SON DƏQİQƏ

Facebook İranla əlaqəli yüzlərlə saxta hesabı bağladığını bildirir

Tarix:1-02-2019, 11:43

Facebook bildirir ki, İrandan istiqamətləndirilən və 20-dək ölkədə manipulyasiya əməliyyatları məqsədi güdən az qala 800-dək "koordinasiya edilmiş saxta” səhifəni, qrupları və hesabları ləğv edib.

Dünyanın ən böyük sosial şəbəkəsi yanvarın 31-də bəyan edib ki, Twitter-lə yaxın koordinasiyada "ziyanlı görünən indikatorlara” malik hesabları aşkara çıxarıb.

Facebook bildirir ki, ümumilikdə 783 səhifə xaricdə İran maraqlarını təşviq etmək məqsədi güdürdü. Facebook-un kibertəhlükəsizlik siyasəti üzrə başçısı Nathaniel Gleicher deyib ki, bu məqsədlə guya həmin xarici ölkələrin sakinləri tərəfindən saxta hesablar açılmışdı.

Gleicher qeyd edib ki, şirkət səhifələri, qrupları və hesabları orada dərc edilən materialların "məzmununa yox, davranışına” görə hədəfləyib:

"Bu halda bu sayaq fəaliyyətlərin arxasında olan adamlar özlərini başqaları kimi təqdim etmək üçün saxta hesablar açır və fəaliyyətlərini bir-birilə əlaqələndirirdilər”.

Facebook bu yaxınlarda apardığı belə təftişlər zamanı Myanma, Banqladeş və Rusiyaya bağlı çox sayda saxta hesablar aşkara çıxarıb.

Sosial şəbəkə saxta hesabların hədəflənməsi ilə, həm də Rusiyanın 2016-cı ildə ABŞ seçkisinə Facebook vasitəsilə müdaxiləsindən nəticə çıxardığını göstərməyə çalışır.

Facebook bildirib ki, silinən hesablardan ən azı biri 2 milyon hesab tərəfindən izlənirdi. Instagram-da aşkara çıxarılmış bir hesabın isə 254 min izləyicisi vardı.

Facebook qeyd edib ki, sözü gedən hesabların əməliyyatçıları "özlərini yerli sakin kimi təqdim edir, bu zaman saxta hesablardan faydalanır və hazırda baş verən hadisələr barədə saxta xəbər yayırdılar.

Bunlardan bir çoxu Suriya və Yəmən münaqişələri və İsrail-Fələstin münasibətlərinə dair İran dövlət mediasına əsaslanan şərhlər idi.

Facebook bildirib ki, saxta hesablar Əfqanıstan, Albaniya, Əlcəzair, Bəhreyn, Misir, Fransa, Almaniya, Hindistan, İndoneziya, İran, İraq, İsrail, Liviya, Meksika, Mərakeş, Pakistan, Qatar, Səudiyyə Ərəbsitanı, Serbiya, Cənubi Afrika, İspaniya, Sudan, Suriya, Tunis, ABŞ və Yəməndə aparılan nüfuz kampaniyalarına daxil idi.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ