SON DƏQİQƏ

Kimlər işini itirəcək

Tarix:1-12-2017, 22:12

2030-cu ilədək bütün dünyada 800 milyon nəfər işini itirəcək, çünki bu işlər avtomatlaşdırılacaq. Bu barədə McKinsey Global Institute konsultasiya mərkəzi hesabat yayıb.

Araşdırma 46 ölkə və 800 iş yeri üzrə aparılıb. Qurum qlobal iş qüvvəsinin beşdə birinin robotlaşdırmanın təsirinə məruz qalacağını bildirir.

Hesabatda qeyd olunur ki, maşın operatorları və ərzaq işçiləri bu tendensiyadan daha çox ziyan çəkəcəklər. Avtomatlaşdırmaya qoymağa çox pulu olmayan yoxsul ölkələr isə daha az təsirə məruz qalacaqlar.

Müəlliflərə görə, Hindistanda iş yerlərinin yalnız 9 faizi yeni texnologiyayla əvəzlənəcək. İpoteka brokerləri, vəkil köməkçiləri, müsahiblərin avtomatlaşdırmadan daha çoxziyan görəcəyi vurğulanır.

İnsanlarla ünsiyyət tələb edən iş yerlərini – həkimləri, vəkilləri, müəllimləri, barmenləri isə robotlarla əvəzləmək qəliz məsələdir. Aşağı maaşlı peşələr – bağbanlar, santexniklər, dayələr də avtomatlaşdırmadan elə bir ziyan görməyəcəklər.

McKinsey bildirir ki, inkişaf etmiş ölkələrdə universitet təhsilinə ehtiyac artacaq, çünki az təhsil tələb edən iş yerləri azalmaqdadır.

Təkcə ABŞ-da 2030-cu ilədək 39-73 milyon iş yeri ixtisara düşə bilər. Ancaq bu işdən çıxarılanların 20 milyonu asanlıqla digər sənayelərə transfer oluna bilər.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ