SON DƏQİQƏ

Geyim mağazasına kreativ oğru tələb olunur - Oğurladığı əşyalar özünə qalacaq...

Tarix:8-12-2018, 13:53

Sahibkara məsləhət: Azərbaycanın özəl telekanallarındakı kriminal xəbərlərdə oğurluq etmiş şəxslərlə polislərin ətraflı söhbətlərinə qulaq asmaq kifayətdir..

Böyük Britaniyadakı geyim mağazalarından biri olduqca qeyri-adi vakansiya  barədə elan yayıb.  


dükan sahibi mağazadan malları gerçəkdən oğurlayacaq və bunu necə etdiyini söyləyəcək bir şəxs axtarır. Sahibkar belə bir vəzifəni  səbəbsiz yerə düşünməyib. Belə ki, hər il bayramlarda, xüsusən Yeni il ərəfəsində onun mağazasından kosmik məbləğdə mal yoxa çıxır. 


Müdir yaradıcı oğruya bir saat üçün 50 funt vəd edir. Eyni zamanda peşəkar oğru oğurladığı bütün şeyləri özü üçün saxlaya biləcək.


Vakansiyanın cazibədarlığına baxmayaraq keçmişdə cinayət törətmiş şəxslərin müraciət etməməsi bildirilir.  


P.S. İngilis sahibkara məsləhət: Azərbaycanın özəl telekanallarındakı kriminal xəbərlərə baxsanız və oradakı reportajlarda oğurluq etmiş şəxslərlə polisin ətraflı söhbətlərinə qulaq assanız, oğurluğun ən son kreativ üsullarını asanlıqla öyrənərsiniz.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ