SON DƏQİQƏ

“2018-də internet mediasına diqqət artacaq, “reket mətbuat”la mübarizə sərtləşəcək”

Tarix:27-12-2017, 21:45

"Azərbaycan mediası daha bir ili geridə qoymağa hazırlaşır. Mətbuatımız ildən-ilə daha da peşəkarlaşır və artıq 5-10 il əvvəlki media deyil. Bu gün mətbuatımız dövlətçilik prinsiplərinə söykənir. Hesab edirəm ki, bu ənənə 2018-ci ildə də davam edəcək”.

Bu sözləri Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Modern.az-a açıqlamasında deyib.

O,  2017-ci ildə internet resurslarının da qanunvericilik baxımından media ailəsinə daxil edildiyini vurğulayıb.
"Bu il Milli Məclisdə mətbuatla əlaqədar qanunvericiliyə əlavə və dəyişikliklər edildi. 2018-ci ildə də bu istiqamətdə işlər aparılacaq”.

Ə. Amaşov ümid edir ki, 2018-ci ildə ictimai fikrin formalaşmasında əsas rol oynayan internet mediası diqqətdən kənarda qalmayacaq.

"Həmin KİV-lərə də dövlət qayğısı şamil olunacaq. Çünki bu vacibdir. Bir halda ki, ictimai fikir həmin vasitələrlə yayımlanır, reklam bazarının zəif olduğu bir məqamda internet mediasına belə yanaşa bilmərik. Çünki dövlət tərəfindən mediaya qayğı göstərilməsə, sabah kiminsə himayəsinə düşə bilər. Bundan da ictimai fikir uduzar. Dövlətin həyata keçirdiyi islahatlar yetərincə  ictimaiyyətə çatdırılmaz. Bütün bunların qarşısının alınması ,onlayn jurnalistikanın saxlanılması üçün problemlər həllini tapa bilər. Bildiyimiz kimi, 2018-di ildə Azərbaycanda Prezident seçkiləri keçiriləcək. Azərbaycan jurnalistikası bu prosessləri də ləyaqətlə işıqlandıracaq. Hesab edirəm ki, bütün bunlar 2018-ci ildə mətbuatımızın qarşısında duran prioritet məsələlərdir”.

Mətbuat Şurasının sədri  2018-ci ildə reket yönümlü "KİV”lərə qarşı daha da sərt addımların atılacağını deyib.

"Artıq bu proses başlayıb. Həmin "media vasitələri” cəmiyyəti məlumatlandırmaq işini yox, ayrı-ayrı qurupların, şəxslərin maraqlarına xidmət edir. Mətbuat Şurası olaraq digər qurumlarla birlikdə həmin halların qarşısının alınması üçün mübarizəni daha da gücləndirəcəyik. Bu mübarizə nəticəsində onların fəaliyyəti müəyyən mənada məhdudlaşdırılacaq. Onlar öz istəklərinə nail ola bilməyəcək”.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ