SON DƏQİQƏ

“Medianın təbiətini bilən adamların belə tələb irəli sürməsi gülüncdür”

Tarix:8-11-2017, 01:55

Arif Əliyev: "Mediadan peşəkarlıq tələb etmək olar, lakin onun təbiətini də qəbul etmək lazımdır
Son vaxtlar Azərbaycan mediasında zorakılıq, kriminal xarakterli xəbərlərin üstünlük təşkil etdiyi, bu cür informasiyaların isə cəmiyyətdə ictimai psixoz yaratdığı ilə bağlı fikirlər səslənməkdədir. 
Maraqlıdır, doğrudanmı media bu narahatlığı nəzərə alıb özündə zorakılıq ehtiva edən informasiyalardan imtina etməlidir? Yoxsa cəmiyyətdə baş verən hər bir hadisə kimi bu cür olayların da işıqlandırılması medianın vəzifəsidir?

 "Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, media eksperti Arif Əliyev mediadan bu cür xəbərlərdən imtina etməyi gözləməyin əsassız olduğunu vurğuladı:

"Adi bir vətəndaş kimi mənim özüm də istərdim ki, media belə informasiyalardan bir qədər imtina etsin, pozitiv informasiyalar versin. Amma medianın təbiətini bilən adamların belə tələb irəli sürməsi gülüncdür. Mən bu gün "CNN”-ə də baxmışam, "Euronews”-a da baxmışam. "Fox” xəbərlərinə də baxmışam. Hamısının sərlövhələrinin və tərkibinin 70-80%-i bu kimi xəbərlərdən ibarətdir. "Birmada qırğındır, "Avstraliyada maşın məktəbliləri öldürüb, "Texasda güllələnmə olub” və s. Bu, medianın təbiətidir. Medianın fəaliyyətinin 70-80%-i insanın qorxu hissinin bəzən istismarından, bəzən də ona təsirindən ibarətdir. Medianın təbiəti belədir. Yalnız totalitar rejimlərdə media özünü fərqli aparır, hakimiyyətin sifarişi ilə verilişlərin təbiətinə düzəlişlər edir. 
Bu başqa məsələ ki, bu həqiqəti birdəfəlik qəbul etməklə, mediadan peşəkarlıq tələb etmək lazımdır. Tələb etmək lazımdır ki, media fəlakətlər, kriminal hadisələr və s. haqqında məlumat verərəkən müəyyən çərçivələrdən kənara çıxmasın”.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ