SON DƏQİQƏ

“Onu bütün qafqazlılar gerçəkdən sevirdi…”

Tarix:15-08-2018, 11:49

Şimali Qafqazda  "Lade Priore”  avtomobilinə  abidənin qoyulması üçün  fond  yaradılması barədə elan verməyə hazırlaşırlar. 
Bu haqda xəbəri Rusiyanın "NTV” kanalı yayıb.  "AvtoVAZ”-ın həmin markalı avtomobil modelinin istehsaldan çıxarılması barədəki qərarı yerli avtombilsevərləri dərin depressiyaya qərq edib. Xəbərin başlığındakı "Onu bütün qafqazlılar gerçəkdən sevirdi...”  cümləsi də hansısa qadına yox, məhz sözügedən avtomobil modelinə aiddir...
Şimali Qafqazda "Priora” nın uğurunun sirri olduqca sadədir. Uyğun qiymətlər, bahalı olmayan ehtiyat hissələri, ucuz təmir və ən əsası,  avtomobilin dizaynına müstəqil dəyişikliklər etmək imkanı...  Qafqazda yayılmış  "Dağlar nə qədər ucadırsa,  "Priora” o qədər aşağıdır” ifadəsi də sadəcə, dəb xatirinə işlənmir... 

Sürücü Murad Rəcəbov deyir: "Şəhər boyu gedirsən, maşını "buraxmısan” –hamı sənə heyranlıqla baxır...  Bu- əladır”...
Düzdü, bəziləri "Priora” nı bəyənmir, hətta bu modelə nifrət edir. Ancaq bütövlükdə Şimali Qafqazda "Lada Priora” brenddir. Və onun istehsalının dayandırılması əksəriyyəti gerçəkdən məyus edib. Hazırda "Priora” həvəskarları sosila şəbəkələrdə yazışır və sevimli avtomobil modelinə abidə qoyulması üçün vəsait toplamağa hazırlaşırlar... 
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ