SON DƏQİQƏ

İslamçı yaraqlılara yarım milyon dollar göndərdikləri deyilir

Tarix:13-12-2018, 14:56

Rusiya hüquq-mühafizə orqanları yeddi nəfəri Yaxın Şərqdə iki ekstremist təşkilata maliyyə dəstəyi verməkdə şübhəli bilərək saxladığını bildirir.

Rusiya İstintaq Komitəsi dekabrın 13-də bildirib ki, şübhəlilər Moskva regionunda və Şimali Qafqazın Çeçenistan, Dağıstan və İnquşetiya regionlarında saxlanıb.

Onlar İslam Dövləti (İŞİD) və Al-Nusra Cəbhəsi qruplaşmalarına 2010-cu ildən 2016-cı ilədək azı 38 milyon rubl (570 min dollar) göndərməkdə şübhəli bilinirlər. 

Federal Təhlükəsizlik Xidməti (FSB) yeddi şübhəlinin İstintaq Komitəsi və Milli Qvardiya ilə birgə əməliyyat nəticəsində saxlandığını deyir.

Dekabrın 13-də İnquşetiya hakimiyyəti ötən gecə iki şübhəli terrorçunun öldürülməsi haqda məlumat yayıb. Onlardan biri Nazranda polisə qumbara atıbmış.

Hücum zamanı iki polis əməkdaşının yaralandığı vurğulanır.

Şimali Qafqazda zorakılıq halları tez-tez baş verir. Son vaxtlar islamçı yaraqlılar polisə, dövlət qulluqçularına, mötədil müsəlmanlara hücumları artırıblar.

2015-ci ilin iyunundan Şimali Qafqazdakı islamçı yaraqlılar İnternetdə yaydıqları videoda İŞİD-ə sadiqlik andı içiblər.

Rusiya 2 min vətəndaşının Suriyada İŞİD sıralarında döyüşdüyünü bildirir. Onların çoxu Şimali Qafqazdandır.

Regionda qanlı hadisələrin tez-tez baş verməsində mütəşəkkil cinayətkarlığın, biznes müharibələrinin, siyasi mübahisələrin, klanlararası rəqabətin də rolu var.


скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ