isetdadlı tələbələr daha mükəmməlçidirlər, adaptiv mənada.

Səhvlərə görə özünü döymək kimi mənfi mükəmməlçilik əlaməti isə insanda depressiya və məyusluq yaradır.

Cristiano RonaldoFotonun müəllifiGETTY IMAGES
Image captionFutbolçu Cristiano Ronaldo deyir ki, o, mükəmməllik deyil, üstünlük uğrunda mübarizə aparır: "Mən mükəmməlçi deyiləm, lakin gördüyüm işin yaxşı olmasını istəyirəm".

Lakin 2016-cı ildə mükəmməlçilik və tükənmişlik üzrə 43 araşdıra etmiş Hill və Curran aşkar edib ki, idmançılar, işçilər və tələbələr yüksək şəxsi keyfiyyətlərə malik olmalarına baxmayaraq bundan çox cüzi və ya heç yararlana bilmirlər.

Digər tərəfdən isə daha çox mənfi mükəmməllik hissinə malik insanlar özlərini daha çox tükənmiş hiss edirlər.

"Bəzi iddialara görə, bəzi hallarda mükəmməllik hissini sağlam və arzuolunan hesab etmək olar. Həyata keçirdiyimiz 60 araşdırmanın nəticəsinə görə onu deyə bilərəm ki, burada anlaşılmazlıq var", York St John Universitetindən Hill deyir.

"Zəhmətkeşlik, əqidəli olmaq və s - bunlar arzuolunan keyfiyyətlərdir. Lakin mükəmməlçi üçün bütün bunlar simptomlardır və ya sanki yan məhsullardır. Mükəmməllik hissi yüksək standart sayılmamalıdır. O, qeyri-real standartdır".

Head scarfFotonun müəllifiANDRESR
Image captionKənardan kimin motivasiyalı, kimin mükəmməlçi olduğunu söyləmək çox çətindir.

Bəzi araşdırmaçılar isə mübahisə edirlər ki, "sağlam" mükəmməlçilik adlandırılan bəzi keyfiyyətlər, məsələn, daha üstün olmağa can atmaq əslində heç mükəmməlçilik deyil.

Onların fikrincə mükəmməlçilik zəhmətkeşlik və ya yüksək hədəflər uğrunda mübarizə ilə müəyyənləşmir.

Misal üçün tələbə gərgin hazırlıqdan sonra aşağı qiymə alır. Əgər o özünə deyirsə: "Təəssüf olsun, lakin probem deyil, mən onsuz da çalışqan insanam", bu sağlam düşüncədir.

Əgər o belə düşünürsə: "Mən bacarıqsızam. Çox fərsiz insanam", bu mükəmməlçilikdir.

Bu daxili səs müxtəlif insanlarda müxtəlif şeyləri hədəf alır - iş, münasibətlər, səliqə, fiziki quruluş və s. Məndəki tendensiyalar başqalarından fərqlənə bilər.

Nəticədə, "mükəmməlçilər və qeyri mükəmməlçilər qısa bir müddətdə kənardan eyni görünə bilərlər. Lakin yaxından müşahidə etdikdə rasional insanların çətinliklərə qarşı daha adaptiv mübarizə apara bildikləri ortaya çıxır", Hill deyir.

Mükəmməlçilər suda sabit üzməyi qasırğaya, həzin küləyi tufana çevirə bilərlər. Onlar məslələri bu cür qavrayırlar.

Serena WilliamsFotonun müəllifiZUMA PRESS, INC. / ALAMY STOCK PHOTO
Image captionTennis ulduzu Serena Williams mükəmməlçi olduğunu bildirir. O, nəsə istədiyi kimi olmadıqda raketkasını sındırır və özündən çıxır.

Təcrübələrinin birində Hill həm mükəmməlçi, həm də qeyri mükəmməlçi qrupa bir tapşırıq verir.

Lakin o, təcrübə iştirakçılarına testin qurama olduğunu bildirmir: onlardan heç biri uğur əldə etməyəcəkdi.

Maraqlısı budur ki, hər iki qrup nailiyyət üçün eyni dərəcədə cəhd göstərir. Lakin bir qrup nəticədən daha çox məyus olur və daha tez təslim olur. Təxmin edin bu hansı qrupdur.

Uğursuzluqla üzləşən "mükəmməlçilər məsələyə daha emosional yanaşırlar. Onlar özlərini daha çox günahkar hesab edir və utanc keçirirlər", Hill deyir. Onlar həmçinin daha acıqlı olurlar.

"Onlar rahatlıqla təslim olurlar. Hadisələr istədiyi kimi getmədikdə buna qarşı çarə tapmaqda çətinlik çəkirlər".

Bu isə öz növbəsində onlara qarşılarına qoyduğu məqsədə, uğura çatmaqda mane olur.

İdmanda uğurun əsas xəbərçisi təbii ki, məşqlərdir. lakin məşqlər yaxşı getmədiyi zaman mükəmməlçilər təslim olurlar.

Bu, mənə öz uşaqlığımı xatırladır. Mən demək olar ki, başladığım bütü idman növlərində təslim olmuşam.

Xüsusən də auditoriya önündə çıxış etmək mənlik deyildi. Bir çox tədqiqatlar da mükəmməlçiliklə auditoriya önündə çıxış etmək narahatlığı arasında əlaqənin olduğunu göstərir.

cabinet pianoFotonun müəllifiPEOPLEIMAGES
Image captionMükəmməllik hissi və auditoriya önündə çıxış həyəcanı yeniyetmə və uşaqlarda daha çox müşahidə edilir, araşdırmalarda deyilir

Mükəmməlçilər auditoriya önündə çıxışlarının uğursuz alınmasına görə daha çox utanc keçirirlər.

Nəticədə isə mükəmməl olmaq istəyi sənin əleyhinə işləyir və mükəmməl olmaq mümkün olmadığı üçün bu istək faydasız qalır.

Mükəmməllik hissi eyni zamanda təhlükəlidir. Rekord sayda gənc insan psixi xəstəliklə üzləşir, Dünya Səhiyyə Təşkilatı bildirir.

Depressiya, təşviş və sui-qəsd cəhdləri ABŞ, Kanada və Britaniyada 10 il bundan əvəllə müqaisədə indi daha geniş yayılıb.

Özünütənqid depressiv simptomlara yol aça bilər, lakin bu simptomlar daha sonra özünütənqidi daha da kəskinləşdirir.

Psixi xəstəlik təkcə mükəmməllik hissi nəticəsində yaranmır. Bu cür problemlərdən bəziləri mükəmməlçiliyə yol aça bilir.

Son bir araşdırmaya görə, sosial təşviş simptomları olan kollec tələbəsinin mükəmməlçi olma ehtimalı daha böyükdür.

Gwyneth PaltrowFotonun müəllifiAF ARCHİVE / ALAMY STOCK PHOTO

Ən təhlükəli hala - özünə qəsdə gəldikdə isə, bir çox araşdırmlar aşkar edib ki, mükəmməllik hissi buna zəmin yaradır.

Aydın olub ki, mükəmməlçilik depressiyada olan xəstələrin sui-qəsd haqqında düşünməsinə yol açır.

Ən son meta-analiz aşkar edib ki, səhvlərdən narahatlıq keçirmək, bacarıqsız olduğunu düşünmək və ya yüksən şəxsi standartlara malik olmaq kimi mükəmməllik hissləri daha tez-tez sui-qəsd haqqında düşnməyə imkan yaradır.

Valideynlərin təzyiqi də sui-qəsd hallarına yol aça bilər.

"Ağ-qara düşüncə mükəmməlçinin uğursuzluğu fəlakət kimi anlamasına yol açır ki, bu da ölümə səbəb ola bilər", araşdırmaçılar bildirir.

"Biz aşkar etmişik ki, insanlar həyatarı təzyiq altında olduqda bundan çıxış yolları axtarmağa başlayrlar və bu çıxış yollarından biri də sui-qəsddir".

StressFotonun müəllifiDRAGONIMAGES
Image captionŞəkil: Mükəmməllik hissi erkən ölümlə əlaqəlidir

Məntqili davranan insanlar daha uzun yaşadığı halda, mükəmməlçilər daha erkən yaşlarında ölürlər.

Mir çox hallarda mükəmməlçilərin yaşadığı sağlamlıq problemləri heç təəccüb də doğurmur.

"Mükəmməlçilər stressli həyat yaşayırlar. Hətta məsələ elə də stressli olmasa belə, onları həmin məsələni stresə çevirmək üçün yol tapırlar", mükəmməlçiliklə bağlı 30 ildən çoxdur ki, araşdırma edən Gordon Flett deyir.

Mükəmməllik hissinin nə qədər özünü məğlub hissinə səbəb olmasına baxmayaraq, bu hissi yaşayanların sayı artmaqdadır.

Hill və Curran-ın meta-analizləri mükəmməlçiliyin artımı ilə bağlı ilk hərtərəfli araşdırma hesab edilir.

1989-cu ildən 2016-cı ilədək artım müşahidə edilib, xüsusilə də "ictimai təyin olunmuş mükəmməllik hissində".

"Mən yaş fərqlərindən dəhşətə gəlirəm. Biz daha gənc: yeddi və ya səkkiz yaşlı qızların mükəmməllik hissindən əziyyət çəkdiyini görürük. Mənə elə gəlir ki, bəli, hər yeni nəsil daha çox mükəmməlçi olmağa başlayır", yemək problemləri ilə üzləşmiş xəstələrlə işləyən Egan deyir.

Bəs bu artım haradan gəlirʔ Mükəmməllik hissinin öz kimliyini uğurlarına bağlamaq həvəsindən qaynaqlandığnı nəzərə alsaq, sualı belə də qoymaq olar, bu haradan gəlmir kiʔ

Biz elə bir cəmiyyətdə yaşayırıq ki, bir insanla görüşdüyün zaman soruşulan ilk sual belə olur: nə işlə məşğul olursanʔ

Biz öz nailiyyətlərimizə görə qiymətləndirilirik və bu uğurlar tez-tez evə nə qədər pul gətirə biməyimizlə bağlı olur.

Bizə tam yad olan insanlar bu ölçülərlə çıxış edərək bizim ev pulunu ödəyə biləcəyimizi, maşın ala biləcəyimizi və ya kreditə pul götürə biləcəyimizi müəyyənləşdirirlər.

Görünüşümüzə və geyimimizə görə bizim hansısa işə qəbul edilib-edilməyəcəyimiz qərarı verilir.

"Bazara əsaslanan cəmiyyətlərdə uğursuzluq daha kəskin özünü büruzə verir", Curran deyir.

Hətta məktəblərdə belə rəqabət əsas rol oynayır. Misal üçün, sınaq imtahanları və ya gərgin universitet hazırlıqları. Nəticəsə isə, heç də təccüblü deyil ki, valideynlər həm özlərini, həm də övladlarını təzyiq altında saxlayırlar, daha çox şeyə nail olmaq üçün, Curran əlavə edir.

PerfectionismFotonun müəllifiRAWPİXEL
Image captionTədqiqatçılara görə, təhsil və elmdə perfeksionizm uğurun səbəbi deyil, əskinə - uğur qazananlar perfeksionistlərə çevrilirlər.

"Əgər hədəf uğur əldə etməkdirsə, onda uşaqlar səhv etməkdən yayınmağa çalışırlar", - Curran deyir.

"Uşaqlar düşünməyə başlayanda ki, özünü ancaq nailliyyətlə tapa bilərsən, bu zaman mükəmməlçilik tendensiyaları ortaya çıxmağa başlayır".

Burada valideynlərin və təhsil sisteminin də böyük rolu var. Misal üçün, hansısa nailiyyətə görə mükafatlandırılmaq və nailiyyət olmadığı halda diqqətdən kənarda qalmaq da yalnız nailiyyətlərinə görə əhəmiyyətli olduğun fikrini formalaşdırır.

Uşağın səhvinə görə özünü günahkar hiss etməsi isə daha ağır nəticələrə səbəb ola bilər.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ