SON DƏQİQƏ

Koronavirus: Parlaq həyat tərzinin parıltısı solanlar

Tarix:12-06-2020, 16:32

Hətta izolyasiya şəraitində Instagram-da həyatın idilliya kimi görünə biləcəyinə inanmaq çətindir. Manchester-də doğulmuş Jack Morris Balidə çimərlik paltarında hovuzda çəhrayı qürub fonunda dayanaraq çəkdirdiyi bir fotoşəkli yayımlayıb.

"Biz Lauren-lə imkan dərəcəsində villamızda qalmağa və sosial məsafəyə riayət etməyə çalışırıq", - o yazıb.

"Bu, darıxdırıcıdır, amma hər kəs öz payına düşəni edərsə, hər şey daha tez başa çatar!"

Onun bu postuna 2,7 milyon izləyici kütləsi təxminən belə bir ruhda şərhlər yazıb: "Dost, hər şey bundan da pis ola bilərdi".

Koronavirus pandemiyasının iqtisadi təsirləri uzun müddətlidir və bu vəziyyətdə xilas olmağa çalışan şirkətlər ilk növbədə buna reklam və marketinq büdcələrinin ixtisarı sayəsində nail olmaq istəyirlər. Bu, ən böyük qəzet brendlərindən tutmuş, təkbaşına sosial media yaradanlaradək, ümumilikdə bütün media sənayesi üçün problemlər yaradır.

"İnfuencer"-lər adlanan sosial mediada nüfuz liderlərinə gəldikdə isə, onların təkcə sponsorları yoxa çıxmır, həm də onların məzmun yaratmaq qabiliyyəti yox olur, çünki brendlər sınaqdan keçirilməli olan məhsulların təchizatını kəsir və mediada işıqlandırılması üçün nəzərdə tutulan səfərləri təşkil etməkdən imtina edirlər.

Bloqçu-səyyahlar zərbə altında

"Mənim son səfərim fevral ayında olub, mart ayında Finlandiyaya, aprel ayında Efiopiyaya və gələn həftə Maldivə getməli idim - orta hesabla, mən ilin yarıdan çoxunu ölkədən kənarda keçirirəm", - səyahət məzmunlarının müəllifi Alex Outhwaite izah edir.

Alex OuthwaiteFotonun müəllifiALEX OUTHWAİTE
Image captionAdi vaxtlarda, bloqçuluqla when not blogging, Alex Outhwaite məzmun istehsalı distribütoru üçün səyahət videolarını hazırlayır

Təkcə onun YouTube kanalında reklam gəlirləri ayda təxminən £1000-dən £100 səviyyəsinə düşüb. Həmçinin uçuşlar ləğv olunduğuna görə onun pulu batıb. "Hər şey alt-üst olub,- o, əlavə edir. - Mənim əldə etdiyim qazancla və hazırda malik olduğum əmanətlə nə qədər yaşaya biləcəyimin bir həddi var."

Karen Beddow, dörd il əvvəl hüquqşünas kimi çalışdığı iş yerini tərk edərək "Mini Travellers" adlı ailəvi səyahət bloqu səhifəsi üçün işləməyə başladı. Bu ay o yalnız £350 funt qazanıb ki, bu da yanvar ayının qazancından 95 faiz aşağıdır.

"Bu, son altı ildə qurduğum kiçik bir biznesdir və mən ona çox vaxt sərf etmişəm", - o bildirir.

"Zənnimcə, insanları bu işin pərdəarxası, nə qədər zəhmət çəkilməsi - fotoşəkillərin çəkilməsi, videoların redaktə olunması, mühasibat işi, vebsaytın sazlanması, email-lərə cavab verilməsi - bütün bunlar insanları bir o qədərdə düşündürmür".

Karen BeddowFotonun müəllifiKAREN BEDDOW
Image captionKaren Beddow-nun bloquna adətən bir ay ərzində 60000 istifadəçi baxır

Lifestyle Agentliyi lüks həyat tərzi PR-ı və bloq və sosial media linkləri vasitəsi ilə partnyorluq marketinqi sahəsində ixtisaslaşır. Şirkət bildirir ki, kampaniyalardan ilk növbədə zərər çəkən influencer-lər olur.

"Reklam və marketinq xərcləri kəskin şəkildə azaldılıb və ya tamamilə kəsilib", - agentliyin rəqəmsal direktoru Khyara Ranaweera deyir.

"Bir çox şirkətlərin ilk reaksiyası təşvişə yaxın olub: onlar qapılarını bağlayıb, sosial mediada hesablarını bağlayıblar və pul xərcləməyi dayandırıblar".

"Hər şey dayanıb"

£100000 dəyərində olan dizayner əl çantalarının kolleksiyasına görə Birkin Boy adıyla tanınan Israel Cassol - tədbirlərdə iştirak etdiyinə və brendləri İnstagram səhifəsində yerləşdirdiyinə görə yüzlərlə funt sterlinq ödənişlər alıb.

İndi isə o deyir ki, dolanmaq üçün atasından borc pul almalı olur.

"Hər şey dayandırılıb, - o izah edir. - Mən adətən çantalarım və dəbdəbəli paltarlarımı görüntüləyən fotoşəkilləri paylaşıram, amma indi heç kim bunlara baxmaq istəmir - heç kim moda ilə maraqlanmır, çünki onlar heç bir yerə çıxmırlar."

Israel CassolFotonun müəllifiISRAEL CASSOL
Image captionIsrael Cassol Braziliyada böyüyüb, lakin indi Londonda yaşayır

Bunun əvəzində, İsrael indi qarderobunun təşkili, paltarların ütülənməsi və dizayner üz maskaları haqqında postlar yazır. Xatirə fotoşəkillər çəkdirmək həvəskarları arasında populyar olan Notting Hill kimi yerlərdə küçələr boşdur, sosial şəbəkələrdə isə #stayathome (#evdəqal) həştəqli postların artması müşahidə olunur.

Twitter-də sayısız-hesabsız bloqçular sosial şəbəkələrdə ianə platformalarına linklər paylaşaraq insanlardan onlara hədiyyələr almaq və ya pul göndərməyi xahiş edirlər.

İnfluencer Mandy Rose özünün Twitter səhifəsində ona müraciət edənlərə üzünü tutaraq, "indi hər hansı bir iş edə bilməyəcəyimi unutmayın", yazıb.

"Odur ki, dəstək vermək istəyənlər bilsin ki, əyləncəli məzmunun yaradılmasına sərf olunan ağır zəhmət və enerjinin müqabilində mükafatlandırılmaq xoşdur".

Pərakəndə ticarətdəki iş yerindən ödənişsiz məzuniyyətə göndərilən Tabby Warley gününün müəyyən saatlarını İnstagram-çı kimi işləməyə həsr edir. O, qarşıda gələn aylarda brend partnyorluğu vasitəsilə £5000 qazanacağına ümid edirdi, lakin biznesi geriləməyə başladı.

"Bəxtim gətirib ki, Instagram-dan əlavə gəlir əldə edə bilirəm və buradan qazandığımı ev depoziti üçün yığıram, - o deyir.- Paltar satan dükanlar bağlanıb. Mən işlədiyim dükanlardan bir neçəsi bankrot elan olunaraq idarəçiliyə verilib".

"Koronavirusdan əvvəlki dövrdə şirkətlər marketinq infulencer-lərinə pulu, demək olar ki, səpələyirdilər və bu, bir dəbə çevrilmişdi. Aydındır ki, ilk növbədə ixtisara düşən də məhz bu olub".

Tabby WarleyFotonun müəllifiTABİTHA WARLEY
Image captionTabby Warley indi "evdə qal" məzmunlu şəkillər çəkir

Amma nəzərə alınsa kı, Facebook səhifəsində fəallıq dərəcəsi 40 faiz təşkil edib, TikTok-da isə izləyicilərin sayı rekord rəqəmlərə çatıb, hədəfə alınmaq üçün kifayət qədər auditoriyanın olduğunu demək olar. Khyara-nın dediyinə görə, son bir neçə həftə ərzində Instagram-da #ad həştəqində gündəlik "layk"-ların sayı 7% artıb, dəbdəbəli həyat tərzi və rifah brendlərindən isə influencer postlarına tələbat artıb.

"Sosial mediada hər kəs diqqətlilik, fiziki hazırlıq, gözəllik və ya özünü təkmilləşdirməyə əsaslanan məzmunlardan danışır", - deyərək o, əlavə edir ki, gerçək sınaq inluencer-lər üçün evdən fərqli bir məzmun yaratmaqdır.

"Mən yaz-yay trendləri və bayram çəkilişləri ilə məşğul olmağa hazırlaşırdım, indi isə evdə qalıb işləmək qarderobu ilə məşğul olmalıyam", - Tabby deyir.

"Bu, məni daha yaradıcı olmağa məcbur edir, halbuki əvvəllər Londonun gözəl küçələrinə çıxıb fotoşəkil çəkərkən özümü çox rahat və arxayın hiss edirdim."

Lüks həyat tərzindən bəhs edən Israel kimi infuencer-lər üçün işlədiyi sahəni təhlil etmək üçün indi fürsət yaranıb. "Mən hazırda çox real olmağa çalışıram", - deyərək o, əlavə edir ki, bu il o, Hermes çantalarını almaq fikrində deyil.

"Koronavirus böhranı mənə bir dərs oldu: pulla daha ağıllı davranmaq lazımdır".

"Lüks əşyalara bu qədər pul sərf etməməliyəm. Mən köhnə paltarlarımdan da istifadə edə bilərəm, dəbli paltarla ucuzunu uyğunlaşdırıb da əynimə geyinə bilərəm".

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ