SON DƏQİQƏ

Bir butulka arağa 1.3 milyon dolları kim verir

Tarix:9-01-2018, 20:44

Danimarka polisi yanvarın 2-də, erkən saatlarda Kopenhagendəki «Cafe 33» kafesindən dəyəri 1.3 milyon dollar olan bir şüşə «Russo-Baltique» arağının oğurlandığını bildirib. Kafe özünün 1200-şüşəlik bahalı araq kolleksiyasını açıq məkanda yerləşdiribmiş. Bu oğurluq hadisəsi bütün dünyanın diqqətini keçmiş sovet respublikalarında zəngin həyat yaşayanların dəbdəbəli həyata xərclədiyi böyük pullara yönəldib.

Kameralara düşmüş görüntülərdə oğrunun qaranlıqda fənərin köməyi ilə kolleksiyanın rəfləri arasında araq şüşəsini seçib götürdüyü əks olunub. Həmin araq şüşəsi bütün bardan oğurlanmış yeganə əşyadır.

Müstəntiqlər hələ də oğrunun «Cafe 33»ə basqın etdiyini, yaxud açarla daxil olduğunu araşdırırlar.

Hər şeydən əvvəl, bir şüşə arağın qiyməti niyə 1.3 milyon dollardır və onu bu əcaib qiymətə kim alır?

Hər iki şüşə dizaynı 2008-ci ildə «Russo-Balt» avtomobil şirkətinin Riqa zavodunun yaradılmasının 100 illiyi münasibətilə hazırlanıb. Zavod tikiləndə Riqa hələ Rusiya imperiyasının tərkibində idi.

«Dartz» şirkəti bildirir ki, ümumilikdə 625 «Russo-Baltique» araq şüşəsi hazırlanıb. Bu, 1908 - 1912-ci illər arasında Riqa zavodunun hazırladığı avtomobillərin sayı ilə eynidir. Sonradan şirkət avtomobil istehsalını başqa yerlərə köçürüb.

İncəsənət əsəri olan araq

«Cafe 33»dən oğurlanan araq şüşəsinin II Nikolayın «çervonets» (Azərbaycanda xalq arasında «çervon qızılı» kimi tanınır - tərc.) qızıl sikkələrinin əridilməsi ilə əldə edilən 3 kiloqram təmiz qızıldan və 3 kiloqram təmiz gümüşdən hazırlandığı, həmin sikkələrin də 1908 - 1912-ci illər arasında buraxıldığı deyilir.

Şüşənin ağ və sarı qızıldan hazırlanmış qapağını brilyantlarla bəzədilmiş rus imperial qartalı tamamlayır.

Yüzillik yubiley layihəsi Regina Abdurazakova tərəfindən maliyyələşdirilib. «Dartz»ın reklam materiallarında o, «Qazaxıstandan olan neft maqnatının atasının pulunu dəyərləndirmək qərarına gələn ekstravaqant qızı» kimi təqdim olunur.

«Biz araqların hazırlanması zamanı istifadə olunan xüsusi almaz filtrlər, yaxud balina sperması kimi ekzotik məhsullardan danışa bilərik, ancaq bütün bunlar... çox səthidir.

...Bu araq markası içmək üçün deyil, çünki o, miras qoyulmaq üçün markadır. Bu, ailənin incəsənət kolleksiyasının bir hissəsi olmalı araqdır. İncəsənət əsəri olan arağı niyə içməlisiniz ki?», – «Dartz»ın reklam materiallarında deyilir.

Danimarka polisi itmiş araq şüşəsinin yanvarın 5-də Kopenhagen yaxınlığında təmirdə olan bir malikanənin içərisində tapıldığını bildirib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ