SON DƏQİQƏ

Əfqan Muxtarlı gözlənilmədən təcridxanaya qaytarıldı

Tarix:10-02-2018, 00:27

Jurnalist Əfqan Muxtarlının təcridxanaya qaytarıldığı bildirilir.

Qardaşı Elşən Muxtarlının deməsinə görə, jurnalisti bu gün, fevralın 9-u, saat 15:00 radələrində təcridxanaya aparıblar.

Əfqan Muxtarlı vəkilinin Penitensiar Xidmətin Baş İdarəsinə müraciət etdikdən sonra yaxınlarının 40 mərasiminə görə, müvəqqəti evə buraxılmışdı.

Jurnalist demişdi ki, onu 2 günlüyə buraxıblar. Fevralın 10-u səhər təcridxanaya aparılacaq.

"Ancaq onu bu gün, fevralın 9-u, saat 15:00 radələrində təcridxanaya geri apardılar”, – deyə Elşən Muxtarlı vurğulayıb.

Jurnalistin vəkili Elçin Sadıqov da deyib ki, elan edilmiş müddət başa çatmadan məhkum edilmiş şəxsin geri aparılması qanuni deyil.

Hələlik, bütün bu açıqlamalara Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ