SON DƏQİQƏ

Pişiklər niyə mırıldayır?

Tarix:4-08-2018, 13:28

Pişiklər qıdıqlananda və ya oxşananda mırıldayırlar, bunun açıqlaması isə düşündüyümüzdən daha mürəkkəb imiş.

Bizə elə gəlir ki, pişik mırıltısını başa düşürük.

Bunu qıdıqlanan və ya oxşanan bir pişiyin həzdən doğan səsi kimi tanıyırıq.

Amma əslində belə deyil. Mırıltı əsnasında gözlədiyimizdən daha çox şey baş verir.

"Necə" sualı müzakirə mövzusuna çevriləli uzun zaman olub. Bəziləri düşünürdü ki, bu, oksigendən təmizlənmiş qanın daxili damara axmasına bağlıdır.

Amma aparılan araşdırmalar, bu səsin pişiyin qırtlağındakı əzələlərdə yarandığını göstərib. Onlar hərəkət etdikcə genişlənir və qlottisi - qırtlağın səs tellərini əhatə edən hissəsi - sıxırlar və pişik nəfəs alıb verdikcə hava titrəyir. Nəticəsi? Mırıltı.

Elm prosesdən əmin olsa da, bu reaksiyaya nəyin səbəb olduğunu bilmir. Ən böyük ehtimal, pişiyin beyninin dərinliyindəki sinir osilatoru ilə bağlıdır.

Bəs pişiklər yalnız sinir osilatoru hərəkətə gətirilən zamanmı xoşbəxt olurlar?

Bəzən. Yalnız və yalnız bəzən.

Marjan Debevere deyir ki, heç vaxt eyni anda xoruldayan iki pişik görməyibFotonun müəllifiMARJAN DEBEVERE
Image captionMarjan Debevere deyir ki, heç vaxt eyni anda mırıldayan iki pişik görməyib

Marjan Debevere Londonda yaşayan pişik sığınacağı fotoqrafıdır və hazırda pişik psixologiyası üzrə təhsil alır. O həm də dörd pişik sahibəsidir - Clive, Hula, Luigi və Archie - və Instagramda 33 mindən çox izləyicisi var.

Mırıltını bir qədər müəmmalı göstərən şey, onu "pişiklərin qıdıqlanmaq istədikləri yerdən qıdıqlayarkən" eşitməyimizdir, Debevere deyir. Amma onlar biz görməyəndə də mırıldayırlar və mırıltının həddi pişikdən-pişiyə dəyişir.

"Pişiklər bir-birlərindən çox fərqlənirlər, bəziləri heç vaxt mırıldamadığı halda, bəziləri dayanmadan mırıldayır," o deyir.

O, öz pişiklərini nümunə gətirir: bir nəfərin arxasınca düşüb ofisə girən və sığınacağa götürülən küçə pişiyi Luigi və "qonşudan köçüb" ailənin bir hissəsinə çevrilən Archie. Luigi az mırıldayır, Archie isə çox.

"İndiyə qədər sığınacaqlarda 3000-dən çox pişiyin fotosunu çəkmişəm və hələ bənzəyən iki pişik görməmişəm," Debevere söyləyir.

"Ölərkən və yatmaq üçün yerinə qoyulan zaman mırıldayan çox sayda pişik görmüşəm. Veterinarlar 'Pişiklər ölənə qədər mırıldayır' deyə bilərlər və insanlar da onların xoşbəxt olarkən mırıldadıqlarını zənn edərlər. Bu isə heç də belə deyil."

Pişik davranışı və rabitəsi ilə bağlı araşdırmalar itlərinkindən qat-qat azdır. Amma son illərdə mırıltı üzrə tədqiqatların sayı artıb.

"Biz bunu hələ indi anlamağa başlayırıq və cavabsız suallar daha çoxdur," veterinar və San Diego Humanizm Cəmiyyətinin baş icraçı direktoru Gary Weitzman deyir.

"Ümumi olaraq mırıltı pişiyin məmnuniyyətini əks etdirsə də, həyəcan, qorxu və stressin də göstəricisi ola bilər. Xoşbəxtlikdən isə bu, adətən razılığı təcəssüm etdirir.

"Uzun onilliklər boyunca mırıltının əlaqə forması fikri hakim olub. 2000-ci illərin əvvəllərinə biz, mırıltının rabitə ilə yanaşı başqa məqsədlərə xidmət etməsi ilə bağlı fərziyyələr irəli sürdük.

Elizabeth von Muggenthaler, Karen Overall və başqaları mırıltının səbəbi ilə bağlı daha aydın təsəvvür formalaşdıra biliblər. Çox güman ki, mırıltının rabitə, sakitləşdirmə və müalicəvi xüsusiyyətləri var," Weitzman deyir.

Pişiklər adətən öz-özünə mırıldayırlar. Bunun sümük və toxuma inkişafına yaxşı təsir etdiyi düşünülürFotonun müəllifiMURAT CEVEN / ALAMY STOCK PHOTO
Image captionPişiklər adətən öz-özünə mırıldayırlar. Bunun sümük və toxuma inkişafına yaxşı təsir etdiyi düşünülür

Pişiklər bir neçə günlük ikən mırıldamağa başlayırlar və bu, qidalanmaq vaxtı anaya balaları tapmaqda kömək olur. Bəzi yetkin pişiklər balalarını yemləyərkən mırıldayırlar və ya sahibini yemək vaxtı olduğuna inandırmaq üçün qabaqcadan mırıldamağa başlayırlar.

Bəzi pişiklər ehtiyatla yeni mühiti kəşf edərkən ucadan mırıldayırlar (mənim pişiyim qarderobun içinə girəndə ucadan mırıldayır). Pişiklər həm də diksindikdən və ya itdən qaçmaq kimi stressli anlardan sonra da mırıldayırlar.

Mırıltı haqqında elmi araşdrımalar davam etdikcə müəmma daha da böyüyür sanki.

"Tədqiqatçılar 'adi mırıltı' və 'sahiblərindən yemək istəyərkən yaranan mırıltını' qeydə alıblar," yazıçı və pişik davranışı üzrə mütəxəssis Celia Haddon deyir.

"Hətta pişik sahibi olmayanlar da iki mırıltı arasındakı fərqi görə bilərlər. Adi mırıltının içində miyovultuya bənzər yüksək səsli ağlamaq hiss olunur.

"Bu səs tək qalan pişik balası və ya insan çağasının ağlamağına oxşayır. Biz insan olaraq körpə ağlamağına qarşı həssas olduğumuza görə, mırıltının içindəki ağlamaq səsinə də reaksiya veririk."

Birləşmiş Krallıqda yerləşən heyvan xeyriyyə təşkilatı RSPCA-in elmi işçisi Sam Watson söyləyir ki, vəhşi təbiətdə bir-birinə mırıldayan pişiklər haqqında çox az məlumat mövcuddur.

"Onlar 'Bunu istəyirəm', 'Gəl paylaşaq' kimi fərqli mırıltı səsi çıxarırlar. Biziə məlum olmayan o qədər çox şey var ki.

"Pişiklərin rabitəsi diqqətdən yayınan bir mövzu olub və indikindən də daha çox diqqət və araşdırmaya layiqdir."

Bir fərziyyə də mırıltının güclü müalicəvi xüsusiyyətə malik olması ilə bağlıdır. Düşünülür ki, mırıltını yaradan titrəyişlər fiziki olaraq yenilənmə bəxş edir. Bir növ pişiyin stressdən sonra, özünü "müalicəsi" kimi.

Bu titrəyişlərin tezliyinin - 20H ilə 150Hz arasında dəyişə bilir - sümük inkişafına təsir etdiyi zənn edilir. Yəni, təzyiqə cavab olaraq sümüklər möhkəmlənir. Digər tezliklər isə toxumaya eyni təsiri bağışlaya bilər.

"25-100Hz tezlik arası mırıltılar, insanlar üçün istifadə olunan terapevtik müalicələrin tezliyi ilə üst-üstə düşür," Weitzman deyir.

"Tədqiqatçılara əsasən, sümük 25-50Hz və dəri və yumşaq toxuma təxminən 100Hz-lik tezliklərə reaksiya verir."

Pişiklər adətən bir-birlərini yalayarkən mırıldayırlarFotonun müəllifiMARJAN DEBEVERE
Image captionPişiklər adətən bir-birlərini yalayarkən mırıldayırlar

Buna görə də pişiklərin yuxuya dalarkən mırıltısını eşidirik. Əslində isə bu, bir növ özünü-təmirdir. Pişiklər normal davranışlarına - günün böyük hissəsini istirahət edərək keçirmək - bəlkə də əlavə zədə/yaradan qurtulmaq üçün uyğunlaşıblar.

Mırıltı isə istirahət əsnasında az enerji sərf edərək sümük və toxumaları yaxşı vəziyyətdə saxlamağın bir yolu kimi yaranıb, bəlkə də.

Mırıltı təkcə pişiklərə fayda verən bir şey olmaya da bilər. Pişik sığallamaq adətən stres azaldan bir üsul kimi qəbul olunur.

Pişiyə sahib olmaq ürək tutması və ya ürək xəstəlikləri riskini üçdə birə qədər azalda bilər. Sığallanan zaman yaranan mırıltının tezliyinin də bizə xeyri ola bilər.

"Məncə, mırıltının insanlara böyük faydası var," Weitzman deyir.

"Fizioloji faydaları bir yana qalsın, biz həmişə mırıltının psixoloji təsirlərinə reaksiya veririk. Bu, sahildə dalğaları izləmək qədər bizi sakitləşdirir və məmnunluq yaradır. Biz pişiyin mırıltısını sakitləşdirici vasitə kimi qəbul edirik və hətta ola bilsin ki, genetik olaraq da daha çox mırıldayan pişikləri seçirik."

Haddon da Weitzman-ın fikri ilə razıdır.

"Üzümüzə baxaraq ayağımıza sürtünüb, yemək şkafı və ya soyuducuya tərəf can atan pişiyin yüksək səsli mırıltısını ac olmaq kimi eşidirik."

"Səhərlər insanın üzünü oxşayan və ya toxunan pişikdən gələn mırıltı səsi səhər yeməyi yemək istəyindən doğur. Əksəriyyətimiz özümüzdən öncə pişiklərimizi yemləyirik. Bu isə rabitənin nə qədər effektiv olduğunu göstərir."

Pişiyin mırıltısının mənasını anlamaq üçün onun bədən dilini öyrənməyə dəyər. Ünsiyyət havasında olan dostcanlı bir pişiyin yellənən quyruğu və ya döyüşə hazır bir pişiyin bərəlmiş gözləri və arxaya əyilən bığları.

Pişiyi bu qədər yaxşı tanımaq sahibi ilə arasındakı əlaqəni inkişaf etdirər.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ