SON DƏQİQƏ

“Bakıda tramvay nəqliyyatının bərpası əla olardı, amma...”

Tarix:9-07-2018, 12:46

Ərşad Hüseynov: "Bu, olduqca çətin və böyük vəsait tələb edən məsələdir”

Fransanın məşhur "Alstom” dəmiryol nəqliyyatı şirkəti Bakıda tramvay xətlərinin bərpası layihəsinin reallaşdırmaq niyyətində olduğunu və bunu həyata keçirmək üçün Azərbaycan tərəfinin qərarını gözlədiyini bəyan edib.

Bakıda tramvay nəqliyyatının bərpası nə dərəcədə məqsədəuyğundur? Tramvay nəqliyyatının fəaliyyəti paytaxtın tıxac pobleminin həllinə yardımçı ola bilərmi?

açıqlama verən nəqliyyat  eksperti Ərşad Hüseynov tramvay nəqliyyatının bərpasının arzuedilən olduğunu vurğulasa da, bunun həyata keçirməyin kifayət qədər çətin olduğunu qeyd etdi:

"Şübhəsiz, tramvayların Bakıda fəaliyyəti əla olardı. Amma bu, sadəcə arzudur. Vaxtiylə tramvay Bakıda var idi. Tramvay bəlkə də Bakıda ilk müasir ictimai nəqliyyat olub. Çox təəssüf ki, 90-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində tramvay xətlərini ləğv elədilər.

Müasir dövrdə tramvay nəqliyyatının çox böyük üstnülküləri var. Həm ekoloji baxımdan, həm sərnişin tutumu baxımından və s. üstünlüklər mövcuddur. Lakin Bakının vəziyyətinə baxaq. Tramvay xətlərini harada çəkəcəyik? Bunu hansı vəsait hesabına edəcəyik? Bu xətləri çəkən zaman həmin küçələrdə nəqliyyatın hərəkəti necə olacaq? 
Şəxsən mənim üçün bu sualların cavabı dumanlıdır. Tramvay xətlərini şəhərin az məskunlaşan hissələri ilə çəkmək olmaz. Onda tramvaylar boş qalacaq. Bu xətləri şəhərin mərkəzi küçə və prospektlərində çəkmək lazımdır. Amma həmin yerlərdə onsuz da böyük sıxlıq var. Aylarla, ola bilsin ki, illərlə orada iş gedəcək. Indi siz şəhərin vəziyyətini göz qabağına gətirin?

Ikincisi, tramvay xətlərinin çəkilməsinə külli miqdarda vəsait qoymaq lazımdır. Tramvay parkının yaradılması, tramvayların alınması üçün də böyük vəsaitlər lazımdır. Bu tramvayların deposu olmalıdır. Bu depoya harda yer tapacayıq? Vaxtiylə tramvay deposu kimi mövcud olan ərazilər də zəbt olundu, satıldı. Indi orada hündürmərtəbəli binalar və digər obyektlər var.

Odur ki, Bakıda şəbəkələşmiş tramvay xəttini demək olar ki, görmürəm. Hesab edirəm ki, hökumətin fransız şirkətinə verəcəyi cavabın gecikməsi də bu məsələdəki çətinliklər, bunların ölçülüb-biçilməsi ilə bağlıdır. Düşünürəm ki, bundansa Bakıətrafı ərazilərdə elektirk qatarlarının çəkilməsi, metronun genişləndirilməsi daha faydalı olar”.

 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ