SON DƏQİQƏ

Həddən artıq yatmağın maraqlı açıqlaması

Tarix:28-12-2017, 01:28

21-ci doğum günüdən az keçməmiş Henry Nicholls özündə narkolepsiya simptomlarını aşkarlayır.

Bunun səbəbini anlamaq üçün çıxdığı yol onu füsunkar hekayəli bir elmi araşdırmaya gətirib çıxarıb.

İlk işlərimdən biri şirləri gözətləmək idi.

Bəzi işlər var ki, narkolepsiyadan əziyyət çəkən və müalicə almayan insanlar üçün deyil. O vaxt 22 yaşımda idim və yenicə zoologiya fakültəsini bitirmişim.

Cənubi Afrikada Kalaxari Səhrasında surikatları öyrənirdim.

Biz cütlüklər şəklində işləyirdik.

Birimiz ayaqla surikatlarla gəzir, digərimiz Jeep maşını sürərək ətrafda şir olub-olmadığını yoxlayırdıq.

Mən dəfələrlə alnımda sükan izi ilə ayılır və həmkarım və surikatların gözdən itdiyini görürdüm.

Həyat izi axtara-axtara qalardım. Qorxu basdıqca artıq ölüm izini axtarmağa başlayardım. Heç kimə heç nə olmadığına görə indi bu hekayəni belə rahat nəql edirəm.

Heç də həmişə bu cür olmamışam. Həyatımın ilk 20 ilini yuxu ilə sağlam münasibətim olub.

21 yaşımdan az sonra narkolepsiya simptomlarını sezməyə başladım. Nə qədər nadir olsa da, bir o qədər də qəribə sayılmayan bu pozğunluq dünyada hər 2500 nəfərdən birində var.

Norkolepsiya haqqında hamının bilməli olduğu bir şey var: nəzarətsiz yuxu ilə müşayiət olunur.

Həqiqətən də belədir, amma adətən bu cür insanlar katapleksiya (əzələ gücünün itməsi), sayıqlamalar, yuxu iflici, qorxulu qarabasmalar və paradoksal səslənsə də qırıq-qırıq gecə yuxusundan əziyyət çəkirlər.

Müalicəsi də yoxdur. Hələ ki. 1995-ci ildə Kalaxaridə bu simptomlar mənim üçün yeni bir şey idi. Yuxuya qarşı heç vaxt bitməyən döyüşümün sonu hər dəfə məğlubiyyətlə bitirdi.

Bir neçə ailə həkimimiz xəstəlik haqqında eşitsə də, belə xəstələri olmamışdı.

Bəzi nevroloqlar nəyi izləmək gərəkdiyini bilirdi, amma bir çoxu bilmirdi. Hətta yuxu mütəxəssisləri belə, pozğunluğun anidən fəaliyyətə keçməsini izah edə bilmirdilər.

20 il ərzində çox şey dəyişib. Narkolepsiyanı yaradan amil haqqında isə elm böyük bir yol qət edib. Belə ki, bunun avtoimmun hücumdan yarandığı düşünülür.

Bədənin immun sistemi yuxarı tənəffüs infeksiyasını düzgün idarə edə bilmir və səhvən beynin mərkəzindəki təxminən 30 min neyronu silir.

100 milyard hüceyrədən ibarət olan orqanizm üçün bu narahatedici bir haldır.

Amma bunlar adi hüceyrələr deyillər. Həmin hüceyrələr kiçik, təkamülü qədim və ayıqlıq ilə yuxu arasında bədənin bir çox əsas əməliyyatlarını tənzimləyən son dərəcə mühüm tərkib olan hipotalamusda yerləşirlər.

Sözügedən hüceyrələr həm də beyinin oreksin (hipokretin kimi də bilinir) daşıyan yeganə hüceyrələridir.

Bu peptid cütləri haqqında - amin turşusunun qısa zənciri - mənə diaqnoz qoyulduğu 1995-ci ildə heç kim bilmirdi.

Narkolepsiyanın ən pis simptomlarının qarşısını almaq üçün dərmanlar olsa da, onların heç biri bu beyin zədəsini tam müalicə etməyə qadir deyil.

İki kimyəvi maddə çatışmazlığının yaratdığı simptomlar isə son dərəcə qəribədir.

Problemlərimin cavabı əslində çox sadədir: beynimə oreksinlər (və ya oxşar maddələr) yeridilməlidir.

Bəs niyə hələ də gözləyirəm? 1972-ci ilin aprelində bir pudel iti dörd bala verir.

Bu sevimli küçüklər çox keçmədən bir neçə ailə tərəfindən götürülür. Amma onlardan biri, gümüşü-boz rəngli Monique-də qəribə hallar baş verir.

O, oynadığı yerdə anidən yarım-iflic olurdu: ayaqları zəifləyir, yanları yerə düşür və gözləri bərəlmiş şəkildə qalarmış.

Bəzən isə xüsusilə də yemək zamanı Monique tam iflic halına düşərmiş.

Saskatchewan Universitetinin baytarları bunları katapleksiya kimi qiymətləndirirlər, amma eyni zamanda katapleksiya ilə müşayiət olunan narkolepsiya ehtimalını da düşünürlər.

Monique-in diaqnozu, California-da yerləşən Stanford Universitetinin yuxu mütəxəssisi William Dement yeni bir nəzəriyyəsinin yaranması ilə eyni vaxtda qoyulmuşdu.

O, narkoleptik itlər axtarırdı və Saskatchewan Universitetinin baytarları dərhal Dement-ə məktub yazırlar.

Monique-in sahiblərini razı saldıqdan sonra, onu California-ya necə aparmaq məsələsi qalırdı.

Mən hazırda 89 yaşı olan Dement ilə görüşdüm.

O, bir neçə ilə əvvəl təqaüdə çıxıb və Stanford universitetinə çox yaxın bir məhəllədə yaşayır. Onun ofisi evinə bitişik böyük bir tikilidir.

Divarları taxtadandır və yuxu təbabətinə aid çərçivəyə alınmış afişalar, şəkillər və müxtəlif xatirələrlə doludur. Bütün bunların arasında su tapançası da var idi.

Onun burada nə işi olduğunu soruşuram.

"Bu, tələbə dərsdə yuxuya dalarkən lazım gəlirdi," o, 1970-ci illərin əvvəllərində yuxu və röyalarla bağlı məşhur mühazirələrinə nəzərən izah edir.

1973-cü ildə Dement, Western Hava Yollarına müraciət edir və Monique-in Saskatchewan-dan San Francisco-ya gətirilməsini xahiş edir. Onların ciddi 'xəstə itlər olmaz' siyasəti var idi.

"Bu xəstə it deyil. O, beynin anormallığı olan bir itdir," Dement onlara başa salır. "Bu, mühüm xəstəliyin bir modeli olan heyvandır."

Sonda azca siyasi vasitəçiliklə Dement aviaşirkəti yola gətirə bilir. San Francisco-da isə Monique məşhurlaşır.

"Monique çox sevdiyi yeməyi yeyərkən və ya yeni bir çiçək qoxlayarkən yıxılır," Dement-in həmkarı Merrill Mitler Associated Press-ə verdiyi və ABŞ-da onlarla qəzetdə dərc olunan müsahibəsində deyib.

"Biz, narkolepsiya yaradan disfunksiyanın beyinin hansı hissəsində olduğunu tapacağımıza ümid edirik," Monique Stanford-da gəldikdən sonra, Mitler demişdi.

"Bu, əlaca gedən ilk addım ola bilər."

Hazırda Washington-da yorğunluq nəticəsində baş verən qəzalar üzrə məhkəmə eksperti olan Mitler-dən narkolepsiyanın kəşfinin uğurlu olub-olmadığını soruşuram.

"Sözdə hə," o deyir.

Narkolepsiya ifrat emosiya ilə də hərəkətə keçə bilirFotonun müəllifiDANİEL STİER AT TWENTY TWENTY
Image captionNarkolepsiya ifrat emosiya ilə də hərəkətə keçə bilir

"70-ci illərdə biz narkolepsiya haqqında bilmədiklərimizdən agah deyildik."

Monique üzərində araşdırmanın nə dərəcədə uğurlu olacağını bilmək mümkün deyildi.

Həmin anda plan, heyvanlardan istifadə edərək müalicə üçün yeni dərmanları sınamaq və beyində fiziki dəyişiklik baş verərsə, ondan nümunə götürüb yoxlamaq idi, Mitler etiraf edir.

Onların işi haqqında məlumatlar yayılır və Dement və Mitler daha bir neçə narkoleptik it axtarmağa başlayırlar.

Tapdıqları itlərin bəzi növlərində narkolepsiya digərlərindən daha ümumi hal idi.

Bu da xəstəliyin genetik çatışmazlıq fərziyyəsini irəli sürməyə əsas verirdi.

Bir müddət sonra onlara bir xəbər çatır: təxminən yeddi yeni doğulmuş Doberman küçüyündə narkolepsiya və katapleksiya müşahidə olunub.

"24 saat ərzində küçüklərin ən böyüyündən ən balacasına qədər özündən getməsinin şahidi olduq," Mitler deyir.

Labradorlar və Dobermanlarda çatışmazlığın irsi olduğu üzə çıxır.

Dement Dobermanlar üzərində işləmək qərarına gəlir və 1970-ci illərin sonuna qədər narkolepsoyanın bir genin ötürülməsi nəticəsində yarandığını müəyyənləşdirir.

Mən Monique dünyaya gəldiyi il - 1972-ci ildə ana bətninə düşmüşəm. Mənim bir hüceyrəm bir genin (HLA_DQB1*0602 kimi bilinir) xüsusi versiyasını irsi olaraq götürüb.

Bu gen həm də immun sisteminin dostu düşməndən ayırmaq xüsusiyyətini formalaşdırır.

HLA-DQB1*0602 ümumi bir haldır - Avropada dörd adamdan birində var - amma bir çox narkoleptiv hallarda əsas rol oynayır və narkolepsiya və katapleksiyaya düçar olan insanların 98%-də müşahidə olunur.

Genetik tərəflərdən başqa, zamanlama da mühümdür. Belə ki, narkolepsiyalı insanların əksəriyyəti mart ayında doğulurlar (elə mən özüm də). Bu doğuş təsiri başqa avtoimmun çatışmazlıqların da izahıdır.

Ola bilsin ki, uşaqlığım boyu yaşadığım hormonal dəyişikliklər və emosional stress kimi halların da rolu olub. 1993-cü ildə yoluxduğum qrip və ya streptokok virusu çox güman ki, əsas patogen rolunu oynayıb.

Yəqin ki, buna görə oreksin sistemim sürətlə pozulub.

Uzun sözün qısası, əksər hallarda narkolepsiya, mükəmməl immun sisteminə gedən yolda yaşanan bədbəxt hadisələr məcmusundan doğur.

1998-ci ildə San Diego-da yerləşən Scripps Araşdırma İnstitutundan Luis de Lecea adlı gənc nevroloq alim və həmkarları, iki yeni beyin peptidi haqqında məqalə dərc edirlər.

Onlar peptidlərə hipokretin adı verirlər. Bu ad, peptidlərin yerləşdiyi hipotalamus və oxşar quruluşa malik bağırsaq hormonu sekretinin birləşməsindən yaradılıb.

Onların beyinin içində eksklüziv olaraq kimyəvi rabitəçi rolunu oynadıqları ortaya çıxır.

Bundan cəmi bir neçə həftə sonra, Texas Universitetindən Masashi Yanagisawa-ın rəhbərliyi ilə bir qrup elm adamı siçanlarda da eyni peptidləri aşkarlayır və oreksinlər olduğu müəyyənləşdirilir.

Beləliklə bu proteinlərlə reseptorların əlaqəsinin siçanların yemək davranışını tənzimlədiyi düşünülməyə başlanır.

"Yuxu heç ağlımıza da gəlmirdi," hazırda Yaponiyada yerləşən Tsukuba Universitetindən İnteqrativ Yuxu üzrə Beynəlxalq İnstitutun rəhbəri olan Yanagisawa etiraf edir.

Stanford-da hər iki yazı haqqında eşidən Mignot, bu yeniliklərin narkolepsiya və ya yuxu ilə əlaqəsi haqqında düşünmürdü də.

Fəqət 1999-cu ilin yazına qədər o, öz komandası ilə resessiv mutasiyanın iki gendən birində yatdığını müəyyənləşdirir.

O, Yanagisawa-ın oreksin çatışmazlığına görə narkolepsiyaya oxşar şəkildə yatan siçanı haqqında bilər-bilməz yarış başlanır.

Bir neçə həftə içində Mignot və komandası Cell jurnalında məqalə dərc edirlər. Yazıda onlar, oreksin reseptorlarından birini kodlayan gendəki qüsuru izah edirlər.

"Bu nəticə, hipokretinlərin (oreksinlər) yuxunu modulyasiya edən əsas nevroötürücü olduğunu ortaya qoyur və narkolepsiya xəstələri üçün yeni potensial müalicəvi yanaşma yaradır," onlar yazırdılar.

Spirtli içki markası adı verilən bir eksperimental Doberman küçüyü Kahlua, jurnalın üz qabığını bəzəyirdi.

Yanagisawa və həmkarları da öz eksperimental dəlillərini iki həftə sonra, elə Cell jurnalında dərc edirlər.

Normal şərtlərdə kimyəvi rabitəçi və onun reseptoru açar və kilid kimi işləyir. Açar (rabitəçi) kilidə (reseptoruna) uyğun gələrək qapını açır (hədəf hüceyrədə dəyişiklik yaradır).

İstər kilid işləməsin, istərsə də açar çatışmasın, nəticə eyni olacaq. Qapı açılmayacaq.

Oreksin sistemi pozulub. İnsan narkolepsiası üçün oreksin sistemini pozan bir çox səbəb ola bilər. Bəzən beyin şişi və ya baş travması da zədəyə yol açır.

Əksər hallarda isə narkolepsiya, yuxarıda sadaladığım bir sıra bədbəxt hadisələrdən sonra yaranır.

Oreksin neyronlarının əhəmiyyəti çox böyükdür. Təkcə mənim kimi onları itirənlər üçün yox, hamı üçün.

Onurğalıların əksəriyyətində oreksinlər mövcuddur.

Yuxuya ictimai sağlamlıq məsələsi kimi nəzərə alınmalıdır, Nicholls deyirFotonun müəllifiDANİEL STİER AT TWENTY TWENTY
Image captionYuxuya ictimai sağlamlıq məsələsi kimi nəzərə alınmalıdır, Nicholls deyir

De Lecea ilk dəfə oreksinləri 20 yaşlarında, yəni 1998-ci ildə təsvir etməyə başlayıb.

O, Barselonadan San Diego-ya yenicə köçmüşdü. 2006-cı ildə isə işlərə daha yaxın olmaq üçün Stanford-a köçür.

"Sözün düzü, indi əldə etdiklərimizdən daha artığını aşkarlayacağımızı düşünürdüm," o deyir.

Amma böyük bir irəliləyiş əldə olunub. Xüsusilə də, de Lecea-nın pionerlik etdiyi optogenetika sayəsində.

Bir virus, bir təşəbbüskar və mavi-yaşıl yosunda tapılan bir gen ilə işığa həssas neyronlar üzə çıxarmaq olur.

Optogenetika və digər üsullardan istifadə edərək de Lecea oreksinlərin bir çox vacib nevroloji şəbəkələrə güclü təsirini sübut edə bilib.

Onlar bəzi hallarda nevroötürücü, bəzən hormon kimi çıxış edə bilirlər. Hormon kimi onlar, dopamin, serotonin və histamin də daxil olmaqla beyinin digər kimyəvi maddələrinə təsir göstərirlər.

Biz hələ də xoşbəxt sonluğu gözləyirik. Deyək ki, oreksin-A və ya oreksin-B tapa bildim. Bəs onları beynimə necə yeridəcəyəm?

Həb kimi udub bağırsağım vasitəsilə sovurmaqlamı, əzələ və ya damarıma iynə ilə yeridməkləmi?

Hətta burun kanalları üsulu da irəli sürülüb.

Əczaçılıq sənayesi də orkesin yolunda irəliləməyi bacarıb. Mignot və həmkarlarının Cell-dəki yazısından sonrakı 15 il ərzində Merck laboratoriyası ABŞ Qida və Dərman Assosiasiyasından (FDA) suvoreksant (satış üçün adı Belsomra) üçün razılıq almağı bacarıb.

Bu kiçik molekul, qan-beyin baryerindən keçib, oreksin reseptorlarını bloklaya bilir.

Lakin narkolepsiya xəstələrinin axtardığı şey yuxu gətirən dərman deyil.

Merck-in Philadelhphia-da yerləşən labaratoriyalarından tibbi əczaçı və Belsomra-nın yaradılmasında iştirak edən Paul Coleman-a görə, yuxu həbləri adətən insomniya (yuxusuzluq ) müalicəsi üçün işə yarayır.

"Belsomra-nın ən maraqlı yanı, seçicilik qabiliyyətindədir. Yəni, balans, yaddaş və dərrakəni idarə edən sistemlərə qətiyyən təsir etmir," o deyir.

Karyerası boyu Coleman bir çox infeksiyalar, xəstəliklər və pozğunluqlar üçün dərmanların inkişafında iştirak edib, amma oreksin sistemi üçün effektiv üsul hələ ki aşkarlanmayıb.

Bütün tibbi tərəqqiləri görmək məni sevindirsə də, mənim kimi milyonlarla narkolepsiya xəstələri oreksin sistemini sakitləşdirmək əvəzinə, oyada bilən bir dərmanın ümidi ilə yaşayırlar.

Narkolepsiya simptomları insandan-insana fərqlənsə də, patoloji ana xətt eynidir - oreksin çatışmazlığı.

Görəsən oreksin nağılının sonu xoşbəxt bitəcəkmi?

Sadə araşdırmanın kliniki hala salmaq həm çətin, həm də bahalı prosesdir.

Narkolepsiyanın nadir pozuqluq olması fikrinin yayğın olduğunu nəzərə alsaq, bu sahə üzrə istənilən farmakoloji tədqiqat və inkişafın yüksək nəticə ilə müşayiətini gözləməyə dəyməz.

Narkolepsiya xəstələrinin bir çoxuna diaqnoz qoyulmayıb.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ