SON DƏQİQƏ

Dünya Kuboku 2018: Penalti zərbələri haqqında bilməli olduğunuz hər şey

Tarix:9-07-2018, 12:18

Dünya Kubokunda bir penalti zərbəsini mükəmməl edən nədir? 11 metrdən ən yaxşı qolu vuran kim olub? Və doğurdanmı bəxt rol oynayır?

Turnir artıq play-off mərhələsinə keçib və biz 1978-ci ildən etibarən təqdim olunan penalti seriyası zərbələrinə nəzər salmaq istəyirik.

Mükəmməl penalti

2018-ci il Rusiya çempionatına qədər Dünya Kubokunda vurulan 240 penalti zərbəsindən 170-i qolla nəticələnib. Bu isə hər 10 zərbədən yeddisinin məhsuldar olması deməkdir.

Dünya Kuboku

Futbol mütəxəssisləri şirkəti Opta-nın məlumatlarına əsasən, uğurlu penaltilər üçün ən məşhur mövqe aşağıdan və qapıçının soluna vurulandır.

Ən pis seçim isə aşağıdan və qapının orta hissəsinə vurulanlar hesab olunur, belə ki, cəmi 58%-i uğurlu alınıb.

Yuxarı köklənmək

Əgər oyunçu penalti zərbəsinə tam ortaya vurmağa qərarlıdırsa, qapının yuxarısını nəzərdə saxlamalıdır. Hələ ki, Dünya Kuboku penalti seriyalarında yuxarı və mərkəzə vurulan 15 zərbənin qarşısını heç bir qapıçı ala bilməyib.

Ümumiyyətlə topu qapının yuxarısına tuşlamaq yaxşı strategiyadır. İngiltərənin Panama ilə qrup çərçivəsində qarşılaşması zamanı Harry Kane hər iki qolunu məhz yuxarı sol küncə ataraq vurub.

Opta-nın məlumatları göstərir ki, yuxarı sağ və ya sola küncə tuşlanan 90%-dən artıq penalti qol ilə nəticələnib.

Amma bəzən hədəfi qaçırmaq da mümkündür. İtalıyalı forvard Roberto Baggio-nun 1994-cü il finalında topu ştanqın üzərindən atıb, qələbəni Braziliyaya bəxş etməsi kimi.

Dünya Kuboku

İllər ərzində yalnız beş penaltidən birində top tutulub. Bu, 240 cəhddən 49-u deməkdir. 49 qurtarışı həyata keçirən qapıçıların sayı isə 28-dir.

Tutulan toplar demək olar ki, bərabər şəkildə qapıçıların hər iki tərəfinə tuşlanmış olub: 24 sola, 25 sağa.

12 atış isə dirək və ştanqa tuş gəlib.

Almaniyanın rekordunu təzələyən olacaqmı?

1938-ci ildən bəri ilk dəfə bu ilki çempionatda qrup mərhələsindən çıxa bilməyən sonuncu çempion Almaniya ən uğurlu penalti seriyası yerinə yetirən komandadır.

Uli Stielike yeganə almadır ki, Qərbi Almaniya və Fransa arasında 1982-ci ildə baş tutan yarımfinal qarşılaşmasında penalti qolunu vura bilməyib. O vaxtdan etibarən Almaniya ardıcıl olaraq 15 dəfə penalti seriyası qolu vurub və hər dörd seriyada qalib gəlib.

Almaniyanın bu dəfə çempionatdan erkən ayrılması fonunda, Argentina onun bu titulunu əlindən ala bilər.

Dünya Kuboku

Lionel Messi qrup mərhələsində İslandiyaya qarşı təyin olunan 11 metrlik cərimə zərbəsini qola çevirə bilməsə də, həmvətənləri bu barədə həmişə yaxşı nəticələr göstəriblər. Belə ki, beş penalti seriyasından dördündə Argentina qalib gəlib.

Dünya Kuboku

Onların yeganə məğlubiyyəti isə 2006-cı ildə - sürpriz - Almaniya ilə oyunda olub.

Ən pis nəticə isə İngiltərəyə aiddir. Bu, millinin oyunlarını izləyən azarkeşlər üçün heç də təəccüblü səslənməz.

Üç Aslanlar Dünya Kubokları boyunca üç dəfə penalti seriyası yaşayıblar və hər üçündə də məğlub olublar.

Dünya Kuboku

2006-cı ildə İngiltərə və Portuqaliya arasında keçirilmiş oyunda Portuqaliyanın qapıçısı Ricardo 3 penalti zərbəsini tuta bilmişdi. Argentinanın Sergio Goycochea-sı və Almaniyanın Harald Schumacher-i adama dörd top tutaraq ümumi rekord sahibidirlər.

Meksika iki dəfə əlinə düşən penalti seriyası ilə ən uğursuz oyun nümayiş etdirən digər millidir.

İsveçrənin bu mənada vəziyyəti daha acınacaqlıdır. O, Dünya Kubokunda çıxış edən yeganə yığmadır ki, yalnız bir dəfə qarşısında açılan penalti seriyası şansını bir qol belə vurmadan qaçırıb.

Bu dəfəki on altılığa düşən ev sahibi Rusiya, Danimarka, Xorvatiya və Kolumbiya Dünya Kubokunda hələ ki, heç vaxt penalti seriyası yaşamayıb.

Təzyiq altında

Penalti seriyasına adətən lotereya kimi baxılır. Və şans ilk oyunçu ayağını topa vurmamışdan əvvəl gələn bir şeydir.

Cari sistemə əsasən, komandalara penaltiləri növbə ilə icra edirlər və ilk zərbəni qəpik müəyyənləşdirir. Birinci A qrupu topu vurur, sonra B qrupu, sonra yenə A qrupu və bu şəkildə davam edir.

Lakin penaltini ilk vuran komandanın şansı daha böyük olur. Birinci zərbəni atan millilərin 60 faizi həm də qalib gələn tərəf olub.

London İqtisadiyyat Məktəbinin tədqiqatçıları günahı psixoloji təsirdə görürlər.

Nisbətdə, Dünya Kuboku finalında penalti zərbəsini ikinci yerinə yetirən komanda 69%, birinci komanda isə 73% halda qalib olub.

İngiltərə Futbol Liqası bu məsələyə nəzərən ABBA formatını sınaqdan keçirib.

Bu format əsasən, ilk atışdan sonra komandaların hər biri ardıcıl iki dəfə zərbə vururlar ki, seriyada ikinci zərbəni yerinə yetirən komanda üzərindəki təzyiq qalxsın. Lakin üsuldan Dünya Kubokunda istifadə olunmayacaq.

Uğursuz səkkiz nömrə?

Futbol üzrə yazıçı və penaltilər barədə bir kitabın müəllifi Ben Lyttletona görə, adi oyunlardakı penalti zərbələrinə nisbətən seriya penaltiləri daha uğursuz olur.

Lyttleton, İngiltərə, Almaniya, İtaliya, İspaniya və Hollandiyada 10 ilə ərzində baş tutan beynəlxalq turnir və milli kubok yarışlarındakı penaltilərin 74% məhsuldar olduğu halda, eyni oyunlarda açıq oyunun 78% daha uğurlu olduğunu aşkarlayıb.

Görünür ki, təzyiq penalti əsnasında daha da artır. Tarixən Dünya Kubokunda planlaşdırılmış ilk on penaltidən səkkizincisi uğursuz alınır. Hər beş cəhddən ikisi ya qapıçının qoruması, ya da qaçırma ilə nəticələnir.

Dünya Kuboku

Və hər iki tərəf beş penalti vurduqdan sonra, qalib müəyyənləşməyibsə, seriya bir komandanın əlavə qol ilə fərqlənməsinə qədər davam edir.

Lakin bu Dünya Kubokunda cəmi iki dəfə yaşanıb. 1982-ci ilin ilk penalti seriyasında və 1994-cü ildə ABŞ-da İsveçin Rumıniya üzərində dörddə bir final qələbəsi ilə nəticələnən oyunda.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ