SON DƏQİQƏ

“Qızlıq pərdəmi tikdirdim, məni buna cəmiyyət məcbur etdi”

Tarix:30-06-2020, 14:27

Mütəxəssislərə görə, hər il Türkiyədə bakirəliyin bərpası üzrə minlərlə əməliyyat keçirilir.

Qadınları himenoplastika ("qızlıq pərdəsinin" tikilməsi) əməliyyatına sövq edən amillər fərqlənir. Buna sosial təzyiq, qınaq, bakirəlik və cinsiyyət haqqında yanlış məlumatlar zəmin yarada bilər, BBC News Türkçenin ”Aramızda qalmasın” rubrikasının müsahibləri belə deyir.

"Qızlıq pərdəsini tikdirdim, hər şeyi o masada bərpa etdim. Bir qadın kimi uzandığım masadan qız olaraq qalxdım. Ancaq namus sizin zənn etdiyiniz şey deyil”, - BBC News Türkçeye danışan Pınar [həqiqi adı deyil- red.] deyir.

O, sevgilisi tərəfindən təcavüzə məruz qaldığını və cəmiyyət və ailəsinin təzyiqlərinə görə himenoplastika əməliyyatına getməli olduğunu izah edir.

"Cəmiyyətin basqısı olmasaydı, mən əməliyyat olardımmı, o masaya uzanardımmı? Əsla!”

Daima intihar haqqında düşündüyünü deyən Pınarın sözlərinə görə, o özünü ”yox olana qədər yandırmaq istəyib ki, ölümündən sonra keçirilən araşdırmada təcavüzün əlamətləri üzə çıxmasın".

"Onlar mənim ölüm haqqımı aldılar, düşünün, təcavüzə məruz qalmış qıza heç vaxt "ölümü ağlına gətirdinmi?” deyə sual verə bilməzsiniz, çünki o, onsuz da hər gün ölümü düşünərək yaşayır”.

Qınaq və tənhalıq

Cəmiyyətdən gələn təzyiqlərə görə bır çox qadın bakirəliyin bərpası barədə açıq danışmaqdan çəkinir.

Hande Güzel sosioloq, Britaniyanın Cambridge Universiteti
Şəklin alt yazısı,

Britaniyanın Cambridge Universitetindən sosioloq Hande Güzel deyir ki, himenoplastika etmiş qadınların çoxu özlərini tənha hiss edirlər.

Pınar da başına gələnləri cəmi bir neçə adama söyləyib. O, əməliyyat olunduğunu yalnız anasına deyib, çünki başqaları "onu qınaya” bilər.

"Bu qadınların yaşadığı çox təməl duyğular var, onlardan biri - tənhalıqdır,” - Britaniyanın Cambridge Universitetindən sosioloq Hande Güzel deyir.

Onun sözlərinə görə, bir çox qadın, bakirəliklə bağlı sualların ortaya çıxmaması üçün bu əməliyyatı gizli saxlayır.

Sosioloq bakirəlik ətrafında müxtəlif inancların olduğunu deyir.

"Bu, ... evlilik vaxtı baş verərsə çox müqəddəs bir qan [sayılır], amma evlilik xaricində olanda müqəddəsin əksi - çox çirkli bir qandır”.

Hande Güzel deyir ki, Türkiyə cəmiyyətində ilk əlaqə vaxtı gələn qanın miqdarı və rəngi kimi amillərə də əhəmiyyət verilir.

Cinsi estetik plastika üzrə mütəxəssis, Dr Kübra Zengin Altıntaş deyir ki, ilk cinsi əlaqə vaxtı qan gəlməyə də bilər.

"Qızlıq pərdəsinin quruluşuna baxanda, bəli, o, mukozadan ibarətdir, amma mukozanın içindən qan damarı keçməyə bilər. Təbii olaraq yüngül bir yırtılmada qanama baş verməyə bilər. Ya da elastik qızlıq pərdəsi deyə bir ifadə var”.

Onun sözlərinə görə, qadınların 30 faizində "qızlıq pərdəsi" elastikdir.

"Və təbii olaraq, vagina stimullaşdırılması ilə oradakı açıqlıq artır və cinsi orqanın içəri girməsi ilə qanama olmaya bilər", Dr Kübra Zengin Altıntaş əlavə edir.

Doktor Kübra Zengin Altıntaş
Şəklin alt yazısı,

Doktor Kübra Zengin Altıntaş deyir ki, əməliyyat üçün müraciət edən qadınlar keçmiş təcrübənin tez bir zamanda arxada qalmasını istəyirlər.

Qadınlara kömək edən mütəxəssislər "qızlıq pərdəsi” ilə bağlı dövr edən səhv məlumatlara qarşı ailə, cəmiyyət və təhsil müəssisələrində maarifəndirmənin əhəmiyyətini vurğulayırlar.

Kişiyə "milli” deyilir, qadına "ikinci əl mal”

Bu arada ən yaxın dostları ilə belə mövzunu açmaqdan çəkinən Pınar kimi bir çox qadın internetə üz tutur. Onlar xüsusi forumlarda bir-birinə dəstək olur, təcrübələriylə bölüşürlər.

"Orada qızlar, bu işi etdirənlər, başına iş gələnlər var, dərdləşirik, bir-birimizdən yardım istəyə bilirik”, - Pınar belə deyir.

Türkiyədə ilk cinsi əlaqə yaşayan kişiyə "milli” deyilir, yəni bu nailiyyət olaraq görülür, amma bunu edən qadınlara xitabən "ikinci əl mal”, "çürük yumurta” kimi ifadələr işlədilir. Bununla birlikdə, Türkiyədə yeni yanaşma da mövcuddur, Hande Güzel deyir.

Sosioloqun sözlərinə görə, bir çox qadın öz cinsiyyəti və bədəniylə barışıb, amma bunlar keçid dövrünü yaşayan cəmiyyət tərəfindən hələ ki, tam qəbul olunmur.

Cəmiyyətdən gələn basqıya görə himenoplastikaya məcbur olunduğunu deyən Pınar bakirəliyə öz münasibətini bildirir.

"Bəkarət xanımlar üçün önəmli deyil. Bəli, İslam dinində bəkarət mühümdür. Mən bunu inkar etmirəm. Əks fikri də müdafiə etmirəm, - Pınar davam edir, - Amma başınıza belə iş gələrsə, siz bunu qarşı tərəfə izah etdiyiniz zaman, qarşı tərəf sizdən istifadə edə bilər. Ya da sizinlə evlənib, daha sonra hirsləndiyi zaman bunu irad tuta bilər.”

Dr. Kübra Zengin Altıntaşa əsasən, onun xidmətləri üçün klinikaya müraciət edən qadınlar keçmiş təcrübənin tez bir zamanda arxada qalmasını istəyirlər.

"Tamamilə olayı yaşanmamış kimi qəbul etmək istəyirlər: heç bir yerdə adım olmasın, heç bir izim olmasın. Mən bu olayı yaşanmamış kimi qəbul edim”.

Pınar öz gələcək uşaqlarına fərqli tərbiyə verəcəyini deyir və oğlu olarsa, ona "qadının namusundan daha çox, onun xoşbəxtliyi, qəlbi, və xoş niyyətinə” fikir verməyi öyrədəcək.

Hande Güzelə əsasən, Türkiyə cəmiyyətində elə kişilər var ki, qadının keçmişini olduğu kimi qəbul etməyə hazırdır. Hərçənd ki, onların sayı çox deyil. Pinar isə kişilərin namus məsələsində səmimiyyətini sorğu edir.

"Sevgililərinizlə hər şeyi edib, evləndiyiniz qadının namuslu olmasını istəyirsiniz. Məncə, ilk öncə çevrilib bir özünüzə baxın”.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ