SON DƏQİQƏ

Bu il iş yerlərində hansı texniki və sosial biliklər tələb olunacaq? “LinkedIn”-in siyahısı

Tarix:13-02-2020, 00:23

Texnologiyaların durmadan yenilənməsi işəgötürənlərin işçilərdən tələblərini də dəyişir. Bunu əvvəlcədən təxmin edib yeni biliklərə yiyələnmək məşğulluq sahəsindəki şanslarınızı artıra bilər.

Çox yavaş irəliləyən sosial yeniliklərlə müqayisədə texnologiya sürətlə inkişaf edir.

İş dünyasında əlaqələr qurulmasını və informasiya mübadiləsini təmin etmək üçün yaradılmış professional sosial paylaşım platforması "Linkedln"-də bununla bağlı zəngin məlumat bazası var.

Platformanın göstəricilərinə görə, keçən il ən çox "Bulud" texnologiyası, süni intellekt və analitik mühakimə tələb olunub.

Bu biliklərə 2020-ci ildə də böyük ehtiyac olacaq, ancaq birinci yeri tələblər siyahısında əvvəllər heç olmamış blokçeyn (Blockchain - Bloklar zənciri) sistemi tutacaq.

BlokçeynFotonun müəllifiGETTY IMAGES

Blokçeyn nədir?

Blokçeyn "bloklar" adlandırılan və daim böyüyən qeydiyyat sistemidir. Bu bloklar şifrələmə (kriptoqrafiya) yoluyla təhlükəsiz hala gətirilir və bir-biriylə əlaqələndirilir.

Rəqəmsal mühasibat dəftəri kimi də izah edilə biləcək bu texnologiya on il əvvəl kriptovalyutanın yaranmasıyla ortaya çıxmışdı; bu günsə maliyyə xidmətlərindən başqa, hüquqi xidmətləri, o cümlədən, enerji, səhiyyə, kənd təsərrüfatı və pərakəndə ticarət sahələrini əhatə edən platformaya çevrilib.

2020-ci ildə ən çox bu biliklər tələb olunacaq:

1. Blokçeyn vasitəsilə idarəetmə

2. "Bulud" texnologiya sistemi (informasiyaların internetdə toplanması və idarə edilməsi)

3. Analitik mühakimə (informasiyalara uyğun qərarlar verə bilmək)

4. Süni intellekt

5. İstifadəçi təcrübələrinin dizaynı (UX design)

6. Biznesin analizi

7. Satış ortaqlığı

8. Satış - marketinq

9. Elmi hesablama

10. Video istehsalı

Şirkətlər işə götürəcəkləri şəxslərdə həm də sosial biliklərin olmasını istəyirlər.

TexnologiyaFotonun müəllifiGETTY IMAGES

"Linkedln" 2020-ci ildə ən çox tələb olunacaq sosial bilikləri belə sıralayıb:

1. Yaradıcılıq

2. İnandırmaq bacarığı

3. Birgə fəaliyyət - ortaq çalışma

4. Dəyişikliklərə uyğunlaşmaq

5. Emosional intellekt

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ