SON DƏQİQƏ

İlk ürək transplantasiyasından 50 il keçir

Tarix:1-12-2017, 22:14

1967-ci il dekabrın 3-də Cənubi Afrikadan olan cərrah Dr. Christiaan Barnard bir xəstənin qabırğa qəfəsini yararaq dayanmaqda olan ürəyini çıxarır və yerinə beyini ölmüş bir qadının sağlam ürəyini yerləşdirir. Bu əməliyyat səkkiz saat çəkir. 19 tibb peşəkarının qatıldığı əməliyyat bitincə, donor ürək yeni bədəndə döyünməyə başlayınca xəbər bütün dünyaya yayılır. Barnard bir gecədə ulduza çevrilir.

"Hər saniyənin hökmü var” kitabının müəllifi Donald McRae bu hadisənin adamları şoka saldığını yazır. McRae ilk ürək transplantasiyasından bu yana tarixçəni qələmə alıb.

Di gəl, həmin əməliyyatdan sonra heç də hər şey yaxşı getməyib.

53 yaşlı xəstə Louis Washkansky xəstələnir. Barnard xəstənin bədəninin ürəyə hücum etdiyini düşünür – bu, transplant orqanlara adi reaksiyadır. Bu səbəbdən immun sistemini bağlamaqdan ötrü kəskin dərman yazır. Demə, həkim yanılıbmış. Washkansky-nin pnevmoniyaya tutulduğu üzə çıxır. Ona immuniteti zəiflədən dərman verildiyindən, bədəni infeksiyayla mübarizə apara bilmir. Washkansky əməliyyatdan 18 gün sonra dünyasını dəyişir.

O vaxtdan ürək köçürülməsi uzun bir yol gəlib.

Hər il 3 min 500 ürəkköçürmə əməliyyatı aparılır ki, onlardan 2 mini Birləşmiş Ştatların payına düşür.

Xəstələrdən 88 faizi əməliyyatdan sonra bir il, 75 faizi 5 il, 56 faizi isə 10 il yaşayır. Bunu BMT-nin Milli Ürək, Ağ ciyər və Qan İnstitutu bildirir.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ