SON DƏQİQƏ

"Mərhəmət yorğunluğu" - heyvanları xilas etməyə çalışan insanlar bəzən özləri tükənib depressiyaya düşür

Tarix:20-07-2020, 11:27

Bütün günü baytarlıq klinikalarında və heyvan sığınacaqlarında heyvanlarla işləyən insanlar bu növ fəaliyyətə daxildən gələn çağırış kimi baxdıqları üçün çox vaxt bu işlə məşğul olurlar.

Lakin müntəzəm olaraq heyvanın əzab çəkdiyini və öldüyünü görəndə gerçəkliyin məyusedici tərəfi özünü göstərməyə başlayır.

Amerika Psixoloji Assosiasiyasının Chicago konfransına təqdim edilən araşdırmanın nəticələrinə əsasən, bu sahədə çalışan işçilər və könüllülər depressiya, rahatsızlıq və hətta intihar etmək riskiylə üzləşə bilərlər.

Onlarda tükənmə (işdə aşırı yüklənmədən və ya stresdən qaynaqlanan emosional, fiziki və zehni tükənmə vəziyyəti) və mərhəmət yorğunluğu (əzablara biganəlik hissi) halının yaranması riski yüksək olur.

Baytar
Şəklin alt yazısı,

Adi evtanaziya əməliyyatı baytar həkimlər üçün mürəkkəb psixoloji problemlərin yaranmasına səbəb ola bilər.

"Öləcəklərini görürsən"

"Dəfələrlə bu heyvanlarla üzləşirsən, onları xilas edə bilməyəcəyini bilirsən və onlar axırda ölür. Onların gözünə baxırsan. Bu çox əzabverici və kədərli anlardır," - Braziliyanın Sao Paulo şəhərində atılmış və ya pis rəftara məruz qalan heyvanların xilası ilə məşğul olan 29 yaşlı fəal Andressa Ciccione deyir.

Andressa Ciccione həm də veqandır və özünü heyvan hüquqları uğrunda mübarizə aparan müstəqil fəal sayır.

O, BBC News Brasil-ə deyib ki, heyvanlara kömək etməyə onu sövq edən mərhəmət hissi bəzən onda gücsüzlük, narahatlıq və stress hissi də oyadır.

Lakin psixi sağlamlığına təsir göstərməsinə baxmayaraq, o, heyvanlarla işləməyə davam edəcəyini söyləyir.

"Bunların bizə təsir etdiyini bilirik, amma sevgi hissi daha güclüdür. Heyvanlar bizdən kömək gözləyir, biz onlara biganə qala bilmərik".

Andressa Ciccone
Şəklin alt yazısı,

Andressa Ciccione deyir ki, heyvanların əzab içində olmasını görmək onu stressə salır

İntihar riski yüksəkdir

Əvvəlki araşdırmalara görə, baytarlar zehni sağlamlıq problemindən ən çox təsirlənən peşə sahiblərinə aid edilir.

Amerika Baytarlıq Tibbi Assosiasiyasının Jurnalında yanvar ayında dərc olunmuş bir araşdırmada bildirildiyi kimi, ABŞ-da 1979-2015-ci illərdə baytarlar arasında intihar hallarının əmsalı ABŞ-da ümumilikdə intiharların orta göstəricisindən 2-3,5 dəfə yüksək olub.

New York-da Cornell Universitetinin baytarlıq təbabəti doktoru Katherine Goldberg konfransda etdiyi çıxışında qeyd edib ki, bu cür riskin yüksək olmasına "şəxsi keyfiyyətlər, peşə standartları və baytarlıq peşəsini öyrənmə mühiti" təsir göstərə bilər.

Mövzuya dair son araşdırmanı Minnesotada Bemidji Dövlət Universitetinin Psixologiya kafedrasının professoru Angela Fournieryerinə yetirib.

O, öz araşdırmasında heyvan sığınacaqları və xilasetmə mərkəzlərində işçilər və könüllülərin, eləcə də heyvanların sağlamlığı və hüquqları fəallarının sağlamlıq durumunu nəzərdən keçirib.

Pişik balası
Şəklin alt yazısı,

Baytarlıq klinikalarında və heyvan sığınacaqlarında heyvanlarla işləyən insanlar bu növ fəaliyyətə çox vaxt daxildən gələn çağırış kimi baxdıqları üçün tez-tez bu işlə məşğul olurlar

"Animal welfare agents, as these people are often called, are exposed to animal abuse, neglect and oppression on a regular basis, as well as routine euthanasia that is common in these settings," said Dr Fournier.

"Shelter workers are then caught in a dilemma because they are charged with caring for an animal and they may ultimately end that animal's life."

The study suggests that this causes significant guilt, which can lead to depression, anxiety and insomnia, as well as greater family-work conflict and low job satisfaction.

"Heyvanların rifahı agentləri adlandırılan bu adamlar müntəzəm olaraq heyvanlara qarşı pis rəftar, laqeydlik, zorakılığın və adi qaydada yerinə yetirilən evtanaziyanın şahidi olurlar,- dedi Dr Fournier. - Heyvan sığınacaqlarında işləyənlər heyvana qulluq etmək vəzifə borcu ilə onların həyatına son qoymaq məcburiyyəti arasında yaranan dilemma ilə qarşılaşmalı olurlar."

Tədqiqat işində göqeyd olunduğu kimi, bucür hal insanda günah hissinin yaranmasına səbəb olur, bu isə öz növbəsində, depressiya, rahatsızlıq, yuxusuzluq və ailə-iş konfliktlərinə gətirib çıxara bilər.

"Onların hamısını qoruya bilmədim"

Braziliyalı televiziya aparıcısı Luisa Mell 2015-ci ildə atılmış pişik və itlər üçün sığınacaq yaradıb.

BBC News Brasil-ə danışan Luisa Mell qeyd edib ki, uzun illər ərzində o, heyvanların hüquqları sahəsində fəaliyyət göstərib.

"Bu sahədə fəaliyyətə başlayanda, bu mövzu hələ yeni idi, televiziya verilişlərində gördüyüm heyvanların halına yananda, göz yaşı tökəndə camaat mənə gülürdü".

Luisa Mell
Şəklin alt yazısı,

Luisa Mell heyvanların hamısına kömək edə bilməyəcəyini anladığından, çalışır gücü çatanlara gömək etsin

"Mən bir çox QHT və heyvan sığınacaqlarına baş çəkmişəm. Hər dəfə heyvanların saxlandığı şəraiti görəndə depressiyaya düşmüşəm. Bu təşkilatların daha peşəkar olmasına ehtiyac var."

Bu ilin əvvəlində onun qrupu ətraf mühit rəsmiləriylə birgə 1500-dən çox itin xilasetmə əməliyyatında iştirak ediblər.

Həmin itlərin saxlanma şəraiti pis olduğundan onların saxlandığı sığınacaqlar bağlanıb.

"Əvvəllər ümidsizliyə qapıldım, çünki heyvanların hamısına kömək edə bilmədiyimi başa düşürdüm. İndi dünyada heyvanların hamısını xilas edə bilməyəcəyimlə barışmışam, odur ki, gücüm nəyə çatır, onu edəcəyəm, - Luisa Mell deyib. - Hər bir heyvan layiqdir ki, onun xilası üçün bütün səylər göstərilsin".

Sao Paolo-da əlavə müsahibələri Mariana Alvim götürüb.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ