SON DƏQİQƏ

AZƏRBAYCANDA NADİR HADİSƏ: 500 MİN QIZ UŞAĞINDAN BİRİ...

Tarix:26-10-2017, 11:30





Azərbaycanda çətin cərrahi əməliyyat həyata keçirilib. Belə ki, sidik kisəsi çöldə doğulmuş ay yarımlıq körpə uğurla əməliyyat olunub.

 
Əməliyyatı icra edən Mərkəzi Klinik Xəstəxananın uşaq cərrahı Fuad Hüseynov Ailem.az-a bildirib ki, bu, olduqca nadir, yəni 500 min qız uşağından birində rastlanan haldır: 

"Bizim balaca körpə qızımız da sidik kisəsi çöldə doğulub. Bizə müraciət etdiyində artıq 1 ay yarımlıq idi. Daha öncə ailənin müraciət etdiyi bütün xəstəxanalarda əməliyyat üçün hələ tez olduğunu deyiblər. Halbuki doğulandan dərhal sonra edilsəydi, daha yüngül əməliyyat olunacaqdı”.

 
 
F.Hüseynovun sözlərinə görə, apardıqları müayinələr nəticəsində məlum olub ki, körpənin sidik kisəsi, sidik axarları çöldədir, sidik kanalı yoxdur, uşaqlıq yolu tamamilə bağlıdır: "Körpəyə sidik kisəsi ekstrofiyası diaqnozu qoyularaq, cərrahi əməliyyat planlaşdırıldı. 

Əməliyyatdan öncə çəkilən rentgendə qasıq sümükləri arasındakı məsafə böyük olduğu üçün uzman travmatoloq Fərhad Verdiyev tərəfindən arxadan bud sümükləri kəsildi ki, qasıq sümüklərini yaxınlaşdıra bilək. Çəkisi 3 kilo olan körpə üzərində uşaq cərrahiyyəsinin ən çətin əməliyyatlarından olan sidik kisəsi ekstrofiyasının təmiri əməliyyatını uğurla icra etdik. 

Yəni sidik kisəsi ətraf toxumalardan sərbəstləşdirilərək, normal yerinə yerləşdirildi. Ardından qasıq sümükləri yaxınlaşdırıldı, sidik kanalı və uşaqlıq yolu bərpa edildi. Uşağın vəziyyəti hal-hazırda yaxşıdır, inşallah kateterlər çıxarıldıqdan və yara sağaldıqdan sonra uşaq evə yola salınacaq”.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ