SON DƏQİQƏ

Səsiniz barədə maraqlı 7 fakt

Tarix:18-10-2018, 23:02

Hər kəs unikal səsilə doğulur. Necə biri olmağınızın fərqi yoxdur - çərənçi, müğənni, əla oğlan - səsiniz təkrarsızdır. Bəs hər insanın malik olduğu bu ecazkar alət barədə nə bilirsiniz?


1. Sizin anadangəlmə aksentiniz var

Qız uşağıFotonun müəllifiGETTY IMAGES
Image captionCavabdeh mənim valideyinlərimdir!

Körpələr valideyinlərinin ləhcəsini hələ ana bətnində olarkən mənimsəməyə başlayırlar.

Tədqiqatçılar Fransa və Almaniyada yeni doğulan körpələri müşahidə edərək müəyyən ediblər ki, körpələrin ağlaması səsi onların ana dilinin vəznini təkrarlayır.

"Tüklü bədən. Hər kəsin bədənində tük var" - burada qəribə olan nədir?

Araşdırmaçılar təyin ediblər ki, bu xüsusiyyət əsasında körpələri onların ağlama səsinə uyğun olaraq ölkələrinə müvafiq ayırmaq mümkündür.

2. Boğazınızdakı səs aparatının içərisində nə baş verir?

Boğazda səs yaradan hissəFotonun müəllifiGETTY IMAGES
Image captionXirtdəyin quruluşunu göstərən qravüra

Sizin səsinizin əmələ gəlmə prosesi döş qəfəsinizdən başlayır - nəfəs aldığınız havanı boğazınızdakı səs aparatına göndərdiyiniz zamandan.

Səs tellərindən hava axını keçəndə həmin tellər titrəməyə başlayır, nəticədə, cingiltili bir səs yaranır.

Bundan sonra çənə, dil və damağınızın yumşaq hissəsi hərəkətə gəlməklə səsiniz formalaşır.

3. Niyə səsiniz qalınlaşır?

İki qızFotonun müəllifiGETTY IMAGES
Image captionYeniyetmə yaşlarında olan qardaşınız oxumağa başlayanda...

Oğlanlarda yeniyetmə yaşlarında səs yoğunlaşır - çünki kişilərdə boğazın səs şöbəsi həmin dövrdə aşağı enir, boğazlarında xirtdək əmələ gəlir.

Səs şöbəsilə ağız arasında məsafə uzanır, nəticədə, kişilərin səsi daha yoğun çıxır.

Qadınlarda da oxşar proses amma daha zəif şəkildə, menopauza dövründə olur, nəticədə. onların səsi bir qədər yoğunlaşır.

4. Səsinizi xoşladığınız adamların səsinə oxşatmağ çalışırsınız

Gənc qadın və gənc kişiFotonun müəllifiGETTY IMAGES
Image captionKişi səsini xoşuna gələn qadının səsinə bənzətməyə çalışır.

Kimisə çox istəyirsinizsə, səsinizi də həmin adamın səsinə uyğun dəyişdirirsiniz.

Odur ki, kişinin xoşuna bir qadın gəlirsə, onunla söhbətləşəndə kişi öz səsini qadının səsinə uyğunlaşdırmağa, naziltməyə çalışır.

5. Səsiniz yellənməyə başlayır

And dağlarında yaşayan yaşlı qadınFotonun müəllifiGETTY IMAGES
Image captionİnsan yaşa dolduqca, səsi də dəyişir.

İnsan yaşa dolduqca, onun əzələləri, səs telləri boşalır, nəticədə, yaşlı insan danışanda səs aparatından hava kənara sızır və danışıq səsinə nəfəs səsi də qarışır.

Eyni zamanda uzun cümlələrlə də danışmaq mümkün olmur, çünki, nəfəs çatmır .

Yaşlaşanda əzələlər boşaldığından, səsiniz yenidən nazilə bilər.

6. Səsiniz uzun zaman gənc qalır

Gənc oğlanFotonun müəllifiGETTY IMAGES
Image captionCavan görünmək istəyirsiniz? Narahat olmayın, səsiniz, göründüyünüzdən daha cavan səslənəcək.

Yaxşı xəbər odur ki, sizin səsiniz bədəninizdən daha yavaş sürətlə yaşlaşır.

Əgər siz kiminsə yaşını yalnız onun səsilə müəyyən etmək istəyirsinizsə, halların çoxunda siz səsini dinlədiyiniz adama olduğundan daha az yaş verəcəksiniz.

7. Səsinizin gümrah çıxmasını necə təmin etməli?

Saqqallı kişiFotonun müəllifiGETTY IMAGES
Image captionNəğmə oxumaq duş qəbul etməyəndə də mümkündür.

Yaşa dolduqca bədəniniz kimi, səsinizin də tellərini sağlam saxlamaq üçün vaxtaşırı məşq etdirməlisiniz.

Səs tellərinizi məşq etdirmək, dartışdırmaq üçün mahnılar oxumağa cəhd edin.

Daha bir variant xora yazılmaq ola bilər - həm səsiniz qaydasında olacaq, həm də əylənəcəksiz, insanlarla ünsiyyətdə olacaqsınız.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ