SON DƏQİQƏ

“iOS 13”: “Apple”-nin əməliyyat sistemində nələr yeniləndi?

Tarix:25-09-2019, 16:48

"Apple" istehsal etdiyi ağıllı telefon və planşetlərdəki əməliyyat sistemini (iOS) bu həftə yeniləyib. Yeni versiya 19 sentyabrdan istifadəyə açıqdır.

Cümə axşamı günündən etibarən iOS cihazların proqram yeniləmə bölümlərinə yüklənib.

"iOS 13" "Apple" şirkətinin əməliyyat sisteminə son illərdəki ən böyük dəyişiklərindən biridir.

İstifadəçilərə aid lokasiya məlumatlarının proqramlar tərəfindən aşkar edilməsini məhdudlaşdıran yeni təhlükəsizlik parametrləri, yeni fototənzimləmə vasitələri və interfeysi qaraldan "Dark Mode" rejimi təqdim olunan dəyişikliklər arasındadır.

"Dark Mode"

İnterfeysi qaraldan "Dark Mode" istifadəçilərin diqqətini çəkəcək ən böyük dəyişiklərdən biridir.

Bu rejim "Apple"-nin bütün proqramları tərəfindən dəstəklənir.

İstifadəçilər telefonun interfeysini qaraldan "Dark Mode"-dən həm fasiləsiz olaraq, həm də müəyyən saatlarda tətbiqi tənzimləyərək istifadə edə biləcəklər.

iOS13Fotonun müəllifiAPPLE.COM

Fotolar

Ən çox gözə çarpan dəyişiklik "Dark Made" hesab olunsa da, yeni versiyanın ən funksional xüsusiyyəti foto proqramındakı yenilikdir.

Əvvəla, proqramın dizaynı sadələşdirilib.

İndi fotolar başqa cür nizamlanıb, istifadəçilərə şəkilləri gün, ay, il və məkan üzrə görmək imkanı yaradılıb.

Proqram hansısa günə aid olan və ya "ən yaxşı" fotoları seçib bir arada göstərir.

Bundan başqa, fotoredaktə alətləri də çoxaldılıb və sadələşdirilib.

"iOS 13"-dəki fotoreadəktə vasitələri "İnstaqram" şəbəkəsinin proqramındakılara bənzər hala gəlib.

iOS 13Fotonun müəllifiAPPLE.COM

"Apple" xəritələri

"Apple"-nin xəritə proqramı da dəyişdirilib.

Ən əhəmiyyətli dəyişiklik "Google"-da olan "street view" xüsusiyyətinin tətbiqidir.

Artıq "Apple"-nin öz xəritələrindən istifadə edənlər də küçələrdən çəkilmiş şəkilləri görə biləcəklər.

Digər yeniliklər bunlardır:

  • icazəylə bağlı yeni nizamlamalar istifadəçilərin proqramlar tərəfindən lokasiya təqibini çətinləşdirib;
  • səs indikatoru artıq ekranın tam ortasında deyil: kiçildilib və ekranın yuxarı küncünə çəkilib;
  • əlavə olunan qısayol proqramına ən çox işlədilən proqramlar daxil edilərək sürətli əlçatanlıq təmin edilib;
  • sağlamlıq proqramı dəyişdirilib, qadınların reql dönəmlərini izləmək kimi bəzi yeniliklər əlavə edilib.

Bu yenilikləri sentyabrın 24-dən etibarən yükləmək mümkün olacaq. Səhvlərin aradan qaldırılması ilə yanaşı, bir sıra avtomatik "Siri" qısayolları, "Apple" xəritələri üzrə çatma vaxtından ortaq istifadə, şirkət telefonlarında korporativ və şəxsi məlumatların analizi kiki yeni funksiyalar əlavə edilib.

Payızın sonunda tətbiq ediləcək növbəti yeniləmədə isə Bulud üzərindən sənəd paylaşımı və Apple Home sisteminə qoşulmağı asanlaşdıran proqramlar olacaq.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ