SON DƏQİQƏ

Solaxaylığın dinsizliklə nə əlaqəsi var?

Tarix:23-12-2017, 00:50

Solaxaylığın dinsizliklə nə əlaqəsi var?

"The Telegraph" yazır ki, yeni elmi araşdırma ateistlərin daha çox solaxaylardan çıxdığını göstərib.

Dolayısı ilə bu, həm də inancların irsən keçdiyinə işarə ola bilər.

Araşdırma müəllifləri bunu da əlavə edirlər ki, dindar adamlarda, ümumiyyətlə genetik mutasiyalar daha az baş verir və məhz buna görə də onların arasında solaxayların, habelə autizm və şizofreniya hallarının daha az olduğu nəzərə çarpır.

Finlandiyadakı Oulu Universitetindən britaniyalı alim Edward Dutton deyib ki, sənayeləşmədən əvvəl dindarlıq başqa genetik faktorlar kimi irsən ötürülürdü, çünki bu daha çox sabitlik, ruhi sağlamlıq və daha yaxşı sosial davranışa imkan yaradırdı.

Lakin müasir elm keçmiş zamanlarda sağ qalması mümkün olmayan bir çoxlarının yaşamasına imkan yaradıb, bu isə öz növbəsində ateizmin genişlənməsinə yol açıb.

Alimin sözlərinə görə, allahsızlıq solaxaylıq, autizm kimi mutasiyalarla bağlıdır.

Araşdırma göstərib ki, insanlar arasında fövqəltəbii şeylərə inamın artması da bununla bağlıdır.

2013-cü ildə Britaniyada aparılmış rəy sorğusu göstərib ki, insanların 52 faizi fövqəltəbii qüvvələrə inanır. Bu rəqəm 2005-ci ildə 40 faiz idi.

Evolutionary Psychological Science jurnalında dərc edilmiş məqalədə deyilir ki, hazırda dindar olanların əcdadları son dərəcə dindar adamlar olmalı idilər.

Bu araşdırma əsasən solaxay, autizm və ya şizofreniya xəstəlikləri olanlar arasında aparılıb.

Araşdırma göstərib ki, solaxaylıqla dinsizlik arasında zəif, lakin əhəmiyyətli bağlılıq var, lakin bu bağlılıq autizmi olanlarda daha qabarıq nəzərə çarpır.

Bundan əvvəlki araşdırmalar göstərmişdi ki, adamların dindarlığının 40 faizi onların genetikasından gəlir.

TrumpFotonun müəllifiREUTERS

Ekspertlər: Trump-ın Qüds səsverməsinə görə başqa ölkələri hədələməsi "boş şeydir"

"The Guardian" yazır ki, Donald Trump-ın onun Qüdsü İsrailin paytaxtı kimi tanıyan qərarının əleyhinə səs verən ölkələri cəzalandıracağı barədə hədələri bir çox ekspertlərin rəyinə görə "cəfəngiyyatdan" başqa bir şey deyil.

Cümə axşamı günü BMT-nin Baş Assambleyası özünün fövqəladə sessiyasında 128 leyhinə, 9 əleyhinə nisbəti ilə Trump-ın qərarını etibarsız elan edən qətnaməyə səs verib. 35 ölkə bitərəf qalıb.

Məsələ burasındadır ki, səsə qoyulan qətnamə layihəsinin müəllifi Misirdir. Misir ötən il ABŞ-dan 1, 2 milyard dollar yardım alıb. Buna görə də bəzi təhlilçilər Trump-ın hədəsinin xüsusilə də Misir üçün təhlükəli olduğunu düşünürlər.

Lakin əksər ekspertlərin rəyi belədir ki, Trump administrasiyasının xarici ölkələrə yardımı kəsməsi o qədər də asan olmaya bilər.

Beləki ABŞ maliyyə yardımlarının əksər hissəsi Konqres tərəfindən ayrılır.

Bu il millət vəkilləri artıq prezidentin "America First" (Əvvəlcə Amerika) silsiləsindən olan bir sıra "qənaət" təşəbbüslərini rədd ediblər. Trump bu təşəbbüslərlə xarici yardımları 30 faiz ixtisar etmək istəyirdi.

Beynəlxalq İnkişaf İnstitutunun direktoru Alex Their deyib ki, BMT-də siyasi səslərə görə maliyyə yardımının kəsilməsi "fövqəladə" addımdır, lakin onu həyata keçirmək o qədər də asan olmayacaq.

Their deyib: "Ayrı-ayrı ölkələrə yardımı birtərəfli qaydada kəsmək asan deyil. Trumpdeyə bilməz ki, məsələn, "Efiopiyaya daha pul verməyin".

Ekspertin sözlərinə görə, belə hallarda Konqres və administrasiya arasında uzun-uzadı danışıqlar gedir.

Thier bunu da əlavə edib ki, yardımların növlərinə də diqqət edilməlidir. Məsələn hərbi və təhlükəsizlik yardımları hökumətlərə gedir.

İnkişaf üçün yardımları verərkən isə siyasətdən çıxış edilmir. Üçüncü yardım növü isə humanitar yardımdır ki, buna xüsusi qanunlarla icazə verilir.

Ekspertin sözlərinə görə məsələn, Ruanda və ya Nepalda aclıq çəkən insanlar üçün ayrılmış yardımı həmin ölkələrdəki hökumətlərin BMT-də necə səs vermələri əsasında dayandırmaq mümkün olmaya bilər.

Washington-dakı İqtisadi və Siyasi Araşdırma Mərkəzindən Mark Weisbrot deyir ki,Trump-ın hədəsi ilk növbədə Səudiyyə Ərəbistanına təsir edə bilər.

ABŞ-Səudiyyə münasibətləri Riyadın Yəməni bombardman etməsinə görə hazırda o qədər də yüksək səviyyədə deyil.

Bu ayın əvvəllərində ABŞ prezidenti Səudiyyə Ərəbistanına, Yəmənə blokada qoyduğuna görə yardımı kəsə biləcəyi ilə xəbərdarlıq etmişdi. Bu blokada Yəmənin 7 milyonluq əhalisini ərzaq, su və yanacaqdan məhrum edib.

Ekspertin sözlərinə görə, məhz buna görə də Trump-ın Qüds qərarı ilə bağlı hədəsi onun ilk növbədə Səudiyyə ilə münasibətlərinin pisləşməsinə səbəb ola bilər.

İnkişaf üzrə ekspertlər isə deyirlər ki, Trump-ın hədəsi əsasən ABŞ-dan yardım alan Asiya, Afrika və Cənubi Amerika ölkələrinə yönələ bilərdi.

Bu ekspertlərin fikrincə, iqtisadiyyatları zəif olan bu ölkələrə yardımın dayandırılması son dərəcə çətin məsələ olacaq.

Jubilee Debt kampaniyaçı hərəkatından iqtisadçı Tim Jones isə deyib ki, ABŞ yardımını alan ölkələrin bir çoxu onsuz da 2014-cü ildən bəri xammalların qiymətlərinin düşməsindən zərbə alıblar.

İnsan haqları müdafiəçilərindən Jonathan Rucks isə deyib ki, "siyasi baxımdan bizimlə yaxınlıq etməyən ölkələrə xarici yardımın kəsilməsi uzaqgörən siyasət ola bilməz və son nəticədə ABŞ-ın özünə ziyan vurar".

Sağlamlıq və Gender Bərabərliyi Mərkəzinin prezidenti Serra Sippel deyib ki, Trump-ın hədəsi ABŞ hökumətinin dünyadakı qüdrətindən sui-istifadə etməsinin parlaq nümunəsidir.

Serra Sippel xartırladıb ki, belə bir siyasəti George W Bush-un hökuməti də həyata keçirirdi.

"Şükür ki, o vaxt ölkələr belə hədələrin qarşısından qorxub qaçmadılar" - deyib ekspert.

wind energyFotonun müəllifiATKİNS

Külək enerjisindən elektrik istehsalı rekord həddə çatıb

"The Independent" yazır ki, Britaniyada bərpa olunan enerji növlərindən elektrik istehsalı rekord səviyyəyə çatıb.

Hökumətin yeni hesabatına görə bərpa olunan enerji növlərindən istifadə 2017-ci ildə 5 faiz artaraq bütün elektrik istehsalının 30 faizini təşkil edib.

Energy and Climate Intelligence Unit firmasından professor Jonathan Marshalldeyib ki, beləliklə də bərpa olunan enerji növlərinin Britaniyanın elektrik istehsalında əhəmiyyətli rol oynaya bilməyəcəyinə dair iddianın "tabutuna mismar çalınıb".

Hesabatda deyilir ki, aşağı karbonlu elektrikin payı əsas etibarilə külək enerjisindən istifadənin sayəsində 54, 4 faizə çatıb.

Lakin məqalədə bu da qeyd olunur ki, aşağı karbonlu elektrik dedikdə həm də nüvə enerjisindən alınan elektrik nəzərdə tutulur.

Buna baxmayaraq "təmiz elektrikin" faizində külək enerjisinin payı artmaqla, nüvə enerjisinin rolu bir qədər azalıb.

Professor Marshall deyir ki, bu rəqəmlər bərpa olunan enerji növlərinin Britaniyada etibarlı enerji təchizatı üçün mənbə ola biləcəyini göstərir.

Ekspert bildirib ki, ölkədə günəş panelləri və külək turbinləri qoyulmağa başlayanda bir çoxları proqnozlaşdırılması mümkün olmayan enerji növlərindən etibarlı təchizatın təmin olunacağına inanmırdılar.

Ölkədə 2008-c il İqlim Dəyişikliyi qanunu qəbul olunanadək enerji sənayesinin nümayəndələri və bir çox siyasətçilər bərpa olunan enerji növlərinin müasir iqtisadiyyatla ayaqlaşa biləcəyinə şübhə edirdilər.

Britaniyada 2016-cı ildə bütün enerji istehlakının 17, 5 faizini elektrik enerjisi təşkil edib.

Bu pay ümumilikdə az olsa da, mənbəyini əsasən bərpa oluna bilən enerji mənbələrindən alıb.

Britaniyada külək turbinlərinin quru ərazilərdə tikilməsi çoxsaylı etirazlarlara səbəb olduqdan sonra, indi onları əsasən dənizdə qururlar. Bu, baha başa gəlsə də, enerji istehsalı baxımından daha səmərəlidir.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ