SON DƏQİQƏ

"Tüklü bədən. Hər kəsin bədənində tük var" - burada qəribə olan nədir?

Tarix:9-07-2018, 14:51

"Tüklü bədən. Hər kəsin bədənində tük var".

Bu sadə sözlər ABŞ və ondan kənarda geniş müzakirələrə səbəb olub. Yeni ülgüc reklamında qadınların öz bədənlərindəki tükləri təraş etdiyi nümayiş etdirilir.

Bunun nəyi qəribədir ki? Lakin bir şeyi unudursunuz - adətən qadınların ülgüc reklamlarında artıq təraş edilmiş və hamar ayaqlar göstərilir.

Ülgüc reklamı olan Billie bildirir ki, onlar tüklü qadınları nümayiş etdirən ilk şirkətdir və reklam artıq sosial mediada geniş yayılıb.

Presentational white space

"Bu çox gözəldir"

Sosial mediada qadınlar tüklü ayaqların, qolaltının və qarının nümayiş etdirildiyi reklamı alqışlayıblar.

"BU ÇOX GÖZƏLDİR", İnstagram istifadəçisi @bigparadethroughtown yazıb. "Mən ülgücü sevmirəm, ancaq bu reklam adamı məst edir", @hanguk0 razılaşıb.

"Şirkətlər qadınların bədənindəki tükü nümayiş etdirməməklə sanki insanı bədənindən utandırırlar", Billie-nin həmtəsisçisi Georgina Gooley Glamour jurnalında bildirib.

"Onlar iddia edirlər ki, siz bədəninizdəki tükə görə utanmalısınız".

Şirkət həmçinin bədənlərində təbii tük olan qadın görüntülərini normallaşdırmaq üçün onlayn kampaniyaya başlayıb.

A close-up shot of a young woman with a monobrow (hair between the eyebrows which gives the impression of a single unbroken brow)Fotonun müəllifiBİLLİE ON UNSPLASH
Image captionReklamı bəyənənlər bildiriblər ki, bu kampaniya onları bədənləri ilə bağlı pozitiv olmalarına səbəb olub

Bu qədər dəstəklə yanaşı, bəziləri ülgüc şirkətinin bədəndəki tüklə bağlı tabunu qırmağa çalışmasını anlamadıqlarını bildiriblər.

"Doğrudur, mən də hamı kimi hamar ayaqlarımın olmasını istəyirəm. Lakin 11 yaşımda bədənimdəki tükün çox pis olduğunu mənə inandırmasaydılar, heç təraş etməyə də başlamazdım", Slate saytına yazan Rachelle Hampton bildirib.

Ülgüc satan bir şirkətin tüklü bədənin normal olduğunu deməsi nə qədər normaldır?

Billie bu suala belə cavab verib: "Əgər nə vaxtsa təraş olmaq istəsəniz, biz burdayıq".

Maraqlısı isə odur ki, reklamın sonunda heç də bütün qadınlar hamar bədənə malik deyillər.

"Təraş olmaq şəxsi seçim olmalıdır və heç kim qadınlara bədənləri ilə bağlı nə etməli olduqlarını deyə bilməz", Gooley Glamour-a bildirib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ