SON DƏQİQƏ

Kosmosdan yerə sirli siqnalları kim göndərir? - Beş versiya

Tarix:11-01-2019, 14:04

Alimlər uzaq qalaktikalardan gələn qeyri-adi radiosiqnallar qeydə alıblar.

Bu sürətli radio partlamalar kimi məlum olan siqnallar Yerdəki radioteleskoplara çataraq saniyənin mində birində parlayır və yoxa çıxırlar.

Son 10 ildə onlarla belə impuls qeydə alınıb. Lakin bu dəfəki siqnallar hər zamankından bir qədər fərqli olub - onlar təkrarlanıblar.

Alimlər bu siqnalların hardan gəldiyini bilməsələr də, müxtəlif versiyalar irəli sürürlər.

Image captionRəssamın təsəvvüründə neytron ulduzu kimi görünməlidir.

Neytron ulduzu

Ulduzlarda partlayış baş verən zaman onlar sürətlə neytron ulduza çevrilə bilir. Astronomlar hesab edirlər ki, həmin ulduzlardan güclü maqnit sahəsində yerləşənləri belə qəribə siqnallar yaya bilər.

"Ümumiyyətlə, neytron ulduz variantı izahatı pis səslənmir", Vankuverdən olan Kanadalı astrofizik İngrid Steyrz deyir.

Lakin biz hələ də belə yüksək radiodalğaların yaranmasına səbəb olan fiziki proseslərin təbiətini öyrənə bilməmişik", o izah edir.

İki ulduzun birləşməsi

Bu məsələnin daha bir izahatı isə iki neytron ulduzunun toqquşmasıdır.

Monrealdan olan astronom Shriharsh Tendulkarın sözlərinə görə, bu versiya yalnız təkrarlanmayan siqnallar üçün keçərlidir, çünki toqquşma zamanı ulduzlar parçalanır.

"Belə bir hadisələr bir dəfəlik fəlakətlərdir, buna görə də bu nəzəriyyə təkrarlanan radiosiqnalları izah edə bilməz" o deyir.

Son on ildə teleskoplarla qeydə alınan radio partlamaların çoxu məhz bir dəfəlikdir.

Lakin iki eyni siqnal təkrar-təkrar qeydə alınırsa, bunun başqa bir izahı olmalıdır.

Blister

Bəzən neytron ulduzu öz ağırlığını dəstəkləmədiyi üçün fırlanaraq sıxışır və qara dəliyə çevrilir.

Bu vəziyyət də ulduzun məhvinə gətirib çıxarır, beləliklə həmin proses zamanı da təkrar siqnal qeydə alına bilməz.

Image captionQara dəlik isə təxminən belə görünməlidir.

Qara dəlik

Bizim qara dəliklər haqqında məlumatımız o qədər azdır ki, onlar bir anda bir neçə izahat əmələ gətirir.

Daha bir versiya odur ki, bu radiosiqnalları qara dəliyə düşən neytron ulduzları yayır, yaxud da ki, ölçüsü balacalaşan qara dəliyin özü. Qara dəliklə toqquşan qaranlıq materiya da bu siqnalları yarada bilər.

Bəlkə yadplanetlilər?

Bir çoxları əmindir ki, radiosiqnallar təbii mənşəlidir. Bəziləri isə düşünür ki, onlar Yerdən kənardakı həyatın sübutu ola bilər.

Professor Streyz hesab edir ki, bu izahatdakı reallıq payı azdır.

Image captionRadiosiqnalları bu teleskoplar qeydə alır.

"Siqnallar çox müxtəlif yerlərdən - məsafədən və ya birbaşa gəlir. Onlar dəqiq, müxtəlif qalaktikalarda baş verir", o vurğulayır.

"Bu cür çox sayda fərqli yad sivilizasiyanın mövcud olduğu və onların hamısının eyni vaxtda, eyni şəkildə siqnalın yayılmasına qərar verməsi inanılmazdır. Belə bir təsadüf ehtimalı sıfıra bərabərdir", astrofizik bildirir.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ